Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə66/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   62   63   64   65   66   67   68   69   ...   190

bilər  və  məhkəmənin  qərarı  ilə  ondan  tutulub  dövlət  nəfinə  və  ya  müvafiq  xərc 

çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 

198.2.  Məhkumun  məhkəmə  məsrəflərini  ödəməyə  imkanı  olmadıqda,  yaxud 

məhkəmə  məsrəflərini  ödəməsi  öhdəsində  olan  şəxslərin  maddi  vəziyyətinə  ciddi 

xələl  gətirərsə,  məhkəmə  məhkumu  məhkəmə  məsrəflərinin  tutulmasından  tam  və 

ya qismən azad edə bilər. 

198.3. Cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri 

məhkumların  hər  birindən  təqsirlilik  dərəcəsi,  təyin  olunmuş  cəzanın  ciddiliyi  və 

əmlak  vəziyyəti  nəzərə  alınaraq  məhkəmə  tərəfindən  müəyyən  olunmuş  pay  üzrə 

tutulmalıdır. 

198.4.  Yetkinlik  yaşına  çatmamış  şəxs  məhkum  olunarkən  onun  qanuni 

nümayəndələrinin  bu  şəxsin  davranışına  zəruri  nəzarət  həyata  keçirilmədiyindən 

cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların 

üzərinə qoyula bilər. 

198.5.  Xüsusi  ittiham  qaydasında  təqib  olunan  şəxsə  bəraət  verildikdə  və  ya 

xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu 

Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya 

qismən  xüsusi  ittihamçının  üzərinə  qoymağa  haqlıdır.  Xüsusi  ittiham  qaydasında 

təqib  olunan  şəxslə  xüsusi  ittihamçı  arasında  əldə  olunmuş  barışıq  nəticəsində 

cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən 

cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. 

198.6.  Hökm  qanuni  qüvvəyə  minənədək  məhkum  öldükdə,  onun  vərəsələri 

məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. 

198.7. Məhkəmə məsrəflərinin tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəyə 

mindiyi gündən 3 (üç) il keçərsə, müddətin keçməsi ilə əlaqədar həmin məsrəflərin 

tutulması hüququna xitam verilir. Göstərilən müddət keçdikdən sonra ödəniş kimi 

tutulmuş məhkəmə məsrəflərinin məbləği geri qaytarılmır. 

ALTINCI BÖLMƏ  

CİNAYƏT MÜHAKİMƏ İCRAATI ZAMANI-KONFİDENSİALLIQ VƏ MÜDDƏT 

MƏSƏLƏLƏRİ 

X X I I I   f ə s i l    

CİNAYƏT MÜHAKİMƏ İCRAATI ZAMANI KONFİDENSİALLIĞIN 

QORUNMASI 

M a d d ə   1 9 9 .   Ş ə x s i   v ə   a i l ə   s i r r i n i n   q o r u n m a s ı

 

199.1.  Cinayət  mühakimə  icraatı  zamanı  şəxsi  və  ailə  sirrini  təşkil  edən 



məlumatların  qorunması  üçün  bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər 

qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür. 




199.2.  Prosessual  hərəkətlərin  gedişində  hər  hansı  şəxsin  şəxsi  həyatına  aid 

məlumatların,  habelə  onun  gizli  saxlanılmasını  lazım  bildiyi  digər  şəxsi  xarakterli 

məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə 

yol  verilmir.  Müstəntiqin,  prokurorun  və  ya  məhkəmənin  tələbi  ilə  istintaq  və 

məhkəmə  hərəkətlərinin  iştirakçıları  bu  məlumatların  yayılmamasını  öhdələrinə 

götürür və onlardan bu barədə yazılı iltizam alınır. 

199.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə onun şəxsi həyatına 

aid  məlumatların  bildirilməsini  və  ya  təqdim  olunmasını  məhkəmənin  müvafiq 

qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə 

toplanılmasının  zəruriliyinə  əmin  olmaq,  əks  təqdirdə  onları  verməkdən  imtina 

etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə özünün və 

ya  başqasının  həyatına  aid  məlumatları  bildirməsinin  və  ya  təqdim  olunmasının 

zəruriliyinə  istinad  edərək  tələb  etdikdə  o,  dindirmə  və  ya  digər  istintaq  hərəkəti 

protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil 

etməlidir. 

199.4.  Şəxsi  və  ya  ailə  sirlərini  açıqlayan  sübutlar  qapalı  məhkəmə  iclasında 

tədqiq edilməlidir. 

199.5.  Şəxsi  həyatın  toxunulmazlığının  pozulması,  şəxsi  və  ya  ailə  sirrinin 

yayılması  nəticəsində  hər  hansı  şəxsə  vurulan  ziyan  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. 

M a d d ə   2 0 0 .   D ö v l ə t   s i r r i n i n   q o r u n m a s ı

 

200.1.  Cinayət  mühakimə  icraatı  zamanı  dövlət  sirrini  təşkil  edən  məlumatların 



qorunması  üçün  bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər  qanunları  ilə 

nəzərdə tutulmuş tədbirlər görülür. 

200.2.  Cinayət  prosesini  həyata  keçirən  orqan  hər  hansı  şəxsə  dövlət  sirrini 

özündə  əks  etdirən  məlumatların  bildirilməsini  və  ya  təqdim  olunmasını 

məhkəmənin  müvafiq  qərarı  əsasında  təklif  etdikdə,  həmin  şəxs  bu  məlumatların 

başlanmış  cinayət  işi  üzrə  toplanılmasının  zəruriliyinə  əmin  olmaq,  əks  təqdirdə 

onları  verməkdən  imtina  etmək  hüququna  malikdir.  Cinayət  prosesini  həyata 

keçirən  orqan  şəxsə  dövlət  sirrini  özündə  əks  etdirən  məlumatların  bildirilməsinin 

və ya təqdim olunmasının zəruriliyinə  istinad edərək tələb etdikdə, o, dindirmə və 

ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə 

təsdiqedici qeydlər daxil etməlidir. 

200.3.  Cinayət  prosesini  həyata  keçirən  orqan  dindirmə  və  ya  digər  istintaq 

hərəkəti  protokolunda  bunun  qadağan  edilməsi  barədə  qeydlər  etməyibsə,  dövlət 

qulluqçusu  ona  etibar  edilmiş  dövlət  sirrini  təşkil  edən  məlumatlara  dair  ifadə 

verməsi  barədə  dərhal  müvafiq  dövlət  orqanının  rəhbərinə  yazılı  məlumat 

verməlidir. 

200.4.  Dövlət  sirrini  özündə  əks  etdirən  məlumatlarla  bağlı  cinayət  işlərinin 

icraatı  bu  cür  məlumatların  yayılmaması  barədə  öhdəlik  götürmüş  müstəntiqlərə, 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə