Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə57/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   53   54   55   56   57   58   59   60   ...   190

162.1.1. təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə 

ittiham  təsdiq  edilmədikdə  və  ya  məhkəmədə  cinayət  işi  üzrə  icraata  xitam 

verildikdə; 

162.1.2.  məhkəmə  tərəfindən  təqsirləndirilən  şəxs  barəsində  seçilmiş  həbs 

qətimkan  tədbiri  dəyişdirildikdə  və  ya  ləğv  edildikdə,  habelə  məhkuma  təyin 

edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda; 

lxxiv[74]

 

162.1.3. şəxsin həbsdə saxlanılmasına zərurət olmadığı müəyyən edildikdə. 



162.2. Təqsirləndirilən şəxs müstəntiqin və ya prokurorun cinayət işi üzrə icraata 

xitam verilməsi barədə qərarına əsasən də həbsdən azad edilə bilər. 

162.3.  Bu  Məcəllənin  162.1.1  və  162.1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 

hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. 

162.4.  Həbs  qətimkan  tədbirinin  ləğv  edilməsi  və  ya  dəyişdirilməsi  barədə 

cinayət  prosesini  həyata  keçirən  orqanın  qərarının  surəti  alındıqda,  şəxs  həbsdə 

saxlanma yeri müdiriyyətinin rəhbəri tərəfindən dərhal həbsdən azad edilir. 

162.5.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  qərarı  olmadan  həbsdə 

saxlanılma yerinin rəhbəri müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi 

həbsdən azad edir: 

162.5.1. məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa 

çatdıqda və bu müddət uzadılmadıqda; 

162.5.2.  bu  Məcəllənin  159.7-ci  maddəsində  nəzərdə  tutulmuş  həbsdə 

saxlanmanın son müddəti başa çatdıqda; 

162.5.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi 

üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda. 

162.6.  Şəxs  həbsdən  azad  edildikdən  sonra  cinayət  prosesini  həyata  keçirən 

orqana  yeni  əhəmiyyətli  hallar  məlum  olduğu  və  ya  haqqında  seçilmiş  qətimkan 

tədbiri  şərtlərinin  pozulduğu  hallar  istisna  olmaqla,  həbsdən  azad  olunmuş  şəxs 

həmin ittiham üzrə yenidən həbs edilə bilməz. 

M a d d ə   1 6 3 .   E v   d u s t a q l ı ğ ı

 

163.1.  Ev  dustaqlığı  qətimkan  tədbiri  qismində  təqsirləndirilən  şəxsi  həbsdə 



saxlamadan  və  cəmiyyətdən  tam  təcrid  etmədən,  lakin  məhkəmənin  qərarı  ilə 

müəyyən  edilmiş  azadlıq  və  digər  bir  sıra  hüquqlara  məhdudiyyətlər 

qoyulmasından ibarətdir. 

163.2. Ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə 

tərəfindən  yalnız  müdafiə  tərəfinin  vəsatəti  əsasında  həbs  qətimkan  tədbirinin 

seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər. 

163.3.  Ev  dustaqlığını  ayrı-ayrılıqda  tətbiq  olunan  və  ya  mümkün  məcmusu 

qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər: 

163.3.1.  yaşayış  yerindən  tamamilə  və  ya  müəyyən  vaxtlarda  çıxmağa  qadağan 

qoyulması; 




163.3.2.  telefon  danışıqlarına,  poçt  göndərişlərinə  və  digər  rabitə  vasitələrindən 

istifadəyə qadağan qoyulması; 

163.3.3.  müəyyən  şəxslərlə  ünsiyyətdə  olmağa  və  evində  hər  hansı  şəxsi  qəbul 

etməyə qadağan qoyulması; 

163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların 

işinə xidmət etmək vəzifəsinin qoyulması; 

163.3.5. nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, 

təhqiqat  orqanına  və  ya  təqsirləndirilən  şəxsin  davranışına  nəzarət  edən  digər 

orqana  müəyyən  edilmiş  vaxtda  zəng  etmək,  yaxud  şəxsən  gəlmək  vəzifəsinin 

qoyulması; 

163.3.6.  təqsirləndirilən  şəxsin  və  ya  onun  yaşayış  yerinin  müşahidə  altına 

alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis 

tərəfindən mühafizə edilməsi; 

163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid 

olunmasını təmin edən digər tədbirlər görülməsi. 

163.4.  Ev  dustaqlığı,  onun  müddətinin  müəyyən  edilməsi  və  uzadılması,  ev 

dustaqlığından  azad  etmə  barədə  qərarların  qəbul  edilməsi  əsasları  və  qaydası  bu 

Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. 

163.5.  Məhkəmə  təqsirləndirilən  şəxsin  həbsdən  azad  edilməsi  məsələsini  həll 

edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina 

edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya 

bundan  imtina  edilməsi  barədə  məhkəmənin  qərarından  apellyasiya  instansiyası 

məhkəməsinə  şikayət  və  ya  protest  verilə  bilər.  İbtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokuror həmin qərarla razı olmadıqda: 

lxxv[75]

 

163.5.1.  ev  dustaqlığı  qətimkan  tədbirinin  seçilməsi  barədə  məhkəmənin  qərarı 



yalnız  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  təsdiq  olunduqdan  sonra 

qanuni qüvvəyə minir; 

163.5.2.  bu  qərarın  qanuniliyi  və  əsaslılığı  məsələsinə  apellyasiya  instansiyası 

məhkəməsində baxılanadək birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri 

kimi seçdiyi qərar ev dustaqlığı məsələsi həll edilənədək qüvvədə saxlanılır. 

163.6.  Ev  dustaqlığı  qətimkan  tədbirinin  tətbiqinə  bu  Məcəllənin  157.8-ci 

maddəsində  nəzərdə  tutulmuş  hallarda  müstəntiqin  və  ya  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər. 

M a d d ə   1 6 4 .   G i r o v

 

164.1. Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya 



az  ağır,  habelə  ehtiyatsızlıq  üzündən  ağır  cinayətləri  törətməkdə  ittiham  olunan 

şəxsin  həbsdən  azad  edilməsi,  lakin  onun  cinayət  prosesini  həyata  keçirən  orqanın 

sərəncamında  qalmasını  təmin  etmək  məqsədi  ilə    məhkəmə  tərəfindən  müəyyən 

edilmiş pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə