Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə85/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   81   82   83   84   85   86   87   88   ...   190

247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər 

yazan  texniki  vasitələrdən  istifadə  edildikdə  müvafiq  yazılar,  fotoşəkillər,  çəkiliş 

lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. 

247.4.  Axtarış  və  götürmə  protokolunun  surəti  barəsində  istintaq  hərəkəti 

aparılan  şəxsə  və  ya  onun  yetkinlik  yaşına  çatmış  ailə  üzvlərindən  birinə  və  ya 

təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-

istismar təşkilatının nümayəndəsinə verilir. 

247.5. Axtarış və ya götürmə idarə, müəssisə, təşkilat və hərbi hissənin ərazisində 

aparıldıqda, protokolun surəti onların nümayəndələrinə verilir. 

X X X I I   f ə s i l  

ƏMLAK ÜZƏRİNƏ HƏBS QOYULMASI 

M a d d ə  

2 4 8 .  

Ə m l a k  

ü z ə r i n ə  

h ə b s  

q o y u l m a s ı n ı n  

m a h i y y ə t i

 

248.1. Əmlak üzərinə həbs: 



248.1.1.  mülki  iddianı  və  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  hallarda  əmlak 

müsadirəsini təmin etmək məqsədi ilə  tətbiq edilir; 

248.1.2.  əmlakın  siyahıya  alınmasından  və  mülkiyyətçiyə  və  ya  sahibə  həmin 

əmlak  üzərində  sərəncam  verməyi,  zəruri  hallarda  isə  ondan  istifadəni  qadağan 

etməkdən ibarətdir; 

248.1.3.  bank  əmanətlərinə  tətbiq  edildikdən  sonra  onlar  üzrə  əməliyyatların 

aparılmasına xitam verir. 

248.2.  Həbs  əmlakın  nədən  ibarət  və  kimdə  olmasından  asılı  olmayaraq, 

təqsirləndirilən  şəxsin,  habelə  üzərlərinə  əmlak  məsuliyyəti  qoyula  bilən  şəxslərin 

əmlakı üzərinə qoyulur. 

248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər 

şəxslərlə  mülkiyyətindəki  payı  üzərinə  qoyulur.  Əmlakın  cinayətin  törədilməsində 

alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına cinayət yolu 

ilə  əldə  edilmiş  vəsait  hesabına  əldə  edilməsinə  və  ya  artırılmasına  kifayət  qədər 

sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur.   

Cinayət  yolu  ilə  əldə  edilmiş  əmlak  və  ya  cinayətin  predmeti  istifadə  edildiyi, 

özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda 

həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər 

əmlak üzərinə həbs qoyulur. 

cxvi[116]

 

248.4.  Mülkiyyətçi  və  ya  əmlakın  sahibi  və  onun  ailə  üzvləri  üçün  zəruri  olan 



ərzaq məhsullarına, mühüm dəyəri olmayan yanacağa, ixtisas üzrə kitablara və peşə 

fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  avadanlığa,  daimi  istifadə  edilən  qab-qacağa  və 

mətbəx ləvazimatına, habelə digər ilk zərurət əşyalarına həbs qoyula bilməz. 



248.5.  İdarə,  müəssisə  və  təşkilatların  təsərrüfat  fəaliyyətinə  xələl  gətirmədən 

mülkiyyətin ayrıla bilən hissəsi istisna olmaqla, onların əmlakı üzərinə həbs qoyula 

bilməz. 

M a d d ə   2 4 9 .   Ə m l a k   ü z ə r i n ə   h ə b s   q o y u l m a s ı n ı n   ə s a s l a r ı

 

249.1.  Əmlak  üzərinə  həbs  yalnız  cinayət  işi  üzrə  toplanılmış  materiallar  üzrə 



kifayət qədər əsas verdikdə qoyula bilər. 

249.2.  Əmlak  üzərinə  həbs,  bir  qayda  olaraq,  məhkəmənin  qərarı  əsasında 

qoyulur.  Məhkəmə  əmlak  üzərinə  həbs  qoyulması  haqqında  qərarı  aşağıdakı 

hallarda çıxarır: 

249.2.1.  məhkəməyə müstəntiqin  əsaslandırılmış  vəsatəti  və  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 

249.2.2.  məhkəməyə  müraciət  etmiş  şəxslər  bu  Məcəllənin  249.1-ci  maddəsində 

nəzərdə  tutulmuş  halların  təsdiq  edilməsi  üçün  kifayət  olan  ilkin  sübutlar  təqdim 

etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 

249.3.  Əmlak  üzərinə  həbs  qoyulması  haqqında  məhkəmənin  qərarında 

aşağıdakılar öz əksinin tapmalıdır: 

249.3.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

249.3.2. qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi; 

249.3.3.  əmlak  üzərinə  həbs  qoyulması  üçün  əsas  olmuş  obyektiv  halların  və 

motivlərin əsaslandırılması; 

249.3.4. əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı; 

249.3.5. üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin 

edilməsinə kifayət edən əmlak; 

249.3.6. əmlak üzərinə qoyulan həbs müddəti. 

249.4. Üzərinə həbs qoyulması üçün əmlakın könüllü verilməsinə əsaslı şübhələr 

olduqda,  əmlak  üzərinə  həbs  qoyulması  haqqında  qərarda  axtarış  aparılmasının 

mümkünlüyü də göstərilir. 

249.5.  Təxirə  salına  bilməyən  hallarda  cinayət  törətmiş  şəxs  tərəfindən  əmlakın 

və  ya  cinayət  yolu  ilə  əldə  edilmiş  əşya  və  vasitələrin  məhv  edilməsini, 

zədələnməsini,  korlanmasını,  gizlədilməsini  və  ya  verilmiş  mülki  iddianın  təmin 

edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat 

olduqda,  müstəntiq  məhkəmənin  qərarı  olmadan  bu  Məcəllənin  177.2—177.5-ci 

maddələrində  nəzərdə  tutulmuş  tələblər  yerinə  yetirildikdə  əmlak  üzərinə  həbs 

qoya bilər. 

249.6.  Bu  Məcəllənin  249.5-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  müstəntiq 

əmlak  üzərinə  həbs  qoyulması  barədə  əsaslandırılmış  qərar  çıxarır.  Müstəntiqin 

qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin 

qərarı  olmadan  əmlak  üzərinə  həbs  qoyulmasının  zəruriliyi  və  təxirə  salına 

bilməməsi əsaslandırılmaqla tərtib edilir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə