Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə75/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   71   72   73   74   75   76   77   78   ...   190

218.8.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə; 

218.8.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə; 

218.8.4. xüsusilə ağır cinayətlər üzrə — 6 (altı) aydan çox olmayan müddətə. 

218.9.  İbtidai  istintaqın  müddətinin  uzadılması  haqqında  müstəntiqin 

əsaslandırılmış vəsatəti və müvafiq prokurorlarla razılaşdırılmış ibtidai araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  təqdimatı  ibtidai  istintaq 

müddətinin  bitməsinə  ən  geci  7  (yeddi)  gün  qalmış  yuxarı  prokurora  təqdim 

edilməlidir.  Yuxarı  prokuror  ibtidai  istintaq  müddətinin  uzadılması  məsələsinə 

baxarkən aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 

218.9.1.  müstəntiqlərin  vəsatətlərinin  və  aşağı  prokurorların  təqdimatlarının 

qanuniliyini və əsaslılığını yoxlamaq; 

218.9.2.  cinayət  işi  üzrə  məhkəməyədək  icraatın  hərtərəfli,  tam,  obyektiv  və 

vaxtında  aparılmasının  təmin  edilməsi  üzrə  müstəntiqin  və  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyətini qiymətləndirmək; 

218.9.3.  cinayət  işi  üzrə  ibtidai  istintaq  müddətinin  uzadılması  və  ya  həmin 

müddətin uzadılmasının rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək; 

218.9.4. cinayət işinin araşdırılması ilə bağlı süründürməçilik və ya bu Məcəllənin 

tələblərinin  pozulması  hallarını  müəyyən  etdikdə,  öz  səlahiyyətləri  daxilində  təsir 

tədbirləri görmək. 

218.10. Bu Məcəllənin 218.3—218.9-cu maddələrinin müddəalarına riayət etməklə 

açılmış  cinayət  haqqında  cinayət  işi  üzrə  ibtidai  istintaq  hər  bir  halda  aşağıdakı 

müddətlər daxilində qurtarmalıdır: 

218.10.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham üzrə 

— 6 (altı) aydan çox olmayan müddətdə; 

218.10.2. az ağır cinayətin törədilməsində  ittiham üzrə — 9 (doqquz) aydan çox 

olmayan müddətdə; 

218.10.3.  ağır  cinayətin  törədilməsində  ittiham  üzrə  —  12  (on  iki)  aydan  çox 

olmayan müddətdə; 

218.10.4.  xüsusilə  ağır  cinayətin  törədilməsində  ittiham  üzrə  —  18  (on  səkkiz) 

aydan çox olmayan müddətdə. 

218.11.  Açılmamış  cinayət  haqqında  cinayət  işi  üzrə  ibtidai  istintaq  müddətləri 

bu  Məcəllənin  218.8  və  218.9-cu  maddələrinin  tələblərinə  riayət  etməklə  cinayət 

açılanadək  bir  neçə  dəfə  Azərbaycan  Respublikasının  Baş  prokuroru  tərəfindən 

uzadıla  bilər.  Cinayət  açıldıqdan  sonra  iş  üzrə  ibtidai  istintaq  müddətləri 

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-

cu  maddələrinin  tələblərinə  riayət  etməklə  yalnız  bir  dəfə  uzadıla  bilər.  Cinayətin 

törədilməsində  iştirakı  müəyyən  olunmuş  şəxsin  obyektiv  səbəblərə  görə  cinayət 

məsuliyyətinə cəlb olunmadığı halda da ibtidai istintaq müddətləri ittiham aktında 

həmin  şəxsə  qarşı  ittiham  irəli  sürülənədək  Azərbaycan  Respublikasının  Baş 



prokuroru  tərəfindən  bu  Məcəllənin  218.8  və  218.9-cu  maddələrinin  tələblərinə 

riayət etməklə uzadıla bilər.

cviii[108]

 

M a d d ə   2 1 9 .   İ b t i d a i   a r a ş d ı r m a n ı n   q u r t a r m a s ı



 

219.1. İbtidai araşdırma ittiham aktının tərtib edilməsi ilə tibbi xarakterli məcburi 

tədbirlərin  tətbiq  edilməsi  üçün  cinayət  işinin  məhkəməyə  göndərilməsi  haqqında 

və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla qurtarır. 

219.2. İbtidai istintaqın aparılması məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz 

istintaq  hərəkətlərini  apardıqdan  sonra  və  hər  bir  halda  cinayət  işi  başlanandan  10 

(on)  gün  sonra  təhqiqatçı  müvafiq  qərar  çıxarmaqla  cinayət  işini  müstəntiqə 

göndərir.  Həmin  qərarın  surəti  24  saat  müddətində  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokurora  göndərilir.  Cinayət  işinin  müstəntiqə 

göndərilməsi  barədə  cinayət  işi  üzrə  ilkin  istintaq  hərəkətlərinin  aparılmasında 

iştirak  etmiş  təqsirləndirilən  şəxsə,  onun  qanuni  nümayəndəsinə  və  müdafiəçisinə, 

habelə  zərər  çəkmiş  şəxsə,  mülki  iddiaçıya,  mülki  cavabdehə  və  onların 

nümayəndələrinə məlumat verilir. 

M a d d ə  

2 2 0 .  

C i n a y ə t  

p r o s e s i  

i ş t i r a k ç ı l a r ı n ı n  

h ü q u q l a r ı n ı n  

i z a h ı n ı n  

t ə m i n  

e d i l m ə s i n i n  

v ə  

v ə s a t ə t l ə r i n ə   b a x ı l m a s ı n ı n   m ə c b u r i l i y i



 

220.1. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı şübhəli, 

təqsirləndirilən 

şəxsə, 


mülki 

iddiaçıya, 

mülki 

cavabdehə 



və 

onların 


nümayəndələrinə,  istintaq  hərəkətlərinin  aparılmasında  iştirak  edən  digər  şəxslərə 

onların  hüquq  və  vəzifələrini,  habelə  üzərlərinə  qoyulmuş  vəzifələrin  icra 

edilməməsinin nəticələrini izah etməlidir. 

220.2. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət 

prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır. 

220.3.  Cinayət  təqibi  ilə  bağlı  olan  bütün  halların  hərtərəfli,  tam  və  obyektiv 

araşdırılması  üçün  əhəmiyyət  kəsb  etdikdə,  müstəntiq  və  ya  təhqiqatçı  şübhəli, 

təqsirləndirilən  şəxsin,  mülki  iddiaçının,  mülki  cavabdehin  və  onların 

nümayəndələrinin,  şahidlərin  dindirilməsi,  ekspertizanın  keçirilməsi,  digər  istintaq 

hərəkətlərinin  aparılması  haqqında  yazılı  vəsatətlərinin  təmin  edilməsini  əsassız 

rədd edə bilməz. 

220.4.  Yazılı  və  şifahi  vəsatətlərə  müstəntiq  və  ya  təhqiqatçı  tərəfindən  daxil 

olduğu vaxtdan 5 (beş) gündən artıq olmayan müddətdə baxılmalıdır. 

220.5.  Vəsatətlərin  təmin  edilməsinin  və  ya  tam,  yaxud  qismən  rədd  edilməsi 

haqqında  müstəntiq  və  ya  təhqiqatçı  əsaslandırılmış  qərar  çıxarmalı  və  bu  qərarı 

dərhal vəsatəti qaldırmış şəxsə göndərməlidir. 

M a d d ə   2 2 1 .   C i n a y ə t i n   t ö r ə d i l m ə s i n ə   ş ə r a i t   y a r a d a n  

h a l l a r ı n  

m ü ə y y ə n  

e d i l m ə s i  

v ə  

a r a d a n  



q a l d ı r ı l m a s ı  

v ə z i f ə s i

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə