Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə65/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   61   62   63   64   65   66   67   68   ...   190

M a d d ə   1 9 5 .   T ə r c ü m ə ç i ,   m ü t ə x ə s s i s ,   e k s p e r t   t ə r ə f i n d ə n  

g ö r ü l m ü ş   i ş l ə r i n   h a q q ı n ı n   ö d ə n i l m ə s i

 

195.1.  Cinayət  mühakimə  icraatı  zamanı  tərcüməçi,  mütəxəssis  və  ya  ekspert 



tərəfindən görülən işin haqqı aşağıdakı qaydada ödənilir: 

195.1.1.  xidməti  tapşırıq  qaydasında  yerinə  yetirildikdə  —  iş  yeri  üzrə  əmək 

haqqı həddində; 

195.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi  ilə yerinə yetirildikdə — 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  vəsaiti  hesabına  miqdarı  Azərbaycan 

Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  həddə  cinayət 

prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi; 

195.1.3.  müdafiə  tərəfi  ilə  razılığa  əsasən  görüldükdə  —  həmin  tərəflə 

şərtləşdirilmiş miqdarda. 

195.2.  Bu  Məcəllənin  195.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  haqq 

tərcüməçi,  mütəxəssis  və  ya  ekspert  tərəfindən  hesabat  təqdim  edildikdən  sonra 

cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir. 

M a d d ə   1 9 6 .   C i n a y ə t   p r o s e s i n d ə   i ş t i r a k   e d ə n   ş ə x s l ə r i n  

ç ə k d i k l ə r i   x ə r c l ə r i n   ö d ə n i l m ə s i

 

196.1.  Cinayət  mühakimə  icraatı  zamanı  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının, 



onların  qanuni  nümayəndələrinin,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə  pulsuz 

hüquqi  yardım  göstərən  müdafiəçinin,  habelə  hal  şahidinin,  tərcüməçinin, 

mütəxəssisin, ekspertin və şahidin aşağıdakı xərcləri ödənilməlidir: 

196.1.1.  cinayət  prosesini  həyata  keçirən  orqanın  çağırışı  ilə  əlaqədar  dəmiryolu 

və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə 

cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri; 

196.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə daimi yaşayış yerindən 

kənarda  yaşamaq  məcburiyyətində  qaldıqda  gündəlik  xərclər,  bu  xərclər  idarə, 

müəssisə, təşkilat və ya işə götürən tərəfindən ödənilmədikdə; 

196.1.3.  idarə,  müəssisə,  təşkilat  və  ya  işə  götürən  tərəfindən  orta  aylıq  əmək 

haqqının saxlanıldığı hallar istisna olmaqla, cinayət prosesini həyata keçirən orqanın 

tələbi  ilə  cinayət  mühakimə  icraatında  iştirak  etmənin  bütün  müddəti  üçün  orta 

aylıq əmək haqqı; 

196.1.4.  cinayət  prosesini  həyata  keçirən  orqanın  tələbi  ilə  istintaq  və  ya  digər 

prosessual  hərəkətdə  iştirak  edərkən,  xarab  olan  və  ya  itirilən  əmlakın  bərpa 

olunması və ya əldə edilməsinə çəkilən xərclər. 

196.2. Dövlət orqanları, idarələri, müəssisələri və təşkilatları zərər çəkmiş şəxsin, 

mülki  iddiaçının,  onların  qanuni  nümayəndələrinin,  habelə  hal  şahidinin, 

tərcüməçinin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın tələbi ilə 

cinayət  mühakimə  icraatında  iştirak  etdiyi  müddətdə  onların  orta  aylıq  əmək 

haqqını saxlamalıdırlar. 



196.3.  Mütəxəssisin  və  ekspertin  gördüyü  işlə  əlaqədar  sərf  edilmiş  kimyəvi 

reaktivlərin  və  digər  materialların  xərcləri,  habelə  bu  məqsədlə  avadanlıqdan 

istifadəyə, kommunal xidmətlərə görə çəkdiyi xərclər ödənilir. 

196.4. Cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata 

keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində 

göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına 

əsasən  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  miqdarda 

ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti 

və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir. 

X X I I   f ə s i l    

MƏHKƏMƏ MƏSRƏFLƏRİ 

M a d d ə   1 9 7 .   M ə h k ə m ə   m ə s r ə f l ə r i

 

197.1. Məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir: 



197.1.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş 

ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ; 

197.1.2.  zərər  çəkmiş  şəxsə,  mülki  iddiaçıya,  onların  qanuni  nümayəndələrinə, 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsə,  pulsuz  hüquqi  yardım  göstərmiş  müdafiəçiyə, 

tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ; 

197.1.3.  andlı  iclasçılara  cinayət  işinin  baxılmasında  iştirak  etməsinə  görə 

ödənilmiş haqqın məbləği; 

197.1.4.  mütəxəssisə,  ekspertə  ödənilməli  haqqlar  və  tərcüməçiyə  ödəniş  haqqı 

kimi verilməli olan məbləğ; 

197.1.5.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə  pulsuz  hüquqi  yardım  göstərildiyi 

halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə 

ödənilməli olan haqqın məbləği; 

197.1.6.  maddi  sübutların  saxlanması,  göndərilməsi  və  tədqiqi  üçün  çəkilmiş 

xərclərin məbləği; 

197.1.7.  cinayət  işi  üzrə  istintaq  eksperimenti  və  ya  ekspertiza  keçirilərkən 

korlanmış  və  ya  məhv  olmuş  əşyaların  dəyərinin  və  bu  kimi  digər  məsrəflərin 

ödənilməsinə çəkilmiş xərclərin məbləği; 

197.1.8.  cinayət  işi  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  material  üzrə  icraat 

aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləği. 

197.2.  Bu  Məcəllədə  digər  qaydalar  nəzərdə  tutulmamışdırsa,  məhkəmə 

məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. 

M a d d ə   1 9 8 .   M ə h k ə m ə   m ə s r ə f l ə r i n i n   t u t u l m a s ı

 

198.1.  Bu  Məcəllənin  197.1.1,  197.1.2,  197.1.4,  197.1.6—197.1.8-ci  maddələrində 



sadalanan  məhkəmə  məsrəfləri  məhkəmə  tərəfindən  məhkumun  üzərinə  qoyula 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə