Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə64/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   60   61   62   63   64   65   66   67   ...   190

189.0.2. cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə. 

M a d d ə  

1 9 0 .  

Z ə r ə r  

ç ə k m i ş  

ş ə x s ə  

v e r i l ə n  

k o m p e n s a s i y a n ı n   m i q d a r ı

 

190.0.  Zərər  çəkmiş  şəxs  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllə  ona 



vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir: 

190.0.1. ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat;

lxxxiv[84]

 

190.0.2. ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat;



lxxxv[85]

 

190.0.3. ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat;



lxxxvi[86]

 

190.0.4.  ona  qarşı  böyük  ictimai  təhlükə  törətməyən  cinayət  törədildikdə  —  on 



bir manat.

lxxxvii[87]

 

M a d d ə  



1 9 1 .  

Z ə r ə r  

ç ə k m i ş  

ş ə x s ə  

d ö v l ə t  

h e s a b ı n a  

k o m p e n s a s i y a   v e r i l m ə s i   m ə s ə l ə s i n i n   h ə l l i   q a y d a s ı

 

191.1. Azərbaycan Respublikası dövlət  büdcəsinin vəsaiti hesabına zərər çəkmiş 



şəxsə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllə  vurulmuş  ziyana  görə 

kompensasiya  verilməsi  məsələsini  zərər  çəkmiş  şəxsin  ərizəsi  ilə  məhkəmə  həll 

edir. 

191.2. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti 



hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən 

məhkəmə  həmçinin  kompensasiya  qismində  ayrılan  pul  məbləğinin  məhkum 

edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. 

X X I   f ə s i l    

ƏMƏYİN VƏ ÇƏKİLMİŞ XƏRCLƏRİN ÖDƏNİLMƏSİ 

M a d d ə   1 9 2 .   A n d l ı   i c l a s ç ı n ı n   ə m ə y i n i n   ö d ə n i l m ə s i ,  

t ə m i n a t l a r ı   v ə   k o m p e n s a s i y a s ı

 

192.1.  Andlı  iclasçıya  məhkəmədə  olduğu  hər  gün  üçün  Azərbaycan 



Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda, qaydada 

və miqdarda haqq verilir. 

192.2. Andlı iclasçıya: 

192.2.1.  ezamiyyət  xərcləri  —  qanunvericiliklə  hakimlər  üçün  nəzərdə  tutulmuş 

qaydada və miqdarda; 

192.2.2.  məhkəmənin  yerləşdiyi  yerə  getmək  və  geri  qayıtmaq  üçün  nəqliyyat 

xərcləri — həmin yerdə qüvvədə olan tarif üzrə ödənilir. 

192.3.  Andlı  iclasçının  məhkəmədə  vəzifələrini  yerinə  yetirdiyi  müddət  əmək 

stajının bütün növlərinin hesablanmasında nəzərə alınır. 

192.4. Andlı iclasçının əsas iş yerində həmin idarə, müəssisə, təşkilatların işçiləri 

üçün nəzərdə tutulmuş bütün təminatlar və güzəştlər saxlanılır. 



192.5. Andlı iclasçının məhkəmədə vəzifələrini yerinə yetirdiyi müddətdə idarə, 

müəssisə və təşkilatın müdiriyyətinin təşəbbüsü ilə onun işdən çıxarılması, azmaaşlı 

işə keçirilməsi yolverilməzdir. 

M a d d ə  

1 9 3 .  

M ü d a f i ə ç i n i n  

h ü q u q i  

y a r d ı m ı n ı n  

ö d ə n i l m ə s i

 

193.1. Müdafiəçi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə göstərilən hüquqi 



yardım  müdafiəçi  ilə  müdafiə  olunan  şəxs  arasında  razılaşdırılmış  şərtlər  əsasında 

müdafiə olunanın hesabına ödənilir. 

193.2.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdafiəçinin  xidmətlərini  ödəməyə 

kifayət  qədər  vəsaiti  yoxdursa  və  müdafiəçinin  cinayət  prosesində  iştirakı  bu 

Məcəllənin  92.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  təmin  olunmalıdırsa, 

cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini 

Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 

193.3.  Məhkəmə  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  orta  aylıq  gəlirini,  maddi, 

əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi 

tərəfindən  göstərilən  hüquqi  yardımı  ödəməkdən  azad  edilməsi  və  ödəmənin 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  vəsaiti  hesabına  həyata  keçirilməsi 

barədə əsaslandırılmış qərar qəbul edir. 

193.4.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  müdafiəçidən  imtina  etdikdə  və  bu 

imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət 

prosesində  iştirak  edən  müdafiəçinin  hüquqi  yardımı  göstərilən  şəxslər  üçün 

məhkəmənin  qərarı  əsasında  pulsuz,  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi 

vəsaiti hesabına həyata keçirilir. 

193.5.  Bu  Məcəllənin  193.2—193.4-cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

hüquqi  yardım  müdafiəçinin  təqdim  etdiyi  hesabat  əsasında  hər  iş  saatı  üçün 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. 

M a d d ə  

1 9 4 .  

X ü s u s i  

i t t i h a m ç ı n ı n  

n ü m a y ə n d ə s i n i n  

h ü q u q i   y a r d ı m ı n ı n   d ö v l ə t   h e s a b ı n a   ö d ə n i l m ə s i

 

194.1.  Məhkəmə  baxışı  zamanı  dövlət  ittihamçısı  ictimai-xüsusi  ittiham 



qaydasında  həyata  keçirilən  cinayət  təqibindən  imtina  etdikdə,  xüsusi  ittihamçıya 

cinayət  təqibini  davam  etdirmək  üçün  nümayəndəsi  tərəfindən  göstərilən  hüquqi 

yardımın  ödənilməsi  qaydası  məhkəmənin  qərarı  ilə  müəyyən  olunur.  Həmin 

cinayət  təqibi  üzrə  ittiham  hökmü  çıxarıldıqda  xüsusi  ittihamçının  nümayəndəsi 

tərəfindən göstərilən hüquqi yardımı ödəmək üçün xüsusi ittihamçının kifayət qədər 

vəsaiti olmadıqda, məhkəmə ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi 

vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. 

194.2. Vəkilin xüsusi ittihamçıya göstərilmiş hüquqi yardımı bu Məcəllənin 193.5-

ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə