Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə46/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   42   43   44   45   46   47   48   49   ...   190

122.4.  Şikayət  bilavasitə,  yaxud  hərəkətindən  və  ya  qərarından  şikayət  edilən 

cinayət  prosesini  həyata  keçirən  orqan  vasitəsilə  verilir.  Öz  hərəkətlərindən  və  ya 

qərarlarından,  yaxud  başqa  şəxslərin  hərəkətlərindən  və  ya  qərarlarından  şikayəti 

qəbul  etmiş  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə,  bu  Məcəllədə  digər 

müddətlər  nəzərdə  tutulmayıbsa,  onu  aldığı  andan  təxirə  salınmadan  24  saat 

müddətində aidiyyəti üzrə baxılması üçün göndərməlidir. 

122.5. Cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda 

cinayət  prosesini  həyata  keçirən  orqanın  onu  aldığı  gündən  3  (üç)  gündən  gec 

olmayaraq baxılmalıdır. Cinayət prosesində iştirak edən digər şəxslərin şikayətlərinə 

cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şikayətin alındığı gündən 15 (on 

beş)  gündən  gec  olmayaraq  baxılır.  Bu  Məcəllədə  şikayətlərə  baxılmasının  digər 

müddətləri də nəzərdə tutula bilər. 

122.6.  Şikayət  cinayət  prosesi  iştirakçısı  və  ya  cinayət  prosesində  iştirak  edən 

digər  şəxs  və  ya  onun  nümayəndəsi  tərəfindən  imzalanmadıqda,  yaxud  şikayət 

edilən  hərəkət  və  ya  qərar  göstərilmədikdə,  baxılmadan  saxlanıla  və  ya  geri 

qaytarıla bilər. 

122.7.  Cinayət  prosesini  həyata  keçirən  orqanın,  yaxud  istintaq  və  ya  digər 

prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri 

aşağıdakı şəxslərin geri götürməyə hüququ vardır: 

122.7.1.  şikayəti  verən  şəxsin  özü  (şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  qanuni 

mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər); 

122.7.2. müdafiəçisinin şikayətini — şübhəli və ya təqsirləndirilən şəxs; 

122.7.3.  nümayəndəsinin  şikayətini  (qanuni  nümayəndənin  şikayətindən  başqa) 

— mülki iddiaçı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki cavabdeh. 

122.8.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallardan  başqa,  şikayətin  geri 

götürülməsi  müəyyən  edilmiş  müddətlər  keçməmiş  onun  təkrar  verilməsinə  mane 

olmur. 

122.9. Şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyi naminə onun özü və 



ya başqa şəxs tərəfindən verilmiş şikayətdən cinayət prosesini həyata keçirən orqan 

bu şəxsin əleyhinə istifadə etməyə haqlı deyil. 

122.10.  Cinayət  prosesini  həyata  keçirən  orqan  şikayətin  dəlilləri  üzrə 

əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir. 

122.11. Cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər 

şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə 

tutulmuş  hüquqi  müdafiə  vasitələri  tükəndikdə,  Azərbaycan  Respublikasının 

beynəlxalq  müqavilələrinə  əsasən  onlar  insan  hüquq  və  azadlıqlarının  müdafiəsi 

üzrə beynəlxalq məhkəmələrə müraciət etməyə haqlıdırlar. 

M a d d ə   1 2 3 .   C i n a y ə t   p r o s e s i n d ə   i ş t i r a k   e d ə n   z ə r ə r  

ç ə k m i ş   ş ə x s l ə r i n ,   ş a h i d l ə r i n ,   t ə q s i r l ə n d i r i l ə n   v ə   d i g ə r  



ş ə x s l ə r i n   d ö v l ə t   m ü d a f i ə s i   ü ç ü n   t ə d b i r l ə r   g ö r ü l m ə s i n i n  

m ə c b u r i l i y i

 

123.1.  Cinayət  prosesini  həyata  keçirən  orqan  zərər  çəkmiş  şəxsin,  şahidin, 



təqsirləndirilən  şəxsin  və  ya  cinayət  prosesində  iştirak  edən  digər  şəxsin  cinayət 

qanunu  ilə  nəzərdə tutulmuş  qəsdlərdən  müdafiəyə  ehtiyacı  olduğu  və  ya  ehtiyacı 

ola  biləcəyi halları aşkar etdikdə,  bu şəxslərin xahişi və ya öz təşəbbüsü ilə onların 

dövlət  müdafiəsi  üçün  müvafiq  qərar  qəbul  etməklə  təhlükəsizlik  tədbirləri 

görməlidir. 

123.2.  Cinayət  prosesində  iştirak  edən  şəxslərin  müdafiəsi  üçün  təhlükəsizlik 

tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda 

və qaydada həyata keçirilir. 

123.3.  Cinayət  prosesində  iştirak  edən  şəxslərin  onların  müdafiəsi  üçün 

təhlükəsizlik  tədbirlərinin  görülməsi  barədə  vəsatətlərinə  və  xahişlərinə  cinayət 

prosesini həyata keçirən orqan təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 

72  saatdan  gec  olmayaraq  baxmalıdır.  Vəsatətə  və  ya  xahişə  baxılması  nəticəsi 

ərizəçiyə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan tərəfindən 

müvafiq qərarın surəti göndərilməlidir. 

123.4. Ərizəçi onun müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə 

vəsatətin və ya xahişin rədd edilməsinə dair qərarın surətini aldıqdan sonra 5 (beş) 

gün müddətində məhkəməyə şikayət etməyə, yaxud vəsatətin və ya xahişin verildiyi 

andan 7 (yeddi) gün müddətində cinayət prosesini həyata keçirən orqanın müvafiq 

qərarının surətini almadıqda təhlükəsizlik tədbirlərinin görülməsi üçün məhkəməyə 

müraciət etməyə haqlıdır. 

123.5. Müdafiə üçün təhlükəsizlik tədbirlərinin görülməsindən imtina edildikdən 

sonra  cinayət  prosesində  iştirak  edən  şəxs  yenidən  hədəyə  və  ya  hücuma  məruz 

qaldıqda,  yaxud  vəsatətdə  və  ya  xahişdə  əvvəllər  öz  əksini  tapmayan  digər  hallar 

yarandıqda,  bu,  onun  göstərilən  tədbirlərin  görülməsi  barədə  təkrarən  vəsatətlə  və 

ya xahişlə müraciət etməsinə mane olmur. 

ÜÇÜNCÜ BÖLMƏ  

SÜBUTLAR VƏ SÜBUTETMƏ 

X I V   f ə s i l    

SÜBUTLAR 

M a d d ə   1 2 4 .   S ü b u t l a r ı n   a n l a y ı ş ı   v ə   n ö v l ə r i

 

124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər 



(məlumatlar,  sənədlər,  əşyalar)  cinayət  təqibi  üzrə  sübutlar  hesab  olunur.  Bu 

sübutlar: 

124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və 

vətəndaşın  konstitusiya  hüquq  və  azadlıqları  məhdudlaşdırılmadan  və  ya 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə