Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə62/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   58   59   60   61   62   63   64   65   ...   190

177.3.7. meyitin qəbirdən çıxarılması (ekshumasiya). 

177.3.8.  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan 

əməliyyatların icrasının dayandırılması. 

177.4.  Baxış,  axtarış  və  götürmə  istisna  edilməklə  yaşayış  yerində,  xidməti  və 

istehsalat  binalarında  baxış  və  digər  istintaq  hərəkətləri,  habelə  bu  Məcəllənin 

177.3.6  və  177.3.7-ci  maddələrində  nəzərdə  tutulmuş  istintaq  hərəkətləri  yalnız 

məhkəmənin  qərarı  əsasında  aparıla  bilər.  Müstəntiq  müvafiq  məhkəmə  qərarı 

olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər: 

177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya 

götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar 

və hallar olduqda; 

177.4.2. şəxsi müayinə aparılması — bu Məcəllənin 238-2-ci maddəsində nəzərdə 

tutulmuş hallarda; 

177.4.3.  əmlak  üzərinə  həbs  qoyulması  —  bu  Məcəllənin  249.5-ci  maddəsində 

nəzərdə tutulmuş hallarda; 

177.4.4.  poçt,  teleqraf  və  digər  göndərişlərin  üzərinə  həbs  qoyulması,  habelə 

telefon  və  digər  qurğularla  aparılan  danışıqların,  rabitə  və  digər  texniki  vasitələrlə 

ötürülən məlumatların ələ keçirilməsi — şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə 

olan  ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  üzrə  sübutların  müəyyən  edilməsi  üçün 

təxirə salına bilməyən hallar yarandıqda. 

177.4.5.  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan 

əməliyyatların  icrasının  dayandırılması  –  pul  vəsaitləri  və  ya  digər  əmlakla 

əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə 

əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə 

kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda. 

lxxxi[81]

 

177.5. Bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş 



istintaq  hərəkətləri  təxirə  salına  bilməyən  hallarda  müstəntiqin  əsaslandırılmış 

qərarı  ilə  aparılmışdırsa,  müstəntiq  bu  Məcəllənin  443.2-ci  maddəsində  nəzərdə 

tutulmuş  vəzifələri  yerinə  yetirməlidir.  Müstəntiqin  qərarı  istintaq  hərəkətinin 

məhkəmənin  qərarı  olmadan  aparılmasının  zəruriliyi  və  təxirə  salına  bilməməyi 

əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib 

edilir.


 

lxxxii[82]

 

177.6. Yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən 



və  ya  həmin  yerin  sahibi  olan  şəxsin  dəvəti,  yaxud  onun  icazəsi  ilə  müstəntiq 

tərəfindən  bu  Məcəllənin  177.3.1-ci  maddəsində  nəzərdə  tutulmuş  istintaq 

hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. 

M a d d ə   1 7 8 .   M ə c b u r i   g ə t i r i l m ə

 



178.1.  Məcburi  gətirilmə  şəxsin  cinayət  prosesi  aparan  orqana  məcburi 

çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında 

onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. 

178.2.  Məcburi  gətirilmə  cinayət  prosesində  iştirak  edən  və  cinayət  prosesini 

həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər: 

178.2.1.  cinayət  prosesini  həyata  keçirən  orqanın  məcburi  çağırışlarına  üzürlü 

səbəb olmadan gəlmədikdə; 

178.2.2.  cinayət  prosesini  həyata  keçirən  orqanın  çağırışlarını  almaqdan  boyun 

qaçırdıqda; 

178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; 

178.2.4. daimi yaşayış yeri olmadıqda. 

178.3.  14  yaşınadək  olan  şəxslərin,  hamilə  qadınların,  ağır  xəstələrin,  habelə 

xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir. 

178.4. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış 

qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında 

həyata keçirilir. 

178.5. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu 

vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur. 

BEŞİNCİ BÖLMƏ  

CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA ƏMLAK MƏSƏLƏLƏRİ 

X I X   f ə s i l    

CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA MÜLKİ İDDİA 

M a d d ə  

1 7 9 .  

M ü l k i  

i d d i a  

ü z r ə  

t ə t b i q  

e d i l ə n  

q a n u n v e r i c i l i k

 

179.1.  Cinayət  mühakimə  icraatında  mülki  iddia  bu  Məcəllənin  müddəaları  ilə 



müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 

179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının 

prinsiplərinə zidd olmadıqda və mülki  iddia üzrə icraatda zəruri olan qaydalar  bu 

Məcəllədə  nəzərdə  tutulmadıqda  mülki  prosessual  qanunvericiliyin  normalarının 

tətbiqinə yol verilir. 

179.3.  Mülki  iddia  üzrə  qərar  iddianın  predmetindən  asılı  olaraq  mülki 

qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 

179.4.  Cinayət  mühakimə  icraatında  mülki  iddiaya  mülki  hüquq  və  hüququn 

digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. 

M a d d ə   1 8 0 .   M ü l k i   i d d i a   ü z r ə   m ə h k ə m ə n i n   q a n u n i  

q ü v v ə y ə   m i n m i ş   h ö k m ü n ü n   v ə   y a   q ə r a r ı n ı n   ə h ə m i y y ə t i

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə