Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə47/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   43   44   45   46   47   48   49   50   ...   190

məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən 

hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 

124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin 

əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-

törədilməməsini,  onun  təqsirli  olub-olmamasını,  habelə  ittihamın  düzgün  həll 

edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 

124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 

124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 

124.2.2. ekspertin rəyi; 

124.2.3. maddi sübutlar; 

124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 

124.2.5. digər sənədlər. 

M a d d ə   1 2 5 .   S ü b u t l a r ı n   m ü m k ü n l ü y ü

 

125.1.  Məlumatların,  sənədlərin  və  digər  əşyaların  həqiqiliyinə,  yaranma 



mənbəyinə  və  əldə  edilməsi  hallarına  şübhələr  olmadıqda  onlar  sübut  kimi  qəbul 

edilə bilərlər. 

125.2.  Aşağıdakı  hallarda  əldə  edilmiş  məlumatların,  sənədlərin  və  digər 

əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 

125.2.1.  İnsan  və  vətəndaşların  konstitusiya  hüququqlarının  və  azadlıqlarının, 

yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının 

qanunla 

təminat 


verilən 

hüquqlarından 

məhrum 

etmə 


və 

ya 


onları 

məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya 

göstərə biləcəyi halda; 

125.2.2.  zorakılıq,  hədə-qorxu,  aldatma,  işgəncə  və  digər  qəddar,  qeyri-insani, 

yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 

125.2.3.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdafiə  hüquqlarının,  cinayət 

mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 

125.2.4.  cinayət  prosesində  iştirak  edən  şəxsin  hüquq  və  vəzifələrinin  izah 

edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini 

yanlış başa düşməsindən istifadə etməklə; 

125.2.5.  cinayət  təqibi  üzrə  icraatı  həyata  keçirmək,  istintaq  və  ya  digər 

prosessual  hərəkətlər  aparmaq  hüququ  olmayan  şəxs  tərəfindən  bu  hərəkətlər 

edildikdə; 

125.2.6.  cinayət  prosesində  onun  iştirakını  istisna  edən  halları  bildiyi  və  ya 

bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 

125.2.7.  istintaq  və  ya  digər  prosessual  hərəkətlərin  icraatı  qaydaları  kobud 

pozuntularla aparıldıqda; 



125.2.8.  sənədi  və  ya  digər  əşyanı  tanımağa  qadir  olmayan,  onun  həqiqiliyini, 

mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 

125.2.9.  məhkəmə  iclasında  məlum  olmayan  şəxsdən,  yaxud  müəyyən 

olunmayan mənbədən alındıqda; 

125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. 

125.3.  Bu  Məcəllənin  125.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  alınmış 

məlumatlar,  sənədlər  və  əşyalar  hüquqi  qüvvəsi  olmayan  hesab  edilir  və  onlar 

ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 

125.4.  Bu  Məcəllənin  125.2-ci  maddəsində  nəzərdə  tutulmuş  pozuntularla  əldə 

edilmiş  materiallar  müvafiq  pozuntu  faktlarının  və  onlara  yol  vermiş  şəxslərin 

təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. 

125.5.  Cinayət-prosessual  qanunvericiliyinin  tələblərinin  ittiham  tərəfindən 

pozulması  nəticəsində  sübuti  əhəmiyyətini  itirmiş  hesab  oluna  bilən  materialın 

sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu 

halda  həmin  sübut  digər  proses  iştirakçılarına  deyil,  yalnız  müvafiq  şübhəli  və  ya 

təqsirləndirilən  şəxsə  sübut  kimi  aid  olur.  Bu  materialların  sübut  kimi  qəbul 

edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. 

125.6.  Müvafiq  cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edən  hər  hansı  hal  üzrə 

verilmiş  şikayət  və  çıxarılmış  prosessual  qərar  yalnız  şikayətin  verilməsi  və  ya 

prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul oluna bilməz. 

125.7.  Cinayət  təqibi  üzrə  icraat  zamanı  məlumatlardan,  sənədlərdən  və 

əşyalardan  sübut  kimi  istifadə  edilməsinin  qeyri-mümkünlüyünü,  habelə  onlardan 

məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və 

ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. 

125.8. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların 

qəbul  olunmasının  yolverilməzliyinin  əsaslandırılması  mübahisə  edən  tərəfin 

üzərinə düşür. 

125.9.  Cinayət  işinə  andlı  iclasçıların  kollegiyasında  baxılarkən  məhkəmə 

iclasında  sədrlik  edən  məhkəmə  baxışında  sübut  kimi  qəbul  edilə  bilməyən 

materialları çıxarır və onların hüquqi əsassızlığını andlı iclasçılara izah edir, bununla 

əlaqədar  andlı  iclasçılarda  cinayət  prosesi  tərəflərinin  yanlış  fikir  yaratmasının 

qarşısını alır. 

M a d d ə   1 2 6 .   Ş ü b h ə l i ,   t ə q s i r l ə n d i r i l ə n ,   z ə r ə r   ç ə k m i ş  

ş ə x s i n   v ə   ş a h i d l ə r i n   i f a d ə l ə r i

 

126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən 



orqan  tərəfindən  şübhəli,  təqsirləndirilən,  zərər  çəkmiş  şəxsdən  və  şahidlərdən 

alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. 

126.2.  Yalnız  o  ifadələr  sübut  hesab  oluna  bilər  ki,  onlar  hadisəni,  onun 

səbəblərini,  xarakterini,  mexanizmini  və  ya  inkişafını  bilavasitə  qavrayan  şəxsin 

məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə