Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə70/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   66   67   68   69   70   71   72   73   ...   190

209.2.2.  tanınmamış  insan  meyiti,  insan  bədəninin  hissələri,  yaxud  onların 

basdırılma yerləri aşkar edildikdə; 

209.2.3. insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri 

olduqda; 

209.2.4.  ictimai  və  ya  yaşayış  yerlərində,  habelə  dövlət  müəssisə,  idarə  və  ya 

təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə; 

209.2.5.  qanuni  əsaslarla  saxlama  halları  istisna  olmaqla,  odlu  silah,  döyüş 

sursatı,  partlayıcı  maddələr  və  qurğular,  radioaktiv  materiallar,  zəhərləyici 

maddələr aşkar edildikdə; 

209.2.6.  insanların  oğurlanması  və  ya  onların  girov  götürülməsi  əlamətləri, 

habelə insanlar xəbərsiz itkin düşdüyü hallarda onların qətlə yetirilməsinə şübhələr 

olduqda; 

209.2.7. insan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə; 

209.2.8.  tarix  və  ya  mədəniyyət  abidələri,  habelə  qəbirlər  üzərində  təhqiredici 

hərəkətlər edildikdə; 

209.2.9.  silahlı  qiyam  olduqda,  hakimiyyət  zorla  ələ  keçirildikdə  və  ya  zorla 

saxlanıldıqda; 

209.2.10. 

Azərbaycan 

Respublikasının 

konstitusiya 

quruluşunun 

zorla 

dəyişdirilməsi barədə açıq çağırışlar olduqda; 



209.2.11. kütləvi iğtişaş olduqda; 

209.2.12. təxribat və ya terror aktı törədildikdə; 

209.2.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli 

Məclisi  deputatının,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  üzvünün  həyatına 

sui-qəsd edildikdə; 

209.2.14. məhkəməyə hörmətsizlik edildikdə; 

209.2.15.  hakimin,  prokurorun,  müstəntiqin,  təhqiqatçının,  vəkilin,  ekspertin, 

habelə təhqiqat və ya ibtidai istintaq orqanının, məhkəmənin icraatında olan cinayət 

işi üzrə zərər çəkmiş şəxsin və ya şahidin həyatına sui-qəsd edildikdə; 

209.2.16. cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrum 

etmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda. 

M a d d ə   2 1 0 .   C i n a y ə t   i ş i n i n   b a ş l a n m a s ı   q a y d a s ı

 

210.1.  Bu  Məcəllənin  209-cu  maddəsində  nəzərdə  tutulmuş  hallarda  təhqiqatçı, 



müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə qərar çıxarır. 

210.2. Cinayət işinin başlanması barədə qərarda aşağıdakılar göstərilməlidir: 

210.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;  

210.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi; 

210.2.3. cinayət işinin başlanmasına səbəb, əsas və ya fakt; 




210.2.4.  cinayət  işinin  başlanmasına  dair  cinayəti  nəzərdə  tutan  cinayət 

qanununun maddəsi; 

210.2.5. cinayət işinin başlanmasından sonra onun ibtidai araşdırılma aparılması 

üçün icraata götürülməsi və ya verilməsi. 

xciii[93]

 

210.3.  Cinayət  işinin  başlanması  anında  cinayətin  törədilməsindən  zərər  çəkmiş 



şəxs  məlum  olduqda,  cinayət  işinin  başlanması  ilə  eyni  vaxtda  həmin  şəxs  zərər 

çəkmiş kimi, cinayətin törədilməsi barədə məlumatla birlikdə mülki iddia verildikdə 

isə, bu şəxs həmin qərarda həmçinin mülki iddiaçı kimi tanınır. 

210.4.  Cinayət  işinin  başlanması  barədə  qərarın  surəti  həmin  qərarı  qəbul  etmiş 

şəxs tərəfindən 24 saat müddətində cinayət haqqında məlumat vermiş fiziki, hüquqi 

və ya vəzifəli şəxsə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən 

prokurora göndərilir. 

210.5.  Cinayət  işinin  başlanması  ilə  eyni  vaxtda  davam  edən  və  təkrar 

cinayətlərin  qarşısının  alınması,  habelə  cinayətin  izlərinin,  iş  üçün  əhəmiyyətli  ola 

biləcək əşya və sənədlərin saxlanılması və mühafizəsi üçün tədbirlər görülməlidir. 

210.6. Cinayət işinin başlanmasından sonra: 

210.6.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət 

işinin icraata götürülməsi və ibtidai istintaq aparılması üçün cinayət işini müstəntiqə 

göndərir və ya cinayət işini öz icraatına götürür və ibtidai istintaq aparır; 

210.6.2.  müstəntiq  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuroru  cinayət  işinin  başlanması  haqda  məlumatlandırmaqla  cinayət  işi  üzrə 

ibtidai istintaq aparır; 

210.6.3.  təhqiqatçı  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuroru  cinayət  işinin  başlanması  haqda  məlumatlandırmaqla  cinayət  işi  üzrə 

təhqiqat aparır. 

M a d d ə  

2 1 1 .  

C i n a y ə t  

i ş l ə r i n i n  

b i r l ə ş d i r i l m ə s i  

v ə  


c i n a y ə t   i ş i n i n   m a t e r i a l l a r ı n d a n   b a ş q a   c i n a y ə t   i ş i n i n  

a y r ı l m a s ı

 

211.1. Cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə 



tutulmuş hallarda və qaydada həyata keçirilir. 

211.2.  Müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuror aşağıdakı şərtlərdən biri mövcud olduqda öz icraatında olan cinayət işinin 

materiallarından başqa cinayət işini ayrıca icraata ayırır: 

211.2.1.  təqsirləndirilən  şəxsin  ittiham  edildiyi  cinayətlə  bərabər  onunla  bağlı 

olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər 

tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən 

edildikdə; 

211.2.2.  ilkin  cinayət  işi  üzrə  icraat  araşdırılan  bəzi  cinayətlərə  aid  olan  hissədə 

dayandırılmalı olduqda; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə