Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə55/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   51   52   53   54   55   56   57   58   ...   190

158.2.  Təqsirləndirilən  şəxsi  həbsdə  saxlama  müddəti  şəxsin  tutulma  zamanı 

faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi 

barədə  məhkəmə  qərarının  icra  edildiyi  andan  hesablanır.  Təqsirləndirilən  şəxsi 

həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 

lxvi[66]

 

158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 



158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 

158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi 

ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi 

ilə əlaqədar saxlandığı müddət. 

158.2.4.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  tutulduğu  andan 

Azərbaycan  Respublikasının  ərazisində  cinayət  prosesini  həyata  keçirən  orqana 

təhvil verilənədək olan müddət. 

lxvii[67]

 

158.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu 



Məcəllənin  159-cu  maddəsində  nəzərdə  tutulmuş  həmin  müddətlərin  uzadılması 

halları  istisna  olmaqla,  yuxarıda  göstərilən  müddətlərdən  artıq  ola  bilməz.  Şəxsin 

həbsdə,  ev  dustaqlığında  və  tibb  müəssisəsində  saxlanıldığı  bütün  müddətlər 

toplanılmaqla  bütövlükdə  təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılma  müddətinə 

hesablanır.  Cinayət  işi  üzrə  məhkəməyədək  icraatda  həbsdə  saxlama  müddətinin 

axımı  cinayət  işinin  məhkəməyə  göndərildiyi,  yaxud  həbs  və  ya  ev  dustaqlığı 

qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. 

lxviii[68]

 

158.4.  Qətimkan  tədbiri  qismində  həbsdə  saxlama  müddəti  hesablanarkən 



təqsirləndirilən  şəxsin  və  onun  müdafiəçisinin  cinayət  işinin  materialları  ilə  tanış 

olma müddəti nəzərə alınmır. 

158.5. (çıxarılıb) 

lxix[69]


 

158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci 

və  apellyasiya  instansiyası  məhkəmələrində  aparılmış  icraat  daxil  olmaqla)  şəxsin 

həbsdə  saxlanılması  müddəti  məhkəmə  tərəfindən  ona  təyin  olunmuş  cəza 

müddətinə daxil edilir. 

M a d d ə   1 5 9 .   C i n a y ə t   i ş i   ü z r ə   m ə h k ə m ə y ə d ə k   i c r a a t  

z a m a n ı   h ə b s d ə   s a x l a n ı l m a   m ü d d ə t i n i n   u z a d ı l m a s ı

 

159.1.  Cinayət  işi  üzrə  məhkəməyədək  icraat  zamanı  təqsirləndirilən  şəxsin 



həbsdə  saxlanılması  müddəti  işin  mürəkkəbliyi  ilə  əlaqədar  böyük  ictimai  təhlükə 

törətməyən  cinayətlər üzrə  1  (bir)  aydan,  az  ağır  cinayətlər  üzrə  2 (iki)  aydan,  ağır 

cinayətlər  üzrə  3  (üç)  aydan,  xüsusilə  ağır  cinayətlər  üzrə  isə  4  (dörd)  aydan  artıq 

olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. 

159.2.  Məhkəməyədək  icraat  zamanı  işin  müstəsna  dərəcədə  mürəkkəbliyi  ilə 

əlaqədar  həbsdə  saxlanılma  müddəti  təkrarən  az  ağır  cinayətlər  üzrə  2  (iki)  aydan, 

ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq 

olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. 




159.3. Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri 

hesab  edən  müstəntiq  həbsdə  saxlanılma  müddətinin  keçməsinə  ən  geci  7  (yeddi) 

gün  qalmış  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora 

müvafiq  əsaslandırılmış  vəsatət  verir.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata  keçirən  prokuror  təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılması  müddətinin 

uzadılması  zərurəti  ilə  razılaşdıqda,  məhkəmə  qərarı  ilə  müəyyən  edilən  həbsdə 

saxlama  müddətinin  keçməsinə  ən  geci  5  (beş)  gün  qalmış  məhkəməyə  müvafiq 

təqdimatla  müraciət  edir.  Məhkəmə  təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılma 

müddətinin  uzadılmasının  zəruriliyi  ilə  razılaşdıqda,  onun  barəsində  qətimkan 

tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti 

başa  çatanadək  təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılma  müddətinin  uzadılması 

barədə qərar qəbul edir. 

159.4.  Həbsdə  saxlanılma  müddətinin  uzadılması  barədə  qərar  qəbul  edərkən 

həbsin  ev  dustaqlığı  ilə  əvəz  edilməsi,  habelə  girov  qoyulmaqla  təqsirləndirilən 

şəxsin  azad  edilməsinin  mümkünlüyü  və  girovun  məbləğinin  müəyyən  edilməsi 

hüququ məhkəmədə saxlanılır. 

159.5. Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə 

qərar  qəbul  edərkən,  məhkəmə  həbsdə  saxlanılmanın  sonrakı  müddətini  bu 

Məcəllənin  159.1  və  159.2-ci  maddələrində  nəzərdə  tutulmuş  hədlərdə  müəyyən 

edir. 


159.6. Həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi 

barədə  məhkəmə  qərarından  apellyasiya  instansiyası  məhkəməsinə  şikayət  və  ya 

protest  verilə  bilər.  Apellyasiya  instansiyası  məhkəməsinin  bu  məsələ  üzrə  qərarı 

qətidir. 

lxx[70]

 

159.7.  Cinayət  işinin  məhkəməyədək  icraatı  zamanı  təqsirləndirilən  şəxsin 



həbsdə  saxlanılmasının  son  müddəti  bir  qayda  olaraq  aşağıdakılardan  artıq  ola 

bilməz: 


lxxi[71]

 

159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay; 



159.7.2. az ağır cinayətlər üzrə — 6 (altı) ay; 

159.7.3. ağır cinayətlər üzrə — 9 (doqquz) ay; 

159.7.4. xüsusilə ağır cinayətlər üzrə — 12 (on iki) ay. 

159.8.  Cinayət  işi  üzrə  məhkəməyədək  icraat  zamanı  toplanmış  materialların 

həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını 

gecikdirdiyi  və  başqa  formada  çətinlik  yaratdığı  müstəsna  hallarda  təqsirləndirilən 

şəxsin  həbsdə  saxlanılmasının  159.7-ci  maddədə  göstərilən  son  müddəti  az  ağır  və 

ağır  cinayətlər  üzrə  3  (üç)  aydan,  xüsusilə  ağır  cinayətlər  üzrə  6  (altı)  aydan  artıq 

olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. 

lxxii[72]

 

159.9.  Bu  Məcəllənin  158.2.4-cü  maddəsində  nəzərdə  tutulan  hallarda 



təqsirləndirilən  şəxsin  həbsdə  saxlanılmasının  159.7-ci  maddədə  göstərilən  son 

müddəti  keçdikdə  və  ibtidai  araşdırmanın  davam  etdirilməsi  zərurəti  olduqda 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə