Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə68/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   64   65   66   67   68   69   70   71   ...   190

müddətlərin  uzadılması  və  ya  bərpa  olunması  məsələsi  bu  Məcəllədə  nəzərdə 

tutulmuş hallarda və qaydada həll edilir. 

xc[90]

 

XÜSUSİ HİSSƏ 



YEDDİNCİ BÖLMƏ  

CİNAYƏT TƏQİBİ ÜZRƏ MƏHKƏMƏYƏDƏK İCRAAT 

X X V   f ə s i l    

CİNAYƏT İŞİNİN BAŞLANMASI 

M a d d ə  

2 0 4 .  

T ö r ə d i l m i ş  

v ə  


y a  

h a z ı r l a n a n  

c i n a y ə t  

h a q q ı n d a   f i z i k i   ş ə x s l ə r i n   m ə l u m a t l a r ı

 

204.1.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  cinayət  işinin  başlanması 



üçün  səbəb  hesab  edilən  fiziki  şəxslərin  məlumatları  yazılı  və  ya  şifahi  şəkildə  ola 

bilər. 


204.2.  İstintaq  hərəkətlərinin  aparılması  və  ya  məhkəmə  baxışı  zamanı, 

törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  verilmiş  şifahi  məlumat  müvafiq 

olaraq  istintaq  hərəkəti  və  ya  məhkəmə  iclası  protokoluna  yazılır.  Digər  hallarda 

ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının 

adı,  doğulduğu  il,  yaşayış  və  ya  iş  yerinin  ünvanı,  onun  cinayətə  münasibəti, 

məlumatı  aldığı  mənbə,  habelə  onun  təqdim  etdiyi  vətəndaşın  şəxsiyyət  vəsiqəsi, 

pasport  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər  sənəd  haqqında  məlumatlar  qeyd 

edilməlidir.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumat  verən  şəxs 

tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər 

sənəd  təqdim  edilmədikdə  onun  şəxsiyyəti  haqqında  məlumatların  yoxlanılması 

üçün digər tədbirlər görülməlidir. 

204.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı 

yaşına  çatmışsa,  ona  bilə-bilə  yalan  xəbərçilik  etməyə  görə  məsuliyyət  haqqında 

yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. 

204.4.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  və  məlumat  verən  şəxsə 

onların  məlum  olduğu  hallar  barədə  məlumatlar  protokolda  birinci  şəxs  adından 

qeyd olunur. 

204.5.  Protokolu  törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumat  verən 

şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar. 

204.6.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  imzalanmamış  və  ya  saxta 

imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər 

anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz. 




204.7.  Bu  Məcəllənin  204.1,  204.2,  204.4  və  204.5-ci  maddələrində  nəzərdə 

tutulmuş  qaydalar  şəxsin  təqsirini  könüllü  boynuna  alma  haqqında  ərizə  ilə 

müraciət etdiyi hallara da şamil edilir. 

M a d d ə   2 0 5 .   T ö r ə d i l m i ş   v ə   y a   h a z ı r l a n a n   c i n a y ə t l ə r  

h a q q ı n d a  

h ü q u q i  

ş ə x s l ə r i n  

( v ə z i f ə l i  

ş ə x s l ə r i n )  

m ə l u m a t l a r ı

 

205.1.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  cinayət  işinin  başlanması 



üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud 

təsdiq  edilmiş  teleqram,  telefonoqram,  radioqram,  teleks  və  ya  digər  qəbul  edilmiş 

müraciət formasında olmalıdır. 

205.2.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  hüquqi  şəxsin  (vəzifəli 

şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir. 

205.3.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  hüquqi  şəxsin  (vəzifəli 

şəxsin)  məktubunda  hüquqi  şəxsin  tam  adı,  yaxud  vəzifəli  şəxsin  soyadı,  adı, 

atasının  adı,  ərizəçinin  xidməti  ünvanı,  onun  cinayətə  münasibəti,  məlumatı  aldığı 

mənbə,  eləcə  də  məktuba  əlavə  edilən  sənədlər  haqqında  məlumatlar  qeyd 

edilməlidir. 

205.4.  Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  imzalanmamış  və  ya  saxta 

imza  ilə  imzalanmış,  yaxud  uydurma  hüquqi  şəxs  (vəzifəli  şəxs)  adından  yazılmış 

ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz. 

M a d d ə   2 0 6 .   T ö r ə d i l m i ş   v ə   y a   h a z ı r l a n a n   c i n a y ə t l ə r  

h a q q ı n d a   k ü t l ə v i   i n f o r m a s i y a   v a s i t ə l ə r i n i n   m ə l u m a t l a r ı

 

206.1.  Cinayətin  törədilməsi  və  ya  onun  törədilməsinə  hazırlıq  faktına  dair 



müvafiq  kütləvi  informasiya  vasitəsinə  məlum  olmuş,  cinayət  işinin  başlanması 

üçün  səbəb  hesab  edilən  kütləvi  informasiya  vasitələrinin  məlumatları  mətbuatda, 

radioda,  televiziyada  əks  etdirildikdən  sonra  cinayət  təqibi  orqanlarına 

göndərilməlidir. 

206.2.  Törədilmiş  və  ya  hazırlanan  cinayətlərlə  əlaqədar  kütləvi  informasiya 

vasitələrinə  ünvanlanmış,  dərc  edilməmiş  yazışmalar  kütləvi  informasiya 

vasitələrinin  vəzifəli  şəxsləri  tərəfindən  bu  Məcəllənin  205-ci  maddəsində  nəzərdə 

tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər. 

206.3. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və 

ya  aidiyyəti  üzrə  göndərmiş  kütləvi  informasiya  vasitələrinin  vəzifəli  şəxsləri, 

habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı 

təsdiq  edən  sənədləri  təhqiqatçı  ya,  müstəntiq,  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər. 

M a d d ə   2 0 7 .   T ö r ə d i l m i ş   v ə   y a   h a z ı r l a n a n   c i n a y ə t l ə r  

h a q q ı n d a   m ə l u m a t l a r a   b a x ı l m a s ı   q a y d a s ı

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə