Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə53/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   49   50   51   52   53   54   55   56   ...   190

153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının 

müvəqqəti 

saxlama 

yerlərinə 

gətirmək, 

tutulma 


faktını 

qeydə 


almaq, 

protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək; 

153.2.3.  hər  bir  tutulma  faktı  müvəqqəti  saxlama  yerlərində  qeydiyyatdan 

keçirildikdən  dərhal  sonra  müvafiq  təhqiqat  orqanının  rəhbərinə  və  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  məlumat  vermək  (bu 

məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir); 

153.2.4.  tutulmadan  dərhal  sonra  şəxsin  tutulması  barədə  xəbər  vermək 

hüququnu  təmin  etmək  (qocaların,  yetkinlik  yaşına  çatmayanların  və  psixi 

vəziyyətinə  görə  imkanı  olmayan  tutulmuş  şəxslərin  ailə  üzvlərinə  müvəqqəti 

saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir); 

153.2.5.  şəxsə  tutulduğu  andan  öz  vəkili  və  qanuni  nümayəndəsi  ilə  ləyaqətli 

şəraitdə  və  nəzarət  altında  təklikdə  görüşmək  və  konfidensial  ünsiyyət  saxlamaq 

imkanı yaratmaq; 

153.2.6.  tutulmuş  şəxsin  öz  vəkili  olmadıqda,  ona  müvəqqəti  saxlama  yeri  üzrə 

ərazidə  yerləşən  vəkil  qurumlarında  fəaliyyət  göstərən  vəkillərin  siyahısını  təqdim 

etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 

153.2.7.  tutulmuş  şəxsin  maddi  vəziyyəti  öz  hesabına  vəkil  tutmağa  imkan 

vermədikdə,  ona  dövlət  hesabına  müvəqqəti  saxlama  yeri  üzrə  ərazidə  yerləşən 

vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq; 

153.2.8.  tutulmuş  şəxs  vəkildən  imtina  etdikdə,  bu  barədə  onun  yazılı  ərizəsini 

almaq  (ərizə  yazmaqdan  boyun  qaçırıldıqda,  həmin  faktla  əlaqədar  vəkil  və 

müvəqqəti  saxlama  yerinin  nümayəndəsi  tərəfindən  müvafiq  protokol  tərtib 

olunur); 

153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin 

xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək; 

153.2.10.  tutulmuş  şəxslə  davranışda  onun  şəxsiyyətini  və  ləyaqətini 

alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə 

isə xüsusi diqqət yetirmək; 

153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya 

məhkəmənin  digər  yekun  qərarının  icrası  yerinə  məcburi  göndərilməsi  və  ya  təyin 

olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və 

ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün 

bu  Məcəllənin  148,  150—152-ci  maddələrində  nəzərdə  tutulmuş  müddətlərə  riayət 

edilməsi məqsədi ilə  tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək; 

153.2.12.  bu  Məcəllənin  161.0.1—161.0.8,  161.0.10-cu  maddələrində  nəzərdə 

tutulmuş vəzifələri yerinə yetirmək. 

153.3. Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı 

hallarda azad edilməlidir: 




153.3.1.  şəxsin  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətməsi  barədə 

şübhələr təsdiq edilmədikdə; 

153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda; 

153.3.3. (çıxarılıb) 

lxii[62]

 

153.3.4. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi 



göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 

ləğvi  məsələlərinin  həlli  üçün  tutulma  anından  7  (yeddi)  gün,  digər  hallarda  isə 

tutulma  anından  48  saat  müddətində  tutulmuş  şəxsi  həbs  etmək  üçün  məhkəmə 

qərarı verilmədikdə. 

153.4.  Bu  Məcəllənin  153.3.1  və  153.3.2-ci  maddələrində  nəzərdə  tutulmuş 

hallarda  tutulmuş  şəxs  müvafiq  olaraq  təhqiqatçı,  müstəntiq,  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  və  ya  məhkəmə  tərəfindən,  bu 

Məcəllənin 153.3.4-cü maddəsində nəzərdə tutulmuş halda isə həmçinin müvəqqəti 

həbsdə saxlama yeri üzrə müdiriyyətin rəhbəri tərəfindən azad edilə bilər. 

lxiii[63]

 

153.5.  Cinayətin  törədilməsində  şübhəli  şəxs  kimi  tutulmuş  və  şübhə  təsdiq 



olunmadığına görə azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz.  

X V I I   f ə s i l    

QƏTİMKAN TƏDBİRLƏRİ 

M a d d ə   1 5 4 .   Q ə t i m k a n   t ə d b i r i n i n   a n l a y ı ş ı   v ə   n ö v l ə r i

 

154.1.  Qətimkan  tədbiri  cinayət  işi  üzrə  icraatda  şübhəli  və  ya  təqsirləndirilən 



şəxsin  qanuna  zidd  davranışının  qarşısını  almaq  və  hökmün  icrasını  təmin  etmək 

məqsədi  ilə    və  bu  Məcəllənin  155.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 

onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. 

154.2. Qətimkan tədbirləri aşağıdakılardır: 

154.2.1. həbs; 

154.2.2. ev dustaqlığı; 

154.2.3. girov; 

154.2.4. başqa yerə getməmək barədə iltizam; 

154.2.5. şəxsi zaminlik; 

154.2.6. təşkilatın zaminliyi; 

154.2.7. polisin nəzarəti altına vermə; 

154.2.8. nəzarət altına vermə; 

154.2.9. komandanlığın müşahidəsi altına vermə; 

154.2.10. vəzifədən kənarlaşdırma. 

154.3. Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə 

bilər.  Nəzarət  altında  saxlama  yalnız  yetkinlik  yaşına  çatmayan  şəxsin  barəsində 




seçilə  bilər.  Komandanlığın  müşahidəsi  altına  vermə  yalnız  hərbi  qulluqçu  və  ya 

hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə 

bilər. 

154.4.  Bu  Məcəllənin  154.2.1—154.2.9-cu  maddələrində  nəzərdə  tutulmuş 



qətimkan tədbirləri əsas qətimkan tədbirləridir və biri digərilə birlikdə seçilə bilməz. 

Vəzifədən  kənarlaşdırma  həm  əsas  qətimkan  tədbiri  qismində,  həm  də  digər 

qətimkan tədbirlərindən  birinə əlavə kimi seçilə  bilər. Ev dustaqlığı və girov həbsə 

alternativ  qətimkan  tədbirləridir  və  təqsirləndirilən  şəxsin  həbsə  alınması  barədə 

məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. 

M a d d ə   1 5 5 .   Q ə t i m k a n   t ə d b i r l ə r i n i n   t ə t b i q i   ə s a s l a r ı

 

155.1.  Qətimkan  tədbirləri  müvafiq  təhqiqatçı,  müstəntiq,  ibtidai  araşdırmaya 



prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda 

tətbiq  oluna  bilər  ki,  cinayət  təqibi  üzrə  toplanmış  materiallar  şübhəli  və  ya 

təqsirləndirilən  şəxs  tərəfindən  aşağıdakı  hərəkətlərin  edilməsi  ehtimalına  kifayət 

qədər əsas versin: 

155.1.1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək; 

155.1.2.  cinayət  prosesində  iştirak  edən  şəxslərə  qanunsuz  təsir  göstərməklə, 

cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edən  materialları  gizlətməklə  və  ya 

saxtalaşdırmaqla  ibtidai  istintaqın və ya  məhkəmə  baxışının normal gedişinə  mane 

olmaq; 

155.1.3.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  yenidən  törətmək  və  ya 



cəmiyyət üçün təhlükə yaratmaq; 

155.1.4.  cinayət  prosesini  həyata  keçirən  orqanın  çağırışlarına  üzrlü  səbəblər 

olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza 

çəkməkdən boyun qaçırmaq; 

155.1.5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək. 

155.2.  Qətimkan  tədbirinin  seçilməsinin  zəruriliyi  və  onlardan  hansının  konkret 

şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən təhqiqatçı, 

müstəntiq,  ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya 

məhkəmə aşağıdakıları nəzərə almalıdır: 

155.2.1.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə  istinad  edilən  əməlin  ağırlığını, 

xarakterini və törədilmə şəraitini; 

155.2.2.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  şəxsiyyətini,  yaşını  və  səhhətini, 

məşğuliyyət  növünü,  ailə,  maddi  və  sosial  vəziyyətini,  o  cümlədən  himayəsində 

şəxslərin və daimi yaşayış yerinin olmasını; 

155.2.3. əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər 

əhəmiyyətli halları. 

155.3. Həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən 

şəxs barəsində tətbiq oluna bilər: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə