Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə59/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   55   56   57   58   59   60   61   62   ...   190

M a d d ə   1 6 7 .   T ə ş k i l a t ı n   z a m i n l i y i

 

167.1. 



Təşkilatın 

zaminliyi 

qətimkan 

tədbiri 


qismində 

Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  müvafiq  dövlət  qeydiyyatından  keçmiş  etibar 

oluna bilən hüquqi şəxsin öz nüfuzu və şübhəli və ya təqsirləndirilən şəxsin ictimai 

qaydaya  riayət  edəcəyi,  cinayət  prosesini  həyata  keçirən  orqanın  çağırışlarına 

gələcəyi  və  digər  prosessual  vəzifələri  icra  edəcəyi  də  daxil  olan  müvafiq 

davranışına  dair  götürdüyü  öhdəliyi  yerinə  yetirmədikdə  min  yüz  manat  tutula 

bilən  cəriməni  qabaqcadan  dövlət  bankında  məhkəmənin  depozitinə  keçirdiyi  pul 

məbləği ilə zamin durması barədə yazılı öhdəlikdən ibarətdir.

lxxix[79]

 

167.2. Zamin kimi çıxış edən təşkilatın hüquq və vəzifələri, habelə onların həyata 



keçirilmə qaydası bu Məcəllənin 168-ci maddəsində nəzərdə tutulmuşdur. 

M a d d ə   1 6 8 .   Z a m i n l i y i n   h ə y a t a   k e ç i r i l m ə s i   q a y d a s ı

 

168.1. Zaminin etibarlı olduğunu, habelə şəxsi zaminlik və ya təşkilatın zaminliyi 



qismində  qətimkan  tədbirlərinin  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində 

seçilməsinin  mümkünlüyünü  yəqin  edən  cinayət  prosesini  həyata  keçirən  orqan 

ərizəçini,  o  cümlədən  hüquqi  şəxsin  nümayəndəsini  şübhənin  və  ya  ittihamın 

məzmunu  ilə  tanış  edir,  zaminə  hüquq  və  vəzifələrini  izah  edir  və  zaminə 

məsuliyyət  barədə  xəbərdarlıq  edir.  Bundan  sonra  ərizəçi  öz  xahişini  təsdiq  və  ya 

ondan imtina edə bilər. 

168.2.  Bu  Məcəllənin  168.1-ci  maddəsində  nəzərdə  tutulmuş  prosessual 

hərəkətlər  protokolda  göstərilir.  Şəxsi  zaminlik  və  ya  təşkilatın  zaminliyi  qismində 

qətimkan  tədbiri  seçildiyi  halda,  zamin  haqqında  məlumatlar  cinayət  prosesini 

həyata keçirən orqanın qərarında göstərilir. Müvafiq qərarın surəti gecikdirilmədən 

zaminə verilir. 

168.3.  Zamin  cinayət  işi  üzrə  icraatın  istənilən  anında  zaminlikdən  imtina  edə 

bilər. Zaminlikdən imtinanın səbəblərini şübhəli və ya təqsirləndirilən şəxsin cinayət 

qanunu  ilə  nəzərdə  tutulmuş  yeni  və  ya  daha  ağır  əməldə  ittiham  edilməsi; 

zaminliyin  qəbulu  anında  zaminin  bilmədiyi  və  bilməsi  mümkün  olmadığı 

əhəmiyyətli  halların  aşkar  olunması;  özünün  başqa  yerə  getməsi,  yaxud  ağır 

xəstələnməsi,  habelə  zamin  durmuş  təşkilatın  fəaliyyətinə  xitam  verilməsi,  şübhəli 

va  ya  təqsirləndirilən  şəxsin  başqa  yerə  getməsi  və  ya  başqa  təşkilata  keçməsi 

üzündən,  zaminin  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  sonrakı  davranışına  görə 

cavab vermək imkanı olmayan hallarda, cərimənin təmin olunması üçün qoyulmuş 

pul məbləği cinayət prosesini həyata keçirən orqan tərəfindən zaminə qaytarılır. 

168.4.  Zamin  tutula  biləcək  cərimənin  tətbiqinin  təmin  olunması  üçün  qoyduğu 

pul məbləğini aşağıdakı hallarda da geri almaq hüququna malikdir: 

168.4.1. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirini şübhəli və ya 

təqsirləndirilən  şəxsin  müvafiq  davranış  qaydalarını  pozması  ilə  əlaqədar  olmayan 

səbəbdən dəyişdirdikdə; 




168.4.2.  cinayət  prosesini  həyata  keçirən  orqan  şəxsi  zaminlik  və  ya  təşkilatın 

zaminliyi qismində qətimkan tədbirini ləğv etdikdə; 

168.4.3. zamin fəaliyyət qabiliyyətini itirdikdə. 

168.5. Zaminin qoyduğu pul məbləği aşağıdakı hallarda cinayət prosesini həyata 

keçirən orqanın qərarı ilə dövlət nəfinə keçirilir: 

168.5.1.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müvafiq  davranışının  təmin 

olunmasına dair öhdəliyi yerinə yetirmədikdə; 

168.5.2. zaminlikdən özbaşına imtina etdikdə. 

168.6.  Zaminin  qoyduğu  pul  məbləğinin  dövlətin  nəfinə  keçirilməsi  barədə 

qərardan məhkəmə qaydasında şikayət verilə bilər. 

M a d d ə   1 6 9 .   P o l i s i n   n ə z a r ə t i   a l t ı n a   v e r m ə

 

169.1.  Polisin  nəzarəti  altına  vermə  qətimkan  tədbiri  qismində  bu  maddədə 



müəyyən  olunmuş  hüquqi  məhdudiyyətlərin  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə 

tətbiqindən ibarətdir. 

169.2.  Polisin  nəzarətində  olan  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  təhqiqatçının, 

müstəntiqin,  prokurorun  və  ya  məhkəmənin  icazəsi  olmadan  başqa  yerə  gedə, 

habelə  müvafiq  yaşayış  məntəqəsi  hüdudlarında  daimi  yaşayış  yerini  və  ya 

müvəqqəti  olduğu  yeri  dəyişə  bilməz.  O,  polisin  müəyyən  etdiyi  cədvəl  üzrə  polis 

orqanına  gəlməli  və  gəlişini  qeyd  etdirməlidir.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs 

davranışına  nəzarəti  həyata  keçirmək  üçün  istənilən  anda  polis  orqanına  çağırıla 

bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin 

iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar. 

169.3.  Polisin  nəzarəti  altına  vermə  qismində  qətimkan  tədbirinin  seçilməsi 

barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və 

ya  təqsirləndirilən  şəxsin  yaşayış  yeri  üzrə  polis  orqanına  göndərilir.  Polis  orqanı 

göstərilən  qərarı  qəbul  etdikdən  sonra  24  saat  müddətində  şübhəli  və  ya 

təqsirləndirilən  şəxsi  çağırmalı,  onu  qeydiyyata  almalı  və  nəzarətin  tətbiqinə 

başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir. 

M a d d ə   1 7 0 .   N ə z a r ə t   a l t ı n a   v e r m ə

 

170.1. Nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış 



şübhəli 

və 


ya 

təqsirləndirilən 

şəxsin 

valideynlərinin, 



qəyyumlarının, 

himayəçilərinin,  yaxud  onun  saxlandığı  qapalı  uşaq  müəssisəsi  müdiriyyətinin 

üzərinə  yetkinlik  yaşına  çatmamış  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  ictimai 

qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və 

digər  prosessual  vəzifələri  icra  etməsi  də  daxil  olan  davranışını  təmin  etmə 

vəzifəsinin qoyulmasından ibarətdir. 

170.2.  Yetkinlik  yaşına  çatmamış  şəxsin  nəzarət  altına  verilməsindən  əvvəl 

təhqiqatçı,  müstəntiq,  prokuror və ya məhkəmə valideynlərin, qəyyumların, yaxud 

himayəçilərin şəxsiyyəti, onların yetkinlik yaşına çatmamış şəxsə qarşı münasibətləri 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə