Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə81/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   77   78   79   80   81   82   83   84   ...   190

236.8.  Baxış  zamanı  foto,  video  və  kino  çəkilişdən  və  ya  digər  yazan  texniki 

vasitələrdən  istifadə  edildikdə  müvafiq  fotoşəkillər,  çəkiliş  lentləri,  yaxud  başqa 

məlumat daşıyıcıları protokola əlavə edilir. 

236.9.  Yaşayış  yerinə,  xidməti  və  ya  istehsalat  binalarına  və  orada  görünən 

obyektlərə  baxış  bu  Məcəllənin  243.3-cü  maddəsində  göstərilən  əsaslar  və  hallar 

olduqda  və  bu  Məcəllənin  177.2—177.6-cı  maddələrində  nəzərdə  tutulmuş  tələblər 

yerinə yetirilməklə aparılır. 

M a d d ə  

2 3 7 .  

M e y i t i n  

q ə b i r d ə n  

ç ı x a r ı l m a s ı  

( e k s h u m a s i y a )

 

237.1.  Meyitin  qəbirdən  çıxarılması  zərurəti  olduqda  müstəntiq  ibtidai 



araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  qarşısında  meyitin 

qəbirdən  çıxarılmasına  icazə  alınması  üçün  məhkəməyə  təqdimatla  müraciət 

edilməsi  haqqında  əsaslandırılmış  vəsatət  qaldırır.  Meyitin  qəbirdən  çıxarılması 

yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. 

237.2.  Meyit  müstəntiqin,  məhkəmə  təbabəti  sahəsində  mütəxəssisin,  ölmüş 

şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən 

asılı  olaraq)  iştirakı  ilə  qəbirdən  çıxarılır.  Qəbirdən  çıxarıldıqdan  sonra  meyit 

göstərilən  şəxslərin  müşayiəti  ilə  digər  tədqiqatların  aparılması  üçün  müvafiq  tibb 

idarəsinə aparıla bilər. 

237.3.  Meyitin  qəbirdən  çıxarılmasında  müstəntiqin  göstərişi  və  ya  icazəsi  ilə 

foto,  video  və  kino  çəkilişdən  və  ya  digər  yazan  texniki  vasitələrdən  istifadə  edilə 

bilər. 


237.4.  Meyitin  qəbirdən  çıxarılması  qurtardıqdan  sonra  müstəntiq  bu  istintaq 

hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 

237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer; 

237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

237.4.3.  meyitin  qəbirdən  çıxarılmasında  iştirak  etmiş  məhkəmə  təbabəti 

sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı; 

237.4.4.  meyitin  qəbirdən  çıxarılmasında  iştirak  etmiş  şəxslərin  soyadı,  adı  və 

atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, 

məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 

237.4.5.  meyitin  qəbirdən  çıxarılmasında  ölənin  yaxın  qohumlarının  və  ya  onun 

qanuni  nümayəndələrinin  iştirak  etdiyi  halda,  onların  soyadı,  adı,  atasının  adı, 

doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 

237.4.6. meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya 

meyitin  qəbirdən  çıxarılması  zamanı  video  və  kino  çəkilişdən  və  ya  digər  texniki 

vasitələrdən istifadə edilməsi haqqında qeyd; 

237.4.7.  müşahidə  edilmə  ardıcıllığı  ilə  meyitin  qəbirdən  çıxarılması  zamanı 

bütün aşkar olunanlar. 



237.5.  Meyitin  qəbirdən  çıxarılması  haqqında  protokol  ona  öz  qeydlərinin  daxil 

edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları 

tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi 

istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır. 

237.6.  Meyitin  qəbirdən  çıxarılması  zamanı  foto,  video  və  kino  çəkilişdən  və  ya 

digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya 

çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur. 

M a d d ə   2 3 8 .   Ş ə x s i   m ü a y i n ə

 

238.1.  Məhkəmə-tibb  ekspertizasının  keçirilməsi  tələb  edilmədiyi  halda  şübhəli, 



təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində cinayətin izlərini və ya 

xüsusi  əlamətləri  aşkar  etmək  məqsədi  ilə    müstəntiq  onların  şəxsi  müayinəsini 

apara bilər. 

238.2. Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, 

barəsində  qərar  çıxarılmış  şəxs  üçün  məcburidir.  Şəxsin  tutulması  və  ya  həbs 

edilməsi halları  istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi  müayinəsi yalnız 

məhkəmənin qərarı əsasında aparılır. 

238.3.  Təqsirləndirilən  və  ya  şübhəli  şəxs  üzərində  şəxsi  müayinənin 

aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. 

238.4. Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində 

mütəxəssisin  iştirakı  ilə  və  ya  qanunla  müəyyən  edilmiş  hallarda  həkim-narkoloq, 

həkim  olmadıqda  isə  feldşer-narkoloq  tərəfindən  aparılır.  Barəsində  şəxsi  müayinə 

aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi müayinə eyni cinsdən olan 

şəxslərin iştirakı ilə aparılır.

cxiii[113]

 

238.5.  Əks  cinsdən  olan  şəxsin  soyundurulması  zərurəti  yarandığı  halda 



müstəntiq,  təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  müdafiəçisi  həmin  istintaq 

hərəkətinin aparılmasında iştirak edə bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi 

müayinə  həkimin  və  ya  məhkəmə  təbabəti  sahəsində  mütəxəssisin  iştirakı  ilə 

aparılır. 

238.6.  Şəxsi  müayinə  qurtardıqdan  sonra  müstəntiq  bu  istintaq  hərəkətinin 

protokolunu tərtib edir və protokolda aşağıdakılar göstərilir: 

238.6.1. şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer; 

238.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

238.6.3. şəxsi müayinədə iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin 

və ya həkimin vəzifəsi, soyadı, adı və atasının adı; 

238.6.4.  şəxsi  müayinənin  aparılmasında  iştirak  edən  şəxslərin  soyadı,  adı  və 

atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, 

məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 

238.6.5.  müşahidə  edilmə  ardıcıllığı  ilə  şəxsi  müayinə  zamanı  bütün  aşkar 

olunanlar. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə