Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə54/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   50   51   52   53   54   55   56   57   ...   190

155.3.1. 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin 

edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; 

155.3.2.  bu  Məcəllənin  155.1.1  və  155.1.3-ci  maddələrində  nəzərdə  tutulmuş 

hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək  müddətə azadlıqdan məhrum etmə 

növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə. 

lxiv[64]


 

155.4.  Polisin  nəzarəti  altına  vermə  yalnız  azadlıqdan  məhrum  etmə  növündə 

cəza  tətbiq  edilə  bilən  cinayətin  törədilməsində  şübhəli  və  ya  təqsirləndirilən  şəxs 

barəsində seçilə bilər. 

155.5.  Qətimkan  tədbirinin  seçilməsinə  zərurət  olmadıqda,  şübhəli  və  ya 

təqsirləndirilən  şəxsdən  təhqiqatçının,  müstəntiqin,  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya  məhkəmənin  çağırışlarına  gəlməsi  və 

onların yaşayış yerini dəyişməsi ilə əlaqədar məlumat vermək barədə yazılı iltizam 

alınır. 

155.6.  Qətimkan  tədbirinin  seçilməsinin  hər  bir  halında,  habelə  bu  Məcəllənin 

155.5-ci  maddəsində  nəzərdə  tutulmuş  halda,  şübhəli  və  ya  təqsirləndirilən  şəxs 

barəsində  müvafiq  olaraq  şübhənin  və  ya  ittihamın  tam  həllinədək  ondan 

şəxsiyyətini  təsdiq  edən  pasport  və  ya  digər  sənəd  götürülür  və  cinayət  işi  üzrə 

icraatın materiallarına əlavə olunur.  

M a d d ə  

1 5 6 .  

Q ə t i m k a n  

t ə d b i r l ə r i n i n  

s e ç i l m ə s i n i n  

ü m u m i   q a y d a s ı

 

156.1.  Qətimkan  tədbirləri  müvafiq  olaraq  təhqiqatçının,  müstəntiqin,  ibtidai 



araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya  məhkəmənin 

qərarına əsasən seçilir. Qətimkan tədbirinin seçilməsi  barədə qərarda şübhəli və ya 

təqsirləndirilən  şəxsin  törətdiyi  cinayət  və  ilkin  sübutlara  istinad  edilməklə 

qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir. 

156.2. Həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  təqdimatı,  habelə 

cinayət  işinə  baxan  məhkəmənin  öz  təşəbbüsü  ilə  və  yalnız  məhkəmənin  qərarına 

əsasən  seçilə  bilər.  Ev  dustaqlığı  və  ya  girov  həbsin  əvəzinə  müdafiə  tərəfinin 

vəsatəti üzrə məhkəmə tərəfindən seçilə bilər. 

156.3.  Cinayət  prosesini  həyata  keçirən  orqan  qətimkan  tədbirinin  seçilməsi 

barədə  qərarı  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə  (axtarışda  olan  şəxs  istisna 

edilməklə) dərhal elan edir və qərarın surətini ona təqdim edir. 

lxv[65]

 

156.4.  Cinayət  işi  üzrə  icraata  xitam  verildiyi  hallarda,  şübhəli  və  ya 



təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.  

M a d d ə   1 5 7 .   H ə b s

 

157.1.  Təqsirsizlik  prezumpsiyasına  müvafiq  olaraq  şəxsin  cinayət  qanunu  ilə 



nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna 

və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz. 




157.2.  Həbs  qətimkan  tədbiri  qismində  bu  Məcəllənin  155.1—155.3-cü 

maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər. 

157.3. Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 

24  saatdan  artıq  saxlanıla  bilməz  və  bu  müddət  keçənədək  istintaq  təcridxanasına 

keçirilməlidir  (həmin  müddət  istintaq  təcridxanasına  nəqliyyat  vasitələri  ilə 

daşınması müddətinə aid deyil). 

157.4.  Müstəntiq,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuror  və  ya  məhkəmə  eyni  cinayət  işi,  yaxud  əlaqəli  bir  neçə  cinayət  işi  üzrə 

ittiham  olunan  şəxslərin  ayrılıqda  saxlanılması,  təqsirləndirilən  şəxsin  digər  həbs 

olunmuş  şəxslərlə  ünsiyyətinin  qarşısının  alınması,  habelə  həbs  olunmuş  şəxslərin 

saxlanılması  qaydalarına  zidd  olmayan  digər  məsələlər  barədə  istintaq 

təcridxanasının müdiriyyətinə göstərişlər verə bilər. 

157.5.  Həbsin  qətimkan  tədbiri  qismində  seçilməsi  məsələsinə  baxarkən 

məhkəmə  təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılmaqla  cəmiyyətdən  təcrid 

edilməsinə  zərurət  olmadığı  qərarına  gəldikdə,  həbsi  ev  dustaqlığı  ilə  əvəz  etməyə 

haqlıdır. Məhkəmə həbs barədə qərar çıxarmaqla eyni vaxtda təqsirləndirilən şəxsin 

girov qoyulmaqla həbsdən azad edilməsinin mümkünlüyü məsələsini həll edə bilər 

və  belə  azad  etməni  mümkün  hesab  etdikdə,  girovun  məbləğini  müəyyən  edir. 

Məhkəmə  girovun  yolverilməzliyi  və  girovun  məbləği  barədə  qərarına  müdafiə 

tərəfinin vəsatəti ilə yenidən baxa bilər. 

157.6.  Həbsin  qətimkan  tədbiri  qismində  seçilməsi  və  ya  seçilməsindən  imtina 

edilməsi  barədə  məhkəmənin  qərarından  cinayət  prosesinin  tərəfləri  apellyasiya 

instansiyası  məhkəməsinə  şikayət  verə  bilərlər.  Apellyasiya  instansiyası 

məhkəməsinin bu məsələyə dair qərarı qətidir. 

157.7.  Həbsin  qətimkan  tədbiri  qismində  seçilməsi  barədə  qərar  çıxarmış 

məhkəmə  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

təqdimatına əsasən bu qərarı vaxtından əvvəl dəyişməyə və ya ləğv etməyə haqlıdır. 

157.8.  Müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuror  məhkəmə  tərəfindən  seçilmiş  həbs  qətimkan  tədbirinin  tətbiqinə  yalnız 

aşağıdakı hallarda xitam verə bilər: 

157.8.1.  təqsirləndirilən  şəxsin  ağır  xəstəliyi  ilə  əlaqədar  həbsdə  saxlanılmasının 

qeyri mümkünlüyü barədə tibbi rəy olduqda; 

157.8.2. təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət 

kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda. 

M a d d ə   1 5 8 .   H ə b s d ə   s a x l a m a   m ü d d ə t i

 

158.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində 



həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə 

saxlanılma  müddətini  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət 

törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət törətməsinə görə 

isə 3 (üç) ay həddində müəyyən edir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə