Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə60/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   56   57   58   59   60   61   62   63   ...   190

barədə məlumat toplamalı, şübhəli və ya təqsirləndirilən şəxsi lazımi nəzarət altında 

saxlamalarını həyata keçirmək iqtidarında olduqlarını yəqin etməlidir. 

170.3.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində  nəzarət  altına  vermə 

qismində  qətimkan  tədbirinin  seçilməsinin  mümkünlüyünü  yəqin  edən  cinayət 

prosesini  həyata  keçirən  orqan  müvafiq  qətimkan  tədbirinin  seçilməsinə  dair  qərar 

çıxarır.  O,  valideynləri,  qəyyumları,  himayəçiləri  və  ya  uşaq  müəssisəsinin 

nümayəndəsini nəzarət altına vermə  barədə çıxarılmış qərarla tanış edir və qərarın 

surətini  onlara  təqdim  edir,  habelə  protokolda  göstərilməklə  onları  şübhənin  və  ya 

ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar 

edir. 


170.4. Valideynlər, qəyyumlar, himayəçilər yetkinlik yaşına çatmamış şübhəli və 

ya təqsirləndirilən şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifələrindən xəstəliyi, 

ailədə qarşılıqlı münasibətin pisləşməsi,  bu şəxslərin lazımi davranışını təmin etmə 

imkanını  istisna  edən  digər  səbəblər  üzündən  azad  olunmalarını  xahiş  etməyə 

haqlıdırlar. 

170.5. Nəzarəti həyata keçirməli olan şəxslər qarşısı alınmayan qüvvənin təsirini 

sübut  etdikləri  hallar  istisna  olmaqla,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin 

davranışına  nəzarəti  həyata  keçirmək  imkanından  məhrum  olunduqlarına  istinad 

etməyə haqlı deyillər. 

170.6. Nəzarəti həyata keçirməli olan şəxslər xəbərdarlıq üçün haqqında nəzarət 

altına vermə qismində qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin 

lazımi  qaydada  davranmaması  barədə  cinayət  prosesini  həyata  keçirən  orqana 

məlumat verməlidirlər. 

170.7. Nəzarəti həyata keçirməli olan və bu vəzifələrini yerinə yetirməyən təqsirli 

şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət 

daşıyırlar. 

M a d d ə   1 7 1 .   K o m a n d a n l ı ğ ı n   m ü ş a h i d ə s i   a l t ı n a   v e r m ə

 

171.1.  Komandanlığın  müşahidəsi  altına  vermə  qətimkan  tədbiri  qismində 



şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  xidmət  etdiyi  və  ya  toplanışlar  keçdiyi  hərbi 

hissə və ya birləşmə komandirinin, hərbi müəssisə rəisinin üzərinə bu şəxsin ictimai 

qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və 

digər  vəzifələri  icra  etməsi  də  daxil  olan  davranışını  təmin  etmə  vəzifəsinin 

qoyulmasından ibarətdir. 

171.2.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində  komandanlığın  müşahidəsi 

altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən 

cinayət  prosesini  həyata  keçirən  orqan  müvafiq  qətimkan  tədbirinin  seçilməsi 

barədə  qərar  çıxarır.  O,  komandanlığın  nümayəndəsini  qətimkan  tədbirinin 

seçilməsi  barədə  qərarla  tanış  edir  və  qərarın  surətini  ona  təqdim  edir,  habelə 

protokolda  göstərilməklə  onu  şübhənin  və  ya  ittihamın  məzmunu  ilə  tanış,  hüquq 

və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir. 




171.3.  Komandanlıq  tabeliyində  olan  şəxsə  qarşı  müşahidə  və  onun  lazımi 

davranışını  təmin  etmək  üçün  ümumqoşun  nizamnamələrində  nəzərdə  tutulmuş 

müvafiq tədbirləri görməyə haqlıdır. 

171.4.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində  komandanlığın  müşahidəsi 

altına vermə qismində qətimkan tədbirinin seçildiyi dövrdə o, qarovulun və döyüş 

növbətçiliyinin  aparılması  üçün  təyin  olunmur,  sülh  dövründə  silah  gəzdirmək 

hüququndan  məhrum  edilir,  zabit,  gizir  və  miçman  olmayan  hərbi  qulluqçular  isə 

bundan  əlavə  hərbi  hissənin  yerləşdiyi  ərazidən  kənarda  təkbaşına  işləməyə 

göndərilmir, habelə hissənin yerləşdiyi ərazidən kənara buraxılmırlar. 

171.5.  Müşahidəni  icra  edən  komandanlıq  qarşısı  alınmayan  qüvvənin  təsirini 

sübut etdiyi hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına 

nəzarəti  həyata  keçirə  bilmək  imkanından  məhrum  olunduğuna  istinad  etməyə 

haqlı deyil. 

171.6.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müşahidə  altına  verildiyi 

komandanlıq  tabeliyində  olan  bu  şəxslərin  lazımi  qaydada  davranmaması  barədə 

cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir. 

171.7.  Müşahidə  aparmalı  olan  və  bu  vəzifələrini  yetinə  yetirməyən  təqsirli 

şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət 

daşıyırlar. 

M a d d ə   1 7 2 .   V ə z i f ə d ə n   k ə n a r l a ş d ı r m a

 

172.1.  Vəzifədən  kənarlaşdırma  qətimkan  tədbiri  qismində  şübhəli  və  ya 



təqsirləndirilən  şəxsin  öz  vəzifə  səlahiyyətlərini  icra  etməsinə,  yerinə  yetirdiyi  işi, 

yaxud  məşğul  olduğu  fəaliyyəti  davam  etdirməsinə  qadağan  qoyulmasından 

ibarətdir. 

172.2.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində  vəzifədən  kənarlaşdırma 

qismində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olduqda,  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  göstərilən  şəxsə  3  (üç) 

gün  müddətində  vəzifə  səlahiyyatlərini  icra  etməyi,  yerinə  yetirdiyi  işi,  yaxud 

məşğul  olduğu  fəaliyyəti  davam  etdirməyi  əsaslandırılmış  qərarı  ilə  qadağan  edə 

bilər. Eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror 

məhkəməyə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində  vəzifədən  kənarlaşdırma 

qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat göndərir. 

172.3.  Vəzifədən  kənarlaşdırma  qismində  qətimkan  tədbirinin  seçilməsi  barədə 

məhkəmə  qərarının  surəti  dərhal  icra  edilməsi  üçün  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsin iş yerinin müdiriyyətinə göndərilir və o, qərarın surətini aldığı andan şübhəli 

və  ya  təqsirləndirilən  şəxsin  qadağan  edilmiş  işlə  məşğul  olmasına,  yaxud 

fəaliyyətini həyata keçirməsinə imkan verməyə haqlı deyil. 

M a d d ə   1 7 3 .   Q ə t i m k a n   t ə d b i r l ə r i n d ə n   ş i k a y ə t   v e r i l m ə s i

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə