Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə71/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   67   68   69   70   71   72   73   74   ...   190

211.2.3.  ilkin  cinayət  işi  üzrə  icraat  bir  təqsirləndirilən  şəxslər  barəsində 

dayandırılmalı  olduqda  və  digər  təqsirləndirilən  şəxslər  barəsində  dayandırılmalı 

olmadıqda; 

211.2.4. digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində 

yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə); 

211.2.5.  qapalı  məhkəmə  baxışı  üçün  əsaslar  bir  təqsirləndirilən  şəxsə  aid 

olduqda, digərlərinə aid olmadıqda; 

211.2.6.  cinayət  işinin  həcminin  həddən  artıq  böyüklüyü  işdə  iştirak  edən 

şəxslərin  hüquq  və  qanuni  mənafelərinin  təmin  edilməsinə  maneçilik  törətdikdə, 

araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda. 

211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya 

bir  neçəsi  mövcud  olsa  da,  cinayət  təqibi  ilə  bağlı  bütün  halların  hərtərəfli,  tam, 

obyektiv  və  vaxtında  araşdırılmasına  maneələr  olduqda  başqa  cinayət  işi  ayrıla 

bilməz. 


211.4.  Başqa  cinayət  işinin  ayrılması  haqqında  qərarda  aşağıdakılar 

göstərilməlidir: 

211.4.1. cinayət işinin ayrılması üçün əsaslar; 

211.4.2. cinayət işinin ayrılması üçün səbəb olmuş epizodlar və şəxslər; 

211.4.3. cinayət işinin ayrılmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun 

maddəsi; 

211.4.4. cinayət işinin sonrakı ibtidai istintaqının aparılması və öz icraatına qəbul 

edilməsi haqqında qərar. 

211.5.  Başqa  cinayət  işinin  ayrılması  haqqında  qərara  işə  daxil  edilən 

materialların  siyahısı  və  qərarların,  protokolların,  sənədlərin,  maddi  sübutların 

surətləri, yaxud əslləri əlavə edilir. 

211.6.  Başqa  cinayət  işinin  ayrılması  haqqında  qərarın  və  ona  daxil  edilən 

materialların  siyahısının  birinci  nüsxəsi  cinayət  işi  üzrə  ilkin  icraata,  ikinci  nüsxəsi 

isə  ayrılan  cinayət  işi  üzrə  icraata  əlavə  edilir.  Başqa  cinayət  işinin  ayrılması 

haqqında  qərarın  surəti  24  saat  müddətində  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokurora göndərilir. 

211.7. Başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi 

üzrə ilkin  icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və 

müdafiəçisi,  habelə  qanuni  mənafeləri  ilə  əlaqəli  olduqda  zərər  çəkmiş  şəxs,  mülki 

iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır. 

M a d d ə  

2 1 2 .  

C i n a y ə t  

i ş i n i n  

b a ş l a n m a s ı n ı n  

r ə d d  

e d i l m ə s i

 

212.1.  Cinayət  işinin  başlanması  üçün  səbəblərin  qanunsuz  olduğu  və  ya  əsasın 



olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi 


həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 

çıxarır. 

212.2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin 

qərarı  qəbul  etmiş  şəxs  tərəfindən  24  saat  müddətində  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora,  habelə  törədilmiş  və  ya  hazırlanan 

cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. 

xciv[94]

 

212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi 



həyata  keçirən  prokurorun  cinayət  işinin  başlanmasının  rədd  edilməsi  haqqında 

qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən 

prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. 

212.4. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi 

həyata  keçirən  prokurorun  cinayət  işinin  başlanmasının  rədd  edilməsi  haqqında 

qərarında verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir: 

212.4.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya 

yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə 

əlavə  yoxlama  keçirilməklə  və  yaxud  keçirilməməklə  cinayət  işinin  başlanması 

haqqında  qərar  qəbul  edir  və  onu  ibtidai  istintaqın  aparılması  üçün  müstəntiqə 

göndərir,  yaxud  cinayət  işinin  başlanmasının  rədd  edilməsi  haqqında  çıxarılmış 

qərarı dəyişdirilmədən saxlayır; 

xcv[95]

 

212.4.2.  məhkəmə  nəzarəti  funksiyalarını  həyata  keçirən  məhkəmə  göstərilən 



qərarı  ləğv  edir  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun  diqqətini  bu  Məcəllənin  207,  209  və  210-cu  maddələrinin  tələblərinin 

pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə 

qərar  qəbul  edir,  yaxud  cinayət  işinin  başlanmasının  rədd  edilməsi  haqqında 

çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. 

M a d d ə   2 1 3 .   C i n a y ə t   h a q q ı n d a   m ə l u m a t ı n   i s t i n t a q   v ə   y a  

m ə h k ə m ə   a i d i y y ə t i   ü z r ə   g ö n d ə r i l m ə s i

 

213.1.  Aşağıdakı  hallarda  təhqiqatçı  və  ya  müstəntiq  cinayət  işini  başlamadan 



törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatı  istintaq  aidiyyəti  üzrə 

göndərə bilər: 

213.1.1. həmin cinayətin araşdırılması onun səlahiyyətinə aid olmadıqda; 

213.1.2.  cinayət  onun  fəaliyyət  dairəsinin  hüdudlarından  kənar  ərazidə 

törədildikdə. 

213.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət 

işini  başlamadan  törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatı  yalnız 

həmin cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə, 

cinayət  işinin  başlanması  haqqında  məsələnin  həll  edilməsi  üçün  isə  cinayətin 

törədildiyi  yer  üzrə  yoxlama  hərəkətlərinin  aparılması  zərurəti  olduqda,  istintaq 

aidiyyəti üzrə göndərə bilər. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə