Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə67/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   63   64   65   66   67   68   69   70   ...   190

prokurorlara və ya hakimlərə həvalə edilir. Öz vəzifələrinin icrası zamanı hakimlər, 

habelə  dövlət  sirri  təşkil  edən  məlumatlarla  bağlı  cinayət  işləri  üzrə  cinayət 

mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə 

"Dövlət  sirri  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  ilə  nəzərdə  tutulmuş 

yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Dövlət sirrini açıqlayan sübutlar qapalı 

məhkəmə iclasında tədqiq edilməlidir. 

lxxxviii[88]

 

lxxxix[89]



200.5. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin 

təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.  

M a d d ə   2 0 1 .   P e ş ə   v ə   k o m m e r s i y a   s i r r i n i n   q o r u n m a s ı

 

201.1. Cinayət mühakimə icraatı zamanı peşə və kommersiya sirlərini təşkil edən 



məlumatların  qorunması  üçün  bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər 

qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür. 

201.2.  Prosessual  hərəkətlər  aparılarkən  peşə  və  ya  kommersiya  sirlərini  əks 

etdirən  məlumatların  zərurət  olmadan  toplanmasına,  istifadə  və  yayılmasına  yol 

verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə 

hərəkətlərinin  iştirakçıları  həmin  məlumatları  yaymamalıdırlar  və  onlardan  bu 

barədə iltizam alınır. 

201.3.  Cinayət  prosesini  həyata  keçirən  orqan  hər  hansı  şəxsə  peşə  və  ya 

kommersiya  sirlərini  əks  etdirən  məlumatların  bildirilməsini  və  ya  təqdim 

olunmasını  məhkəmənin  müvafiq  qərarı  əsasında  təklif  etdikdə,  həmin  şəxs  bu 

məlumatların  başlanmış  cinayət  işi  üzrə  toplanılmasının  zəruriliyinə  əmin  olmaq, 

əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. 

201.4.  Cinayət  prosesini  həyata  keçirən  orqan  şəxsə  peşə  və  kommersiya  sirrini 

özündə  əks  etdirən  məlumatların  bildirilməsinin  və  ya  təqdim  olunmasının 

zəruriliyinə  istinad  edərək  tələb  etdikdə,  o,  dindirmə  və  ya  digər  istintaq  hərəkəti 

protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil 

etməlidir. 

201.5.  Cinayət  prosesini  həyata  keçirən  orqan  dindirmə  və  ya  digər  istintaq 

hərəkəti  protokolunda  bunun  qadağan  edilməsi  barədə  qeydlər  etməyibsə,  dövlət 

qulluqçusu  və  ya  hər  hansı  mülkiyyət  formasına  malik  müəssisə  və  ya  təşkilatın 

işçisi  ona  etibar  edilmiş  peşə  və  kommersiya  sirrini  təşkil  edən  məlumatlara  dair 

ifadə verməsi barədə dərhal müvafiq orqanın, müəssisə və təşkilatın rəhbərinə yazılı 

məlumat verməlidir. 

201.6.  Peşə  və  ya  kommersiya  sirrini  açıqlayan  sübutlar  qapalı  məhkəmə 

iclasında tədqiq olunmalıdır. 

X X I V   f ə s i l    

CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA MÜDDƏTLƏR 

M a d d ə   2 0 2 .   M ü d d ə t l ə r i n   h e s a b l a n m a s ı

 



202.1.  Cinayət  mühakimə  icraatı  zamanı  bu  Məcəllə  ilə  müəyyən  olunmuş 

müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. 

202.2.  Cinayət  mühakimə  icraatı  zamanı  müddətlər  hesablanarkən  müddətin 

başlandığı saat və gün hesaba alınmır. 

202.3.  Cinayət  mühakimə  icraatı  zamanı  müddətlər  günlərlə  hesablanarkən 

müddət  birinci  gün  gecə  saat  12-də  başlayır  və  müddətin  sonuncu  günü  gecə  saat 

12-də  qurtarır.  Müddətlər  aylar  və  ya  illərlə  hesablandıqda  müddət  sonuncu  ayın 

müvafiq  günündə  qurtarır,  həmin  ayda  müvafiq  tarix  yoxdursa,  müddət  ayın 

sonuncu  günü  qurtarır.  Müddətin  qurtarması  iş  gününə  düşmürsə,  həmin  gündən 

sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. 

202.4.  Cinayət  mühakimə  icraatı  zamanı  şikayət  və  ya  digər  sənəd  müddət 

keçənədək  poçta,  həbsdə  olan  və  tibbi  müəssisələrə  yerləşdirilmiş  şəxslər  üçün  isə 

şikayət  və  ya  digər  sənəd  müddət  keçənədək  həbsdə  saxlama  yerinin  və  ya  tibb 

müəssisəsinin  müdiriyyətinə  verilmişsə,  müddət  buraxılmış  sayılmır.  Şikayətin  və 

ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbsdə saxlama yerinin və 

ya  tibb  müəssisəsinin  müdiriyyətinə  verilmə  tarixi  isə  dəftərxananın,  yaxud  həmin 

müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. 

202.5.  Cinayət  mühakimə  icraatı  zamanı  vəzifəli  şəxslərin  müəyyən  olunmuş 

müddətlərə  riayət  etməsi  prosessual  sənədlərdə  müvafiq  qeydlərlə  təsdiq  olunur. 

Cinayət  prosesində  iştirak  edən  şəxslərə  təqdim  olunması  nəzərdə  tutulmuş 

sənədlərin  onlar  tərəfindən  alınması  həmin  şəxslərin  işə  əlavə  edilmiş  qəbzləri  ilə 

təsdiq olunur. 

M a d d ə   2 0 3 .   M ü d d ə t i n   b u r a x ı l m a s ı n ı n   n ə t i c ə l ə r i   v ə  

o n u n   b ə r p a   o l u n m a s ı   q a y d a l a r ı

 

203.1.  Cinayət  mühakimə  icraatı  zamanı  müddətlər  keçdikdən  sonra  aparılan 



prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. 

203.2.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  qərarından  şikayət  vermə 

müddəti  bitmişsə,  onun  icrası  göstərilən  şəxsin  vəsatəti  və  ya  xahişi  ilə  buraxılmış 

müddətin bərpa edilməsi məsələsinin həllinədək dayandırıla bilər. 

203.3. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət 

maraqlı  şəxsin  vəsatəti  və  ya  xahişi  ilə  cinayət  prosesini  həyata  keçirən  orqanın 

qərarı  ilə  bərpa  olunmalıdır.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  qərarında 

başqa  hal  nəzərdə  tutulmayıbsa,  müddət  digər  şəxslər  üçün  deyil,  ancaq  onu 

buraxmış şəxs üçün bərpa edilir. 

203.4.  Təhqiqat  və  ya  istintaq  orqanının  müddətin  bərpasından  imtina 

etməsindən  prokurora  şikayət  verilə  bilər.  Məhkəmənin  buraxılmış  müddətin 

bərpasından imtina etməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilə 

bilər. Apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyəti daxilində ona müraciət 

etmək  üçün  buraxılmış  müddəti  bərpa  etmək  hüququ  vardır.  Digər  prosessual 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə