Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə80/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   76   77   78   79   80   81   82   83   ...   190

235.4.  Üzləşdirməyə  çağırılmış  şəxslərə  aydınlaşdırılması  üçün  üzləşdirmənin 

aparıldığı  işin  halları  üzrə  növbə  ilə  ifadə  vermək  təklif  olunur.  Bundan  sonra 

müstəntiq suallar verir. Üzləşdirməyə dəvət olunmuş şəxslər müstəntiqin icazəsi ilə 

bir-birinə suallar verməklə dindirilmədə iştirak edə bilirlər. 

235.5.  Üzləşdirmə  iştirakçılarının  əvvəlki  dindirmələrdə  verdikləri  ifadələrin 

səsləndirilməsinə onların üzləşdirmə zamanı ifadə verməsindən və həmin ifadələrin 

protokola daxil edilməsindən sonra icazə verilir. 

235.6.  Bu  Məcəllənin  228  və  229-cu  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

üzləşdirmənin aparılmasında müəllim, həkim, tərcüməçi və dindirilən şəxsin qanuni 

nümayəndəsi və nümayəndəsi iştirak edə bilərlər. 

235.7. Müstəntiq üzləşdirməni video və kino çəkilişdən və ya digər yazan texniki 

vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir. 

235.8.  Üzləşdirmənin  aparılması  barədə  müstəntiq  protokol  tərtib  edir  və 

protokolda aşağıdakı məlumatları göstərir: 

235.8.1. üzləşdirmənin aparıldığı tarix, vaxt və yer; 

235.8.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

235.8.3.  üzləşdirmə  iştirakçılarının  soyadı,  adı  və  atasının  adı,  habelə  onların 

doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət 

növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 

235.8.4.  üzləşdirmə  iştirakçılarına  onların  hüquq,  vəzifə  və  məsuliyyətinin  izah 

edilməsi barədə qeyd; 

235.8.5. üzləşdirmənin xüsusiyyətləri, xüsusən üzləşdirmə zamanı video və kino 

çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 

235.8.6.  üzləşdirmə  iştirakçılarına  verilmiş  suallar  və  bu  suallara  onların 

cavabları, habelə işin hallarının mahiyyəti barədə onların ifadələri. 

235.9.  Müstəntiq  üzləşdirmə  iştirakçılarını  üzləşdirmə  protokolunun  məzmunu 

ilə tanış edir. Dindirilən, habelə üzləşdirmədə iştirak edən şəxslər protokola əlavə və 

düzəlişlərin  edilməsini  tələb  etmək  hüququna  malikdirlər.  Üzləşdirmə  protokolu 

müstəntiq,  habelə  dindirilən  şəxs  və  üzləşdirmədə  iştirak  edən  şəxslər  tərəfindən 

imzalanır.  Dindirilən  hər  bir  şəxs  öz  ifadələrini  və  protokolun  hər  səhifəsini 

imzalayır. 

235.10.  Üzləşdirmə  zamanı  video  və  kino  çəkilişdən  və  ya  digər  yazan  texniki 

vasitələrdən istifadə edildikdə, müvafiq yazı, çəkiliş lentləri, yaxud  başqa məlumat 

daşıyıcıları protokola əlavə olunur. 

X X I X   f ə s i l    

BAXIŞ, MEYİTİN QƏBİRDƏN ÇIXARILMASI VƏ ŞƏXSİ MÜAYİNƏ 

M a d d ə   2 3 6 .   B a x ı ş

 



236.1.  Cinayətin  izlərinin,  sübut  mənbəyi  ola  biləcək  digər  maddi  obyektlərin 

aşkar  edilməsi,  cinayətin  törədilmə  hallarının  və  iş  üçün  əhəmiyyətli  olan  digər 

halların  müəyyən  edilməsi  məqsədi  ilə  müstəntiq  hadisə  yerinin,  binaların, 

sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. 

236.2.  Hadisənin  aşkar  edilməsindən  sonra  hadisə  yerinin  təxirə  salınmadan 

baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır. 

236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya 

şübhəli  şəxs  olduğu  halda  aparıldıqda,  onun  aparılmasında  təqsirləndirilən  və  ya 

şübhəli  şəxsin  müdafiəçisi  iştirak  edə  bilər.  Bu  halda  müstəntiq  baxışın 

aparılmasında  müdafiəçinin  iştirakını  əvvəlcədən  təmin  etməlidir.  Hadisə  yerinin 

baxışının aparılmasında azı 2 (iki) hal şahidi iştirak edir. 

236.4.  Müstəntiq  vətəndaşların  hüquqlarını  pozmamaq  şərti  ilə  görünən 

obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-

ayrı  əşyaları  ölçür,  yerin  və  ayrı-ayrı  əşyaların  plan,  sxem  və  cizgilərini  tərtib  edir, 

imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. 

236.5.  Baxış  zamanı  müstəntiq  müstəqil  və  ya  mütəxəssisin  köməyi  ilə  izləri, 

əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər 

əşyaları götürür. 

236.6.  Baxış  qurtardıqda  müstəntiq  protokol  tərtib  edir  və  həmin  protokolda 

aşağıdakılar göstərilir: 

236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer; 

236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

236.6.3.  baxışda  iştirak  edən  şəxslərin  soyadı,  adı,  atasının  adı,  habelə  onların 

doğulduğu  il,  ay,  gün  və  yer,  vətəndaşlığı,  təhsili,  iş  yeri,  məşğuliyyət  növü  və  ya 

vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 

236.6.4.  hal  şahidlərindən  hər  birinin  şübhəli,  təqsirləndirilən  və  zərər  çəkmiş 

şəxslə  qarşılıqlı  münasibətləri  barədə  məlumatlar  (yalnız  hadisə  yerinin  baxışında 

hal şahidlərinin iştirak etdiyi halda); 

236.6.5.  hal  şahidlərindən  hər  birinə  onun  hüquqlarının,  vəzifələrinin  və 

məsuliyyətinin  izah  edilməsi  haqqında  qeyd  (yalnız  hadisə  yerinin  baxışında  hal 

şahidlərinin iştirak etdiyi halda); 

236.6.6.  baxışın  xüsusiyyətləri,  xüsusən  baxış  zamanı  foto,  video  və  kino 

çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; 

236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. 

236.7. Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik 

olan  istintaq  hərəkətinin  bütün  iştirakçıları  və  müstəntiq  tərəfindən  imzalanır. 

Protokol  bir  neçə  səhifədə  tərtib  edildikdə,  onun  hər  vərəqi  istintaq  hərəkətinin 

bütün iştirakçıları tərəfindən imzalanır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə