Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə69/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   65   66   67   68   69   70   71   72   ...   190

207.1.  Təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 

207.1.1.  törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  fiziki  və  ya  hüquqi  şəxs 

tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya 

vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı 

dərhal qeydə almaq və ona baxmaq; 

207.1.2.  zəruri  hallarda  törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumat 

(aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün 

müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə 

əlaqədar 20 (iyirmi) gündən, bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş 

hallarda  isə  30  (otuz)  gündən  artıq  olmayan  müddətdə  cinayət  işinin  başlanması 

üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;

xci[91]

 

207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının 



(aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin 

başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. 

207.2.  Təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata  keçirən  prokuror  ictimai-xüsusi  ittiham  qaydasında  təqib  olunan  cinayətlər 

haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti 

olduğu  halda  yoxlama  apara  bilər.  Belə  şikayət  olmadığı  halda  ictimai-xüsusi 

ittiham  qaydasında  təqib  olunan  cinayətlər  haqqında  digər  şəxslərin  məlumatları 

təhqiqatçı  və  ya  müstəntiq  tərəfindən  nəzərə  alınmamalıdır.  Həmin  məlumatlara 

prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər. 

207.3.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatlara  baxılarkən  hüquqi 

şəxsin  fəaliyyətinin  elm,  texnika,  incəsənət  və  digər  peşə  sahələrində  xüsusi  biliklərdən 

istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir:  

207.3.1.  müvafiq  dövlət  orqanları  və  ya  auditor  təşkilatlarından  mütəxəssisin 

ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən 

prokuror tərəfindən qərar qəbul edilir;  

207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya 

cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. 

xcii[92]


 

207.4.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatlara  baxarkən 

təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən 

prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb 

edə,  habelə  hadisə  yerinə  baxış  keçirə  bilər.  Hadisə  yerinə  baxış  istisna  olmaqla 

cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə 

prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. 

207.5.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatların  alındığı  hər 

bir  halda  təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 

207.5.1. cinayət işi başlamaq; 

207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 




207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 

207.5.4.  xüsusi  ittiham  qaydasında  təqib  olunan  cinayətə  dair  məlumatı 

məhkəmə aidiyyəti üzrə göndərmək. 

207.6.  Bu  Məcəllənin  207.5.4-cü  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna 

edilməklə  törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatları  aldıqda 

məhkəmə  onda olan  bütün  məlumatları  dərhal  baxılması  üçün  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 

207.7.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlərə  dair  şikayətlərə 

baxılması qaydası bu Məcəllənin 293—297-ci maddələri ilə müəyyən olunur.  

M a d d ə   2 0 8 .   T ö r ə d i l m i ş   v ə   y a   h a z ı r l a n a n   c i n a y ə t l ə r  

h a q q ı n d a   m ə l u m a t l a r ı n   c i n a y ə t   t ə q i b i   o r q a n ı   t ə r ə f i n d ə n  

b i l a v a s i t ə   a ş k a r   e d i l m ə s i

 

208.0. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, 



müstəntiq  və  ya  prokuror  tərəfindən  bilavasitə  aşkar  edilməsi  cinayət  işinin 

başlanmasına aşağıdakı hallarda səbəb olur: 

208.0.1.  təhqiqatçı,  müstəntiq  və  ya  prokuror  cinayətin  törədilməsini  göstərən 

halları,  yaxud  cinayətin  törədilməsindən  dərhal  sonra  onun  izlərini  və  nəticələrini 

aşkar etdikdə; 

208.0.2.  təhqiqatçı  cinayət  haqqında  məlumatı  təhqiqat  orqanının  əməliyyat-

axtarış  fəaliyyətini  həyata  keçirən  əməkdaşlarından  və  ya  bu  Məcəllənin  86-cı 

maddəsinə  müvafiq  olaraq  digər  cinayətin  təhqiqatı  zamanı  öz  səlahiyyətlərini 

yerinə yetirərkən aldıqda; 

208.0.3.  müstəntiq  cinayət  haqqında  məlumatı  bu  Məcəllənin  85-ci  maddəsinə 

müvafiq olaraq digər cinayətin istintaqı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən 

aldıqda; 

208.0.4.  prokuror  cinayət  haqqında  məlumatı  bu  Məcəllənin  84-cü  maddəsinə 

müvafiq  olaraq  digər  cinayətin  ibtidai  araşdırması  və  ya  məhkəmə  icraatı  zamanı, 

habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  öz 

səlahiyyətlərini yerinə yetirərkən aldıqda; 

208.0.5.  məhkəmə  cinayət  haqqında  məlumatı  ədalət  mühakiməsinin  hər  hansı 

icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda. 

M a d d ə   2 0 9 .   C i n a y ə t   i ş i n i n   d ə r h a l   b a ş l a n m a s ı

 

209.1. Bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün 



hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata 

keçirən prokuror dərhal cinayət işi başlamalıdır. 

209.2.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

həmçinin aşağıdakı hallarda dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır: 

209.2.1. qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə