Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə56/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   52   53   54   55   56   57   58   59   ...   190

həbsdə  saxlanılma  müddəti  6  (altı)  aydan  çox  olmayan  müddətə  məhkəmə 

tərəfindən uzadıla bilər. 

lxxiii[73]

 

M a d d ə   1 6 0 .   H i m a y ə   v ə   ə m l a k a   n ə z a r ə t   e t m ə   h ü q u q u



 

160.1.  Valideynin  və  ya  ailəni  dolandıran  şəxsin  həbsə  alınması,  habelə  cinayət 

prosesini  həyata  keçirən  orqanın  digər  hərəkətləri  nəticəsində  nəzarətsiz,  baxımsız 

qalmış  və  həyat  üçün  zəruri  vəsaitlərdən  məhrum  olunmuş  yetkinlik  yaşına 

çatmamış,  habelə  əmək  qabiliyyəti  olmayan  şəxslərin  himayə  olunmaq  hüququ 

vardır  və  həmin  orqan  bu  hüququ  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi 

vəsaiti  hesabına  təmin  etməlidir.  Əmək  qabiliyyəti  olmayan  şəxslərin  dövlət  sosial 

müdafiə  orqanına  və  ya  tibb  müəssisəsinə  müvəqqəti  yerləşdirilməsinin,  onlara 

nəzarət  və  qulluq  edilməsinin  təşkil  olunması  barədə  cinayət  prosesini  həyata 

keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli 

şəxsləri  üçün  məcburidir.  Cinayət  prosesini  həyata  keçirən  orqan  yetkinlik  yaşına 

çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların 

himayəsinə etibar etməyə haqlıdır. 

160.2.  Həbsə  alınma,  habelə  cinayət  prosesini  həyata  keçirən  orqanın  digər 

hərəkətləri nəticəsində əmlakı baxımsız qalmış şəxs onun əmlakına nəzarət edilməsi 

hüququna  malikdir.  Göstərilən  orqan  həmin  şəxsin  əmlakına  nəzarət  edilməsi 

barədə xahişini onun hesabına təmin etməlidir. Şəxsin əmlakına nəzarət edilməsinin 

təşkili  barədə  cinayət  prosesini  həyata  keçirən  orqanın  göstərişi  müvafiq  dövlət 

orqanları, müəssisə, idarə və təşkilatlar üçün məcburidir. 

160.3.  Cinayət  prosesini  həyata  keçirən  orqan  bu  maddəyə  uyğun  görülmüş 

tədbirlər barədə həbsdə saxlanılan şəxsə və ya digər maraqlı şəxsə təxirə salınmadan 

məlumat verməlidir. 

M a d d ə   1 6 1 .   H ə b s d ə   s a x l a n ı l m a   y e r i   m ü d i r i y y ə t i n i n  

v ə z i f ə l ə r i

 

161.0. Həbsdə saxlanılma yerinin müdiriyyəti aşağıdakıları etməlidir: 



161.0.1.  qətimkan  tədbiri  qismində  həbs  seçilməsi  barədə  məhkəmənin  qərarı 

əsasında  həbsdə  saxlanılma  yerinə  gətirilmiş  hər  bir  şəxsi  dərhal  qeydiyyatdan 

keçirmək; 

161.0.2.  həbsdə  saxlanılma  yerinə  yenicə  gətirilmiş  şəxsin  xahişi  ilə  onun  həbsə 

alınması  və  harada  saxlanılması  haqqında  ailəsinə,  dostlarına  və  ya  əlaqələri  onun 

üçün  qanuni  maraq  doğuran  digər  şəxslərə  dərhal  xəbər  vermək  (şəxs  həbsə 

alınması  və  harada  saxlanılması  haqqında  yuxarıda  göstərilən  şəxslərə  məlumat 

vermək  istəməzsə,  həbsdə  saxlanılma  yerinin  müdiriyyəti  bunu  zəruri  ehtiyac 

olmadan, misal üçün,  bu şəxsin qocalığı, psixi vəziyyəti və ya digər  bu kimi hallar 

istisna olmaqla, öz təşəbbüsü ilə etməməlidir); 

161.0.3.  ədalət  mühakiməsi  mənafeyinin  ziddinə,  təhlükəsizliyin  və  həbsdə 

saxlanılma yerinin qaydalarının gözlənilməsi naminə bir sıra məhdudiyyətlər istisna 




olmaqla,  həbsdə  saxlanılan  şəxsin  ailə  üzvləri,  dostları  və  ya  əlaqələri  onun  üçün 

qanuni  maraq  doğuran  digər  şəxslərlə  ləyaqətli  şəraitdə  və  nəzarət  altında 

görüşlərini keçirmək; 

161.0.4. həbsdə  saxlanılan şəxslərin təhlükəsizliyini və onlara zəruri müdafiə və 

kömək göstərilməsini təmin etmək; 

161.0.5.  həbsdə  saxlanılan  şəxslər  üçün  daxil  olan  prosessual  sənədlərin 

surətlərini onlara sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, 

səhər saat 12-dək vermək; 

161.0.6.  həbsdə  saxlanılan  şəxslərin  şikayət  və  digər  ərizələrinin  qeydiyyatını 

həyata keçirmək; 

161.0.7.  həbsdə  saxlanılan  şəxsin  müstəntiqə,  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə ünvanlanmış şikayətlərini və 

digər ərizələrini təxirə salmadan aidiyyəti üzrə göndərmək; 

161.0.8.  həbsdə  saxlanılan  şəxsin  məhkəməyə  gəlməkdən  imtina  etməsini 

protokolda göstərmək; 

161.0.9. müdafiəçini və qanuni nümayəndəni həbsdə saxlanılan şəxslə maneəsiz 

görüşə buraxmaq, onların konfidensial, təklikdə, sayına və müddətinə məhdudiyyət 

qoyulmadan görüşməsinə imkan yaratmaq; 

161.0.10.  həbsdə  saxlanılan  şəxsin  cinayət  prosesini  həyata  keçirən  orqana 

vaxtında çatdırılmasını təmin etmək; 

161.0.11.  müstəntiq,  prokuror  və  ya  məhkəmənin  göstərişi  ilə  şəxsin  həbsdə 

saxlandığı  yerdə  istintaq,  yaxud  digər  prosessual  hərəkətlərin  həyata  keçirilməsi 

imkanını təmin etmək; 

161.0.12.  həbsdə  saxlanılan  şəxsi  cinayət  prosesini  həyata  keçirən  orqanın 

qərarına əsasən, digər həbsdə saxlanılma yerinə köçürmək; cinayət prosesini həyata 

keçirən  orqanın  həbs  olunanların  qanunla  müəyyən  edilmiş  saxlanılma  rejiminə 

zidd olmayan digər göstərişlərini yerinə yetirmək; 

161.0.13.  şəxsin  həbsdə  saxlanılma  müddətinin  başa  çatmasına  7  (yeddi)  gün 

qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə 

məlumat vermək; 

161.0.14.  məhkəmənin  müvafiq  qərarı  olmadan  həbsdə  saxlanılan  və  ya 

məhkəmənin  qərarı  ilə  müəyyən  edilmiş  həbsdə  saxlanılma  müddəti  başa  çatmış 

şəxsləri,  habelə  şəxsin  həbsdən  azad  edilməsi  üçün  məhkəmənin  təyin  etdiyi  girov 

ödənildikdə  dərhal  azad  etmək  və  bu  barədə  müvafiq  hakimə  (məhkəməyə) 

məlumat vermək. 

M a d d ə   1 6 2 .   Ş ə x s i n   h ə b s d ə n   a z a d   e d i l m ə s i

 

162.1.  Şəxs  məhkəmənin  qərarına  əsasən  aşağıdakı  hallarda  həbsdən  azad 



edilməlidir: 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə