Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə48/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   44   45   46   47   48   49   50   51   ...   190

126.3.  Şübhəli,  təqsirləndirilən,  zərər  çəkmiş  şəxsin  və  ya  şahidlərin  cinayət 

prosesini  həyata  keçirən  orqana  özgənin  sözlərindən  verdikləri  məlumatlar  sübut 

kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar 

məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. 

126.4. Aşağıdakı şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz: 

126.4.1. cinayət təqibi  üzrə əhəmiyyət kəsb edən halların müvafiq  anda dərk və 

ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə; 

126.4.2.  cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edən  halların  dərk  və  ya  təsvir 

edilməsi qabiliyyətinin ekspertiza vasitəsi ilə yoxlanılmasından imtina edildikdə. 

126.5.  Şahid  qismində  dindirilməli  olmayan  şəxslərin  məlumatlarından  sübut 

kimi istifadə oluna bilməz. 

126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız 

iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası 

kimi qəbul edilə bilər. 

M a d d ə   1 2 7 .   E k s p e r t i n   r ə y i

 

127.1.  Ekspertin  rəyi  onun  tərəfindən  yazılı  şəkildə  ifadə  edilmiş  elm,  texnika, 



incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: 

127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin 

ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya 

çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir; 

127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. 

127.2.  Ekspert  tərəfindən  aparılan  tədqiqatın  üsulları,  qoyulmuş  sualların 

cavablarının  əsaslandırılması,  habelə  ekspertin  öz  təşəbbüsü  ilə  müəyyən  etdiyi 

cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edən  digər  hallar  ekspertin  rəyində  öz  əksini 

tapmalıdır. 

127.3.  Ekspertin  rəyi  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə  üçün 

məcburi  deyil,  hər  hansı  başqa  sübut  kimi  cinayət  prosesini  həyata  keçirən  orqan 

tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 

Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. 

M a d d ə   1 2 8 .   M a d d i   s ü b u t l a r

 

128.1.  Öz  xüsusiyyətinə  və  əlamətlərinə,  mənşəyinə,  aşkar  edildiyi  yerə  və 



vaxtına  və  ya  üzərində  hadisənin  izlərinin  saxlanıldığına  görə  cinayət  təqibi  üzrə 

əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi 

sübut hesab edilə bilər. 

128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab 

edilir. 

128.3.  Əşyanın  maddi  sübuti  əhəmiyyəti  məhkəmə  tərəfindən  o  halda  qəbul 

olunur ki: 



128.3.1.  əşya  əldə  olunduqdan  dərhal  sonra  o,  ətraflı  təsvir  edilməklə, 

möhürlənməklə  və  bu  kimi  hərəkətlər  yerinə  yetirilməklə  onun  üzərindəki  izlərin 

əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan 

qaldırılmış olsun; 

128.3.2.  şübhəli,  təqsirləndirilən,  zərər  çəkmiş  şəxs  və  ya  şahid  onu  bilavasitə 

məhkəmədə tədqiqdən əvvəl tanısın. 

M a d d ə  

1 2 9 .  

M a d d i  

s ü b u t l a r ı n  

v ə  

d i g ə r  



ə ş y a l a r ı n  

s a x l a n ı l m a s ı

 

129.1.  Maddi  sübutlar  mümkün  qədər  qablaşdırılır,  möhürlənmiş  halda  cinayət 



işində  saxlanılır,  həcmi  böyük  olduqda  isə  təşkilatlara,  müəssisələrə  və  müvafiq 

şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. 

129.2. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən 

dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq 

cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir: 

129.2.1.  qiymətli  metallar  və  daşlar,  mirvari,  onlardan  hazırlanan  zərgərlik 

əşyaları; 

129.2.2.  milli  və  ya  xarici  valyuta  ilə  nağd  pullar,  çeklər,  qiymətli  kağızlar, 

istiqraz vərəqələri və lotereya biletləri. 

129.3. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd 

pul,  həmçinin  digər  qiymətli  kağızlar  cinayət  təqibi  üzrə  icraatın  materiallarında  o 

halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir. 

129.4.  Maddi  sübutların  və  iş  üzrə  götürülmüş  digər  əşyaların  təyinatı  məsələsi 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  və  cinayət  prosesini  həyata  keçirən 

orqanın  cinayət  təqibi  üzrə  icraata  xitam  verilməsi  haqqında  qərarı  ilə  həll 

edilənədək  bu  əşyalar  cinayət  prosesini  həyata  keçirən  orqanda  saxlanılır.  Bu 

Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi 

üzrə icraat qurtaranadək də qəbul edilə bilər. 

129.5. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş 

əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı 

olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır. 

M a d d ə   1 3 0 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   a p a r ı l d ı ğ ı  

m ü d d ə t d ə   ə ş y a l a r ı n   m ü h a f i z ə s i n i n   t ə m i n   e d i l m ə s i

 

130.1.  Maddi  sübutların  və  digər  əşyaların  saxlanılması  zamanı,  habelə  onların 



ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora 

və  ya  məhkəməyə  göndərilməsi  ilə  əlaqədar  bu  əşyaların  itirilməsi,  zədələnməsi, 

xarab  olması,  bir-birinə  toxunması  və  ya  qarışmasının  qarşısının  alınması  üçün 

müvafiq tədbirlər görülməlidir. 

130.2.  Cinayət  təqibi  üzrə  icraatın  materialları  göndərilərkən  onları  müşayiət 

məktubunda,  ayrıca  siyahıda  və  ya  ittiham  aktına  əlavə  olunmuş  arayışda  həmin 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə