Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə49/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   45   46   47   48   49   50   51   52   ...   190

materiallarla  göndərilən  bütün  maddi  sübutlar  və  digər  əşyalar  qeyd  olunmalıdır. 

Cinayət  təqibi  üzrə  icraatın  materialları  ilə  göndərilməyən  əşyaların  saxlanıldığı 

yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir. 

130.3.  Poçt  vasitəsi  ilə  və  ya  əllə  göndərilən  maddi  sübutlara  və  digər  əşyalara 

ekspert, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim  baxır və  bu əşyaları müşayiət 

məktubuna,  siyahıya,  ittiham  aktına  əlavə  edilmiş  arayışa,  habelə  onların 

əlamətlərini  və  götürülməsini  əks  etdirən  protokollara  və  cinayət  təqibi  üzrə  digər 

materiallara əsasən tutuşdurur. Əşyalara baxışın gedişi və nəticələri barədə protokol 

tərtib olunur. 

M a d d ə   1 3 1 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t   b a ş a   ç a t a n a d ə k  

m a d d i   s ü b u t l a r   b a r ə d ə   q ə b u l   e d i l ə n   q ə r a r l a r

 

131.1. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən 



orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır: 

131.1.1. tez xarab olan əşyaları; 

131.1.2. məişətdə gündəlik tələbat əşyalarını; 

131.1.3.  gündəlik  qulluğa  ehtiyacı  olan  ev  heyvanlarını,  quşları  və  digər 

heyvanları; 

131.1.4.  verilmiş  mülki  iddianın  və  ya  əmlak  tələbinin  təmin  edilməsi  üçün 

üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini. 

131.2.  Bu  Məcəllənin  131.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əşyaların 

mülkiyyətçisi  və  ya  qanuni  sahibi  məlum  olmadıqda  və  ya  hər  hansı  səbəbdən 

onların  qaytarılması  mümkün  deyilsə,  bu  əşyalar  istifadə,  saxlanma  və  ya  qulluq 

edilməsi üçün müvafiq təşkilatlara verilməlidir. 

M a d d ə   1 3 2 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t   b a ş a   ç a t d ı q d a  

m a d d i   s ü b u t l a r   b a r ə d ə   q ə b u l   e d i l ə n   q ə r a r l a r

 

132.0.  Maddi  sübutlar  barədə  məsələnin  həlli  ilə  əlaqədar  məhkəmə  hökm, 



cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi 

haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: 

132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi 

qadağan  edilmiş  əşyalar  müsadirə  olunmalı  və  müvafiq  təşkilatlara  verilməli, 

onların qiyməti olmadıqda isə məhv edilməlidir; 

132.0.2.  dəyəri  olmayan  digər  əşyalar  məhv  edilməli,  maraqlı  şəxslərin  vəsatəti 

olduqda isə onlara verilə bilər; 

132.0.3.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədilməsi  nəticəsində 

qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə 

və ya hüquqi varislərinə qaytarılmalıdır; 

132.0.4.  cinayət  yolu  ilə  əldə  edilmiş  və  ya  cinayətin  predmeti  olan  pul  və 

qiymətli  əşyalar  məhkəmənin  hökmü  ilə  cinayət  nəticəsində  vurulmuş  ziyanın 




ödənilməsinə  yönəldilir,  zərər  çəkmiş  şəxs  məlum  olmadıqda  isə  dövlətin  nəfinə 

keçirilir. 

132.0.5.  maddi  sübut  olan  sənədlər  cinayət  təqibi  üzrə  icraat  materiallarının 

saxlanma  müddəti  ərzində  işdə  saxlanılır  və  ya  maraqlı  təşkilatlara  və  şəxslərə 

verilir. 

M a d d ə   1 3 3 .   Ə ş y a l a r ı n   x a r a b   o l m a s ı ,   m ə h v   e d i l m ə s i   v ə  

y a   i t i r i l m ə s i n i n   n ə t i c ə l ə r i

 

133.1.  Ekspertiza  və  ya  qanuni  keçirilmiş  digər  istintaq,  yaxud  prosessual 



hərəkətlər  zamanı  xarab  olmuş,  məhv  edilmiş  və  ya  itirilmiş  əşyanın  dəyəri 

məhkəmə  məsrəflərinə  aid  edilir.  Bu  əşya  məhkum  olunmuş  şəxsə  və  ya  mülki 

cavabdehə  məxsus  olduqda,  onun  dəyəri  ödənilmir.  Bu  əşya  başqa  şəxsə  mənsub 

olduqda,  onun  dəyəri  məhkəmənin  hökmü  ilə  Azərbaycan  Respublikasının  dövlət 

büdcəsinin  vəsaiti  hesabına  ödənilir  və  ya  məhkum  olunmuş  şəxsdən  və  mülki 

cavabdehdən tutula bilər. 

133.2.  Bəraət  hökmü  çıxarılarkən,  habelə  cinayət  təqibi  üzrə  icraata  xitam 

verilərkən  ekspertiza  və  ya  qanuni  keçirilmiş  digər  istintaq,  yaxud  prosessual 

hərəkətlər  zamanı  xarab  olmuş,  məhv  edilmiş  və  ya  itirilmiş  əşyaların  dəyəri 

prosessual  vəziyyətindən  asılı  olmayaraq  sahibinə  və  ya  onun  qanuni 

mülkiyyətçisinə  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  vəsaiti  hesabına 

ödənilir. 

M a d d ə  

1 3 4 .  

İ s t i n t a q  

h ə r ə k ə t l ə r i n i n  

v ə  

m ə h k ə m ə  



i c l a s ı n ı n   p r o t o k o l l a r ı

 

134.1. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini 



həyata keçirən orqanın cinayət təqibi üçün  əhəmiyyət kəsb edən  halların  bilavasitə 

qavranılmasını  təsdiq  edən  və  bu  Məcəlləyə  uyğun  yazılı  formada  tərtib  edilmiş 

sənədlərdir. 

134.2.  Cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  bu  Məcəlləyə  müvafiq 

tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna 

bilər: 


134.2.1. baxış; 

134.2.2. şəxsi müayinə; 

134.2.3. şəxsin və əşyaların tanınması; 

134.2.4. götürmə; 

134.2.5. axtarış; 

134.2.6. əmlak üzərinə həbs qoyulması; 

134.2.7. poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması; 

134.2.8. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki 

vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi; 



134.2.9.  maliyyə  əməliyyatları,  bank  hesablarının  vəziyyəti  və  vergilərin 

ödənilməsi  barədə  məlumatlar  daxil  olmaqla  şəxsi,  ailə,  dövlət,  kommersiya  və  ya 

peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi; 

134.2.10. meyitin qəbirdən çıxarılması (ekshumasiya); 

134.2.11. dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; 

134.2.12. ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə; 

134.2.13. istintaq eksperimenti. 

134.3. Cinayət  barədə şifahi ərizənin qəbulu, təqsirini  boynuna almaqla könüllü 

gəlmə,  tutulma,  şəxslərə  hüquq  və  vəzifələrini  izah  etmə  protokolları  faktı  təsdiq 

edən sübut növü kimi istifadə oluna bilər. 

134.4.  Qeydiyyatdan  keçirilməyən  və  ya  vaxtında  qeydiyyatdan  keçirilməyən 

istintaq  hərəkətlərinin  protokollarının  sübut  kimi  qəbul  edilməsi  məhkəmə 

tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. 

134.5.  İstintaq  hərəkəti  protokolundakı  natamamlıq  ittiham  etmək  məqsədi  ilə 

təhqiqatçının,  müstəntiqin,  prokurorun  və  ya  hal  şahidinin  ifadələri  ilə  aradan 

qaldırıla bilməz. 

M a d d ə   1 3 5 .   S ə n ə d l ə r

 

135.1.  Cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edə  bilən  məlumatları  hərf,  rəqəm, 



qrafika  və  digər  işarə  formasında  özündə  əks  etdirən  kağız,  elektron  və  ya  digər 

daşıyıcılar  sənəd  hesab  olunur.  Şəxsin  vəzifəsinə  və  yerinə  yetirdiyi  işə  görə  ona 

məlum  olan  halları  imzası  ilə  təsdiq  etdiyi  və  qanunvericiliyin  müəyyən  etdiyi 

formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. 

135.2. Bu Məcəllənin 128.1-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə malik 

sənədlər də maddi sübut hesab edilə bilər. 

135.3. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə 

edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin 

razılığı ilə icazə verilir. 

M a d d ə   1 3 6 .   S ə n ə d l ə r i n   c i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n  

m a t e r i a l l a r ı n a  

ə l a v ə  

e d i l m ə s i ,  

s a x l a n m a s ı  

v ə  

q a y t a r ı l m a s ı



 

136.1. Sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə 

icraatın  materiallarına  əlavə  edilir  və  işin  bütün  saxlanma  müddəti  ərzində  işdə 

saxlanılır. 

136.2.  Götürülmüş  və  işə  əlavə  edilmiş  sənədləri  cari  uçot,  hesabat  və  digər 

hüquqauyğun məqsədlər üçün qanuni sahibi tələb etdikdə, ona həmin sənədlərdən 

müvəqqəti istifadə etmək və ya surətini çıxarmaq imkanı verilməlidir. 

136.3.  Məhkəmənin  hökmü  qanuni  qüvvəyə  mindiyi  gündən  bir  il  keçdikdən 

sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə