Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə61/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   57   58   59   60   61   62   63   64   ...   190

173.1.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs,  onun  müdafiəçisi  və  qanuni 

nümayəndəsi, cinayət prosesinin digər maraqlı iştirakçıları cinayət prosesini həyata 

keçirən  orqanın  qətimkan  tədbirinin  seçilməsi  və  ya  dəyişdirilməsi  barədə 

qərarından  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora, 

yaxud məhkəməyə şikayət edə bilərlər. 

173.2.  Məhkəməyədək  icraat  zamanı  hallar  istisna  olmaqla,  qətimkan  tədbirinin 

seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət 

verilə bilməz. 

M a d d ə   1 7 4 .   Q ə t i m k a n   t ə d b i r i n i n   t ə s d i q   e d i l m ə s i

 

174.1.  Cinayət  işini  icraata  qəbul  etmiş  təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai 



araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  əvvəlcə  digər  şəxslər 

(hakimlər istisna olmaqla) tərəfindən tətbiq edilmiş qətimkan tədbirinin qanuniliyini 

və  dəyişdirilmədən  saxlanılmasının  zəruriliyini  yoxlamalı  və  müvafiq  qərar 

çıxarmalıdır  (təhqiqatçı  və  müstəntiqin  prokurorun  qərarını  yoxlamaq  səlahiyyəti 

yoxdur). 

174.2. Məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra 

məhkəməyədək  icraatın  gedişində  tətbiq  edilmiş  qətimkan  tədbirini  öz  qərarı  ilə 

təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. 

M a d d ə   1 7 5 .   Q ə t i m k a n   t ə d b i r i n i n   d ə y i ş d i r i l m ə s i ,   l ə ğ v i  

v ə   y a   o n a   x i t a m   v e r i l m ə s i

 

175.1.  Qətimkan  tədbiri  cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  öz 



səlahiyyəti  daxilində,  bunun  zəruriliyi  sübutlarla  təsdiq  olunduqda  daha  ciddi 

qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən 

şəxsin  lazımi  qaydada  davranışının  və  hökmün  icrasının  təmin  edilməsinə  nail 

olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. 

lxxx[80]

 

175.2.  Qətimkan  tədbirinin  tətbiqinə  zərurət  aradan  qalxdıqda  cinayət  prosesini 



həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. 

175.3.  Məhkəmənin  həbs,  ev  dustaqlığı  və  ya  girov  qismində  seçdiyi  qətimkan 

tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 

157.8,  163.6  və  164.11-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  məhkəmə 

tərəfindən  seçilmiş  həbs,  ev  dustaqlığı  və  ya  girov  qətimkan  tədbirinin  tətbiqinə 

müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

xitam verə bilər. 

175.4.  Həbs  qismində  qətimkan  tədbirini  ləğv  edən  və  ya  dəyişdirən,  habelə 

tətbiqinə xitam verən cinayət prosesini həyata keçirən orqan həbsdə saxlanılma yeri 

müdiriyyətinin  rəhbərinə  bu  barədə  həmin  gün  məlumat  verir  və  müvafiq  qərarın 

surətini ona göndərir. 



175.5.  Müvafiq  qətimkan  tədbiri  onun  ləğvindən,  dəyişdirilməsindən,  habelə 

şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və 

ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. 

X V I I I   f ə s i l    

CİNAYƏT PROSESİNDƏ DİGƏR PROSESSUAL MƏCBURİYYƏT 

TƏDBİRLƏRİNİN TƏTBİQİ 

M a d d ə   1 7 6 .   P r o s e s s u a l   h ə r ə k ə t l ə r i n   a p a r ı l m a s ı   ü ç ü n  

t ə t b i q   o l u n a n   m ə c b u r i y y ə t   t ə d b i r l ə r i

 

Bu  Məcəllənin  147  və  154-cü  maddələrində  nəzərdə  tutulmuş  prosessual 



məcburiyyət tədbirlərindən başqa, cinayət prosesini həyata keçirən orqan sübutların 

əldə  edilməsinə  mane  olan  halları  müəyyən  etdikdə  prosessual  hərəkətlərin 

aparılması üçün digər məcburiyyət tədbirləri tətbiq edə bilər. Bu Məcəllənin 444.1.4 

və  444.2-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  prosessual  məcburiyyət 

tədbirləri məhkəmənin qərarı əsasında tətbiq olunur. 

M a d d ə   1 7 7 .   İ s t i n t a q   h ə r ə k ə t l ə r i n i n   m ə c b u r i   a p a r ı l m a s ı  

h ü q u q u

 

177.1.  Cinayət  prosesini  həyata  keçirən  orqan  istintaqın  normal  gedişini  təmin 



etmək  üçün  istintaq  hərəkətini  məcburi  apara  bilər,  onun  iştirakçılarının  bu 

hərəkətin  başlanmasını  gözləmələri  və  onun  aparıldığı  yeri  tərk  etməmələri  üçün 

tədbirlər görə bilər. 

177.2.  İstintaq  hərəkətinin  aparılmasına  müvafiq  şəxs  tərəfindən  icazə 

verilmədiyi  və  onun  məcburi  aparılması  üçün  məhkəmənin  qərarı  tələb  olunduğu 

halda,  müstəntiqin  əsaslandırılmış  vəsatəti  ilə  razı  olan  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. 

177.3.  Aşağıdakı  istintaq  hərəkətlərinin  məcburi  aparılması  üçün  bir  qayda 

olaraq məhkəmə qərarının alınması tələb olunur: 

177.3.1. yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə 

və digər istintaq hərəkətlərinin aparılması; 

177.3.2. tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq 

onun şəxsi müayinəsi; 

177.3.3. əmlak üzərinə həbs qoyulması; 

177.3.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması; 

177.3.5. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki 

vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi; 

177.3.6.  maliyyə  əməliyyatları,  bank  hesablarının  vəziyyəti  və  vergilərin 

ödənilməsi  barədə  məlumatlar  daxil  olmaqla,  şəxsi,  ailə,  dövlət,  kommersiya  və  ya 

peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə