Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə63/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   59   60   61   62   63   64   65   66   ...   190

180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla 

qəbul  edilmiş  mülki  iddia  haqqında,  mülki  iddiaçının  iddiadan  imtina  etməsinin 

qəbul  olunması  haqqında  və  ya  barışıq  sazişinin  təsdiq  edilməsi  haqqında  qanuni 

qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud 

tamamilə  və  ya  qismən  təmin  edilməsini  nəzərdə  tutan  qanuni  qüvvəyə  minmiş 

məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. 

180.2.  Şəxs  cinayət  mühakimə  icraatı  zamanı  mülki  iddia  verməmişsə,  o,  mülki 

mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 

180.3.  Cinayət  mühakimə  icraatı  zamanı  verilmiş,  lakin  məhkəmə  tərəfindən 

baxılmadan  saxlanılmış  mülki  iddia  sonradan  mülki  mühakimə  icraatı  qaydasında 

verilə bilər. 

M a d d ə   1 8 1 .   M ü l k i   i d d i a   v e r m ə k   h ü q u q u   o l a n   ş ə x s l ə r

 

181.1.  Əmlakına  vurulmuş  ziyana  görə  fiziki  və  hüquqi  şəxs  cinayət  mühakimə 



icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 

181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 

181.1.2.  ziyan  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədilməsi  ilə 

əlaqədar vurulduqda. 

181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi 

şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki  iddia verməklə 

aşağıdakıları edə bilər: 

181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə 

əmlakın natura şəklində ödənilməsini; 

181.2.2.  itirilmiş  əmlakın  satın  alınmasına,  habelə  zədələnmiş  əmlakın 

keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin 

ödənilməsini; 

181.2.3. itirilmiş gəlirin ödənilməsini; 

181.2.4. mənəvi ziyanın ödənilməsini. 

181.3.  Maddi  ziyan  o  halda  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin 

törədilməsi  ilə  əlaqədar  vurulmuş  hesab  olunur  ki,  o,  aşağıdakı  xərclər  şəklində 

özünü göstərir: 

181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 

181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 

181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 

181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 

181.4.  Cinayət  mühakimə  icraatı  zamanı  mülki  iddia  fiziki  və  ya  hüquqi  şəxsin 

adından onun nümayəndəsi tərəfindən verilə bilər. 



181.5.  Cinayət  mühakimə  icraatı  zamanı  mülki  iddia  vermək  hüququ  olan  hər 

hansı  fiziki  şəxs  öldükdə  mülki  iddia  vermək  hüququ  onun  varislərinə,  hüquqi 

şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. 

181.6.  Cinayət  mühakimə  icraatı  zamanı  dövlət  əmlakının  mühafizəsi,  habelə 

mülki  iddia  vermək  hüququ  olan  fiziki  şəxsin  öz  qanuni  mənafelərini  şəxsən 

müdafiə  etmək  imkanı  olmadıqda,  prokuror  onların  hüquqlarının  müdafiəsi  üçün 

mülki  iddia  verir  və  onu  müdafiə  edir.  Mənəvi  ziyanın  ödənilməsinə  dair  iddianı 

prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər. 

181.7.  Cinayət  mühakimə  icraatı  zamanı  prokuror  təqsirləndirilən  şəxsə  və  ya 

onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı aşağıdakı hallarda iddia verir və 

onu müdafiə edir: 

181.7.1.  dövlət  mənafeyinin  müdafiəsi  üçün  dövlət  idarə,  müəssisə  və  ya 

təşkilatının müraciəti olduqda; 

181.7.2.  mülki  iddia  vermək  hüququna  malik  olan  fiziki  şəxsin  fəaliyyət 

qabiliyyəti olmadıqda və ya o, məhdud fəaliyyət qabiliyyətli olduqda. 

M a d d ə   1 8 2 . ( ç ı x a r ı l ı b )

lxxxiii[ 8 3 ]

 

M a d d ə   1 8 3 .   M ü l k i   i d d i a n ı n   v e r i l m ə s i



 

183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi  başlanandan 

məhkəmə  istintaqı  başlananadək  istənilən  an  verilə  bilər.  Törədilmiş  cinayət 

haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə 

bilər. 

183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya 



onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 

183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə 

bilər.  İddia  ərizəsində  hansı  cinayət  təqibi  üzrə  kimin  kimə  qarşı,  hansı  əsasla  və 

hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün 

konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 

183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin 

məbləğini  dəqiqləşdirmək  zəruri  olduqda  müvafiq  fiziki  və  ya  hüquqi  şəxs 

məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına 

əlavələr və dəyişikliklər etməyə haqlıdır. 

M a d d ə   1 8 4 .   İ d d i a   ə r i z ə s i n i   q ə b u l   e t m ə k d ə n   i m t i n a

 

Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin 



müddəalarına  əsasən  mümkün  deyilsə,  mülki  iddia  vaxtında  və  ya  müvafiq  şəxsə 

verilməmişdirsə,  yaxud  iddia  ərizəsi  bu  Məcəllənin  183.3-cü  maddəsində  nəzərdə 

tutulmuş  tələblərə  uyğun  deyildirsə,  cinayət  prosesini  həyata  keçirən  orqan  iddia 

ərizəsini qəbul etməkdən imtina edə bilər. 




M a d d ə   1 8 5 .   M ü l k i   i d d i a   ü z r ə   ö d ə m ə n i n   t ə m i n   e d i l m ə s i

 

Cinayət  mühakimə  icraatı  zamanı  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya 



məhkəmə  mülki  iddiaçının,  yaxud  onun  nümayəndəsinin  vəsatəti  və  ya  öz 

təşəbbüsü  ilə  verilmiş,  yaxud  gələcəkdə  qaldırıla  bilən  mülki  iddianın  təmin 

edilməsi üçün tədbirlər görməlidir. 

M a d d ə   1 8 6 .   M ü l k i   i d d i a d a n   i m t i n a   e d i l m ə s i

 

186.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm 



çıxarmaq  üçün  müşavirə  otağına  gedənədək  cinayət  təqibi  üzrə  icraatın  istənilən 

anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina 

etməyə  haqlıdır.  Bu  hüquqlara  mənafeyinin  müdafiəsi  üçün  prokuror  tərəfindən 

mülki iddia verilmiş şəxslər də malikdirlər. 

186.2. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan 

imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata 

xitam  verilməsinə  səbəb  olur  və  müvafiq  şəxsləri  cinayət  mühakimə  icraatında 

təkrar iddia vermək hüququndan məhrum edir. 

M a d d ə   1 8 7 .   M ü l k i   i d d i a n ı n   m ə h k ə m ə   a i d i y y ə t i

 

187.1.  Mülki  iddianın  miqdarından  asılı  olmayaraq  ona  cinayət  işinin  və  ya 



cinayət  təqibi  ilə  bağlı  digər  materialın  aid  olduğu  məhkəmədə  müvafiq  olaraq 

həmin işlə və yaxud materialla birlikdə baxılır. 

187.2.  Cinayət  mühakimə  icraatı  zamanı  mülki  iddia  üzrə  qərarı  məhkəmə  öz 

hökmündə göstərir. 

M a d d ə   1 8 8 .   M ə h k ə m ə n i n   t ə ş ə b b ü s ü   i l ə   m a d d i   z i y a n ı n  

ö d ə t d i r i l m ə s i

 

Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar 



buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki 

iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü 

ilə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllə  ona  vurulmuş  ziyanın  ödənilməsi 

barədə qərar qəbul etməyə haqlıdır. 

X X   f ə s i l    

ZƏRƏR ÇƏKMİŞ ŞƏXSƏ KOMPENSASİYA VERİLMƏSİ 

M a d d ə   1 8 9 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n   k o m p e n s a s i y a   a l m a q  

h ü q u q u

 

189.0.  Cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməllə  vurulmuş  ziyana  görə  zərər 



çəkmiş  şəxs  kompensasiya  almaq  hüququna  o  zaman  malik  olur  ki,  ona  qarşı  bu 

əməlin törədilməsi aşağıdakılarla müəyyən olunur: 

189.0.1. məhkəmənin hökmü ilə; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə