Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə52/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   48   49   50   51   52   53   54   55   ...   190

150.2.  İttiham  elan  etmək  üçün  şübhəli  şəxsin  tutulması  barədə  qərarı  həmin 

şəxsi aşkar etmiş təhqiqat orqanının hər hansı əməkdaşı, müstəntiq və ya prokuror 

icra etməli və bundan dərhal sonra qərarı çıxarmış müstəntiq və ya prokurora xəbər 

verməlidir. 

150.3. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması 48 saatdan artıq davam 

edə  bilməz.  Tutulmuş  şəxs  barəsində  həbs  qətimkan  tədbirinin  seçilməsi  məsələsi 

həll  olunarkən  o,  tutulduğu  andan  48  saat  keçənədək  məhkəməyə  gətirilməli, 

məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin 

seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. 

M a d d ə   1 5 1 .   Q ə t i m k a n   t ə d b i r i n i n   ş ə r t l ə r i n i   p o z d u ğ u n a  

g ö r ə   t ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n   t u t u l m a s ı

 

151.1.  Təqsirləndirilən  şəxs  barəsində  seçilmiş  qətimkan  tədbirinin  şərtləri 



pozulduqda, müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər. 

151.2. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri 

hakim  tərəfindən  seçilmişsə,  qətimkan  tədbirinin  şərtlərini  pozduğuna  görə 

prokuror  həmin  şəxsin  tutulması  barədə  qərar  çıxarmaqla  yanaşı  onun  həbsə 

alınmasına dair məhkəməyə təqdimat göndərir. 

151.3.  Qətimkan  tədbirinin  şərtlərini  pozaraq  cinayət  prosesini  həyata  keçirən 

orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsin tutulması 

barədə  qərar  çıxarıldıqda,  müstəntiq  və  ya  prokuror,  həmçinin  eyni  vaxtda  həmin 

şəxsin axtarışını elan edir. 

151.4.  Qətimkan  tədbirinin  şərtlərini  pozduğuna  görə  təqsirləndirilən  şəxsin 

tutulması  barədə  qərarı  həmin  şəxsi  aşkar  etmiş  təhqiqat  orqanının  əməkdaşı, 

müstəntiq  və  ya  prokuror  icra  etməli  və  bundan  dərhal  sonra  qərarı  çıxarmış 

müstəntiqə və ya prokurora xəbər verməlidir. 

151.5.  Qətimkan  tədbirinin  şərtlərini  pozduğuna  görə  təqsirləndirilən  şəxsin 

tutulması  48  saatdan  artıq  davam  edə  bilməz.  Şəxsin  barəsində  seçilmiş  qətimkan 

tədbirinin  həbslə  dəyişdirilməsi  məsələsinin  həll  edilməsi  üçün  həmin  şəxs 

tutulduğu  andan  48  saat  keçənədək  məhkəməyə  gətirilməli,  məhkəmə  işə  təxirə 

salınmadan  baxmalı  və  onun  haqqında  həbs  qətimkan  tədbirinin  seçilməsi  və  ya 

onun azad edilməsi haqqında qərar çıxarmalıdır. 

M a d d ə   1 5 2 .   H ö k m ü n   v ə   y a   m ə h k ə m ə n i n   d i g ə r   y e k u n  

q ə r a r ı n ı n   i c r a s ı   y e r i n ə   m ə c b u r i   g ö n d ə r i l m ə s i   v ə   y a   t ə y i n  

o l u n m u ş   c ə z a n ı n   d i g ə r   c ə z a   n ö v ü   i l ə   ə v ə z   e d i l m ə s i ,  

h a b e l ə   ş ə r t i   m ə h k u m   e t m ə n i n   v ə   y a   c ə z a d a n   ş ə r t i   o l a r a q  

v a x t ı n d a n   ə v v ə l   a z a d   e t m ə n i n   l ə ğ v i   m ə s ə l ə s i n i n   h ə l l i  

m ə q s ə d i   i l ə     t u t u l m a

 

152.1.  Hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə  məcburi 



göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 




ləğvi məsələsinin həlli məqsədi ilə  məhkumun tutulması barədə məhkəmə qərarının 

çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisə və ya orqan tərəfindən 

müvafiq təqdimat verilir: 

152.1.1.  məhkum  olunmuş  şəxs  qaçıb  gizləndikdə  və  ya  müvafiq  müəssisəyə, 

yaxud orqana gəlməkdən boyun qaçırmaq cəhdləri olduqda; 

152.1.2. məhkum olunmuş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri 

mütəmadi və ya qərəzli

 

olaraq yerinə yetirməkdən boyun qaçırdıqda. 



152.2.  Hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə  məcburi 

göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 

ləğvi  məsələsinin  həlli  məqsədi  ilə    tutulma  barədə  qərar  çıxararkən,  məhkəmə 

tutulma vaxtını şəxsin tutulduğu andan 7 (yeddi) gün müddətində müəyyən edir. 

152.3.  Hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə  məcburi 

göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 

ləğvi məsələsinin həlli məqsədi ilə  şəxsin tutulması barədə məhkəmənin qərarı icra 

olunması  üçün  məhkumun  yaşadığı  ərazi  üzrə  polis  orqanına  göndərilir.  Tutulma 

haqqında qərarı icra etmiş orqan icra barədə dərhal məhkəməyə məlumat verir. 

152.4.  Hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə  məcburi 

göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 

ləğvi məsələsinin həlli məqsədi ilə  şəxsin tutulması məhkəmə tərəfindən müəyyən 

olunmuş  müddətdən  artıq  davam  edə  bilməz.  Bu  müddətdə  tutulmuş  şəxs 

məhkəməyə  gətirilməli,  məhkəmə  işə  təxirə  salınmadan  baxmalı,  hökmün  və  ya 

məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə  məcburi  göndərilməsi  və  ya  təyin 

olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və 

ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və hökmlə təyin 

olunmuş  cəzanın  icra  edilməsi  və  ya  məhkumun  azad  edilməsi  haqqında  qərar 

çıxarmalıdır. 

M a d d ə  

1 5 3 .  

T u t u l m u ş  

ş ə x s i n  

h ü q u q l a r ı n ı n  

t ə m i n  

e d i l m ə s i

 

153.1.  Cinayət  təqibi  orqanı  hər  hansı  şəxsin  tutulduğu  halda  onun  hüquqi 



statusundan  asılı  olaraq  bu  Məcəllədə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  üçün 

nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. 

153.2.  Tutulmuş  şəxsin  hüquqlarının  təmin  olunması  üçün  cinayət  prosesini 

həyata  keçirən  orqanın  və  müvəqqəti  saxlama  yerlərinin  əməkdaşları  aşağıdakıları 

etməlidirlər: 

153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və 

yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək 

hüquqlarını izah etmək; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə