Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə58/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   54   55   56   57   58   59   60   61   ...   190

məhkəmənin  depozitinə  qoymaqdan  ibarətdir.  Məhkəmənin  qərarı  ilə  girov 

qismində daşınmaz əmlak da qəbul edilə bilər. 

164.2.  Girovun  qətimkan  tədbiri  qismində  seçilməsi  məsələsinə  məhkəmə 

tərəfindən  yalnız  müdafiə  tərəfinin  vəsatəti  əsasında  həbs  qətimkan  tədbirinin 

seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər. 

164.3. Girovun qoyulması həm təqsirləndirilən şəxsin əmlakı və vəsaiti, həm də 

onun  yaxın  qohumlarının  və  ya  digər  fiziki  və  hüquqi  şəxslərin  əmlakı  və  vəsaiti 

hesabına  həyata  keçirilə  bilər.  Girovun  dəyərini  sübut  etmə  vəzifəsi  girov  qoyanın 

üzərinə düşür. 

164.4. Bu Məcəllənin 155.1 və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan 

hər  hansı  biri  mövcuddursa,  məhkəmə  müvafiq  motivlərə  istinad  edərək  girov 

qoyulmaqla həbsdən azad etməni qeyri-mümkün hesab edə bilər. 

164.5.  Məhkəmə  girovun  məbləğini  həddən  artıq  yüksək  təyin  etməməli,  lakin 

onun məbləği aşağıdakılardan az olmamalıdır: 

164.5.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayət  törədilməsinə  görə  verilmiş 

ittiham üzrə — beş min manat; 

lxxvi[76]

 

164.5.2.  az  ağır  və  ya  ehtiyatsızlıq  üzündən  ağır  cinayət  törədilməsinə  görə 



verilmiş ittiham üzrə — on min manat. 

lxxvii[77]

 

164.6. Məhkəmə təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsi 



məsələsini  həll  edərkən  girovun  qətimkan  tədbiri  qismində  tətbiq  olunması  və  ya 

bundan imtina edilməsi barədə qərar qəbul edir. Girovun qətimkan tədbiri qismində 

tətbiq olunması barədə qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya 

protest  verilə  bilər.  Bu  qərarla  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən prokuror razı olmadıqda: 

164.6.1.  girov  qətimkan  tədbirinin  seçilməsi  barədə  məhkəmənin  qərarı  yalnız 

apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  təsdiq  olunduqdan  sonra  qanuni 

qüvvəyə minir; 

164.6.2.  bu  qərarın  qanuniliyi  və  əsaslılığı  məsələsinə  apellyasiya  instansiyası 

məhkəməsində baxılanadək birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri 

kimi seçdiyi qərar girov məsələsi həll edilənədək qüvvədə saxlanılır. 

164.7.  Məhkəmə  təqsirləndirilən  şəxs  barəsində  həbs  qətimkan  tədbirini  girovla 

əvəz  etdikdə,  girovun  müəyyən  edilmiş  məbləği  dövlət  bankında  məhkəmənin 

depozitinə  köçürülməyənədək  təqsirləndirilən  şəxs  həbsdə  saxlanılır.  Cinayət 

prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarından  sonra  təqsirləndirilən  şəxsin 

dərhal  həbsdən  azad  edilməsi  barədə  həbsdə  saxlama  yerinin  rəhbərinə  məlumat 

verir. 


164.8. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, 

onun icazəsi olmadan başqa yerə getdiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb 

edilməkdən  və  cəza  çəkməkdən  boyun  qaçırdığı  halda  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  girovun  dövlət  nəfinə  keçirilməsi 




barədə  təqdimatla  məhkəməyə  müraciət  edir.  Girov  qoyan  bu  girovun  dövlətin 

nəfinə  keçirilməsi 

barədə  məhkəmə  qərarından  apellyasiya  instansiyası 

məhkəməsinə şikayət edə bilər. 

164.9.  Məhkəmənin  hökmü  qanuni  qüvvəyə  mindikdən  sonra,  habelə  bu 

Məcəllənin  164.8-ci  maddəsində  nəzərdə  tutulmuş  pozuntuların  sübut  olunmadığı 

və  ya  girov  qətimkan  tədbirinin  ləğv  edildiyi,  yaxud  dəyişdirildiyi  bütün  hallarda 

girov  onu  qoymuş  şəxsə  qaytarılmalıdır.  Girovun  qaytarılması  barədə  qərar 

məhkəmə  tərəfindən  hökmlə  və  ya  qətimkan  tədbirinin  dəyişdirilməsi,  yaxud  ləğv 

edilməsi barədə qərarla bir vaxtda çıxarılır. 

164.10.  Bu  Məcəllənin  164.8-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  girovun 

dövlət  nəfinə  keçirilməsi  ilə  eyni  vaxtda  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə girovu həbslə əvəz edir. 

164.11.  Girov  qismində  qətimkan  tədbirinin  tətbiqinə  bu  Məcəllənin  157.8-ci 

maddəsində  nəzərdə  tutulmuş  hallarda  müstəntiqin  və  ya  prokurorun  qərarına 

əsasən xitam verilə bilər. 

M a d d ə   1 6 5 .   B a ş q a   y e r ə   g e t m ə m ə k   h a q q ı n d a   i l t i z a m

 

165.1. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli 



və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında 

olacağı,  həmin  orqanın  icazəsi  olmadan  başqa  yerə  getməyəcəyi,  ondan 

gizlənməyəcəyi,  cinayətkar  fəaliyyətlə  məşğul  olmayacağı,  təhqiqata,  istintaqa  və 

məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun 

və  ya  məhkəmənin  çağırışlarına  gələcəyi  və  yaşayış  yerini  dəyişməsi  haqqında 

onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. 

165.2.  Başqa  yerə  getməmək  haqqında  iltizamı  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsdən cinayət prosesini həyata keçirən orqan alır. 

M a d d ə   1 6 6 .   Ş ə x s i   z a m i n l i k

 

166.1.  Şəxsi  zaminlik  qətimkan  tədbiri  qismində  şübhəli  və  ya  təqsirləndirilən 



şəxsin  ictimai  qaydaya  riayət  edəcəyi,  cinayət  prosesini  həyata  keçirən  orqanın 

çağırışlarına  gələcəyi  və  digər  prosessual  vəzifələri  icra  edəcəyi  də  daxil  olan 

müvafiq  davranışlarına  dair  fiziki  şəxslərin  zamin  durmaları  barədə  yazılı 

öhdəlikdən ibarətdir. 

166.2.  Şəxsi  zamin  kimi  yalnız  yetkinlik  yaşına  çatmış,  etibar  oluna  bilən, 

götürdüyü  öhdəliyi  yerinə  yetirmədikdə  beş  yüz  əlli  manat  tutula  bilən  cəriməni 

qabaqcadan  dövlət  bankında  məhkəmənin  depozitinə  keçirmiş  Azərbaycan 

Respublikasının vətəndaşları çıxış edə bilərlər.

lxxviii[78]

 

166.3. Şəxsi zaminlərin sayını cinayət prosesini həyata keçirən orqan 2-dən 5-dək 



şəxs həddində müəyyən edir. 

166.4. Şəxsi zaminin hüquq və vəzifələri, habelə onların həyata keçirilmə qaydası 

bu Məcəllənin 168-ci maddəsində nəzərdə tutulmuşdur. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə