Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə87/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   83   84   85   86   87   88   89   90   ...   190

252.3. Əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya 

digər  yazan  texniki  vasitələrdən  istifadə  edildikdə,  müvafiq  yazılar,  fotoşəkillər, 

çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. 

252.4.  Müvafiq  protokolun  surəti  imza  etdirilməklə  üzərinə  həbs  qoyulmuş 

əmlakın mülkiyyətçisinə və ya sahibinə, onlar olmadıqda isə onun yetkinlik yaşına 

çatmış ailə üzvlərindən birinə, habelə əmlakın saxlanılmasına məsul müvafiq dövlət 

orqanının  nümayəndəsinə  verilir.  İdarə,  müəssisə  və  təşkilatın  ərazisində  yerləşən 

əmlak  üzərinə  həbs  qoyulduqda,  müvafiq  protokolun  surəti  imza  etdirilməklə 

müdiriyyətin nümayəndəsinə verilir. 

M a d d ə   2 5 3 .   Ə m l a k   ü z ə r i n ə   s ə h v ə n   h ə b s   q o y u l m a s ı n d a n  

ş i k a y ə t   v e r i l m ə s i

 

253.0.  Təqsirləndirilən  şəxsə  aidiyyəti  olmayan  əmlak  üzərinə  səhvən  həbs 



qoyulduğunu  hesab  edən  şəxslər  cinayət  prosesini  həyata  keçirən  orqan  qarşısında 

əmlakın  həbsdən  azad  edilməsi  barədə  müraciət  etmək  hüququna  malikdirlər. 

Cinayət  prosesini  həyata  keçirən  orqan  müraciətin  təmin  edilməsindən  imtina 

etdikdə  və  ya  müraciət  alındığı  vaxtdan  10  (on)  gün  müddətində  müraciət  etmiş 

şəxsə  məlumat  vermədikdə,  həmin  şəxs  əmlakın  həbsdən  azad  edilməsini  mülki 

mühakimə  icraatı  qaydasında  tələb  etmək  hüququna  malikdir.  Tələbin  kimin 

əmlakına  yönəldilməsi  məsələsi  həll  edilərkən  əmlakın  həbsdən  azad  edilməsi 

barədə  iddia  üzrə  məhkəmənin  qərarı  müstəntiq,  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokuror,  habelə  cinayət  işinə  baxan  məhkəmə  üçün 

məcburidir. 

M a d d ə  

2 5 4 .  

C i n a y ə t  

m ü h a k i m ə  

i c r a a t ı  

q a y d a s ı n d a  

ə m l a k ı n   h ə b s d ə n   a z a d   e d i l m ə s i

 

254.1.  Cinayət  işi  üzrə  mülki  iddiadan  imtina  edildikdə,  təqsirləndirilən  şəxsə 



ittiham edildiyi əməlin tövsifi dəyişdirildikdə və ya cinayət təqibi üzrə icraata xitam 

verildiyi  hallardan  başqa  əmlak  məhkəmə  tərəfindən  qoyulmuş  həbsdən  yalnız 

məhkəmənin qərarı əsasında azad edilə bilər. 

254.2.  Məhkəmə  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokuror  öz  səlahiyyətləri  daxilində  cinayət  təqibi  orqanı  tərəfindən  qanunsuz 

üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. 

X X X I I I   f ə s i l    



POÇT, TELEQRAF VƏ DİGƏR GÖNDƏRİŞLƏRİN ÜZƏRİNƏ HƏBS 

QOYULMASI. TELEFON VƏ DİGƏR QURĞULARLA APARILAN 

DANIŞIQLARIN, RABİTƏ VƏ DİGƏR TEXNİKİ VASİTƏLƏRLƏ 

ÖTÜRÜLƏN MƏLUMATLARIN VƏ BAŞQA MƏLUMATLARIN ƏLƏ 

KEÇİRİLMƏSİ 

M a d d ə   2 5 5 .   A z ə r b a y c a n   R e s p u b l i k a s ı   m ü v a f i q   i c r a  

h a k i m i y y ə t i   o r q a n ı n ı n   ə m ə k d a ş ı   t ə r ə f i n d ə n   ç a t d ı r ı l a n  

k o r r e s p o n d e n s i y a l a r  

v ə  

d i g ə r  



g ö n d ə r i ş l ə r  

i s t i s n a  

o l m a q l a   ü z ə r i n ə   h ə b s   q o y u l a   b i l ə n   p o ç t - t e l e q r a f   v ə  

d i g ə r   g ö n d ə r i ş l ə r i n   s i y a h ı s ı  

cxvii[ 1 1 7 ]

 

255.0.  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı 



tərəfindən  çatdırılan  korrespondensiyalar  və  digər  göndərişlər  istisna  olmaqla 

üzərinə həbs qoyula bilən poçt, teleqraf və digər göndərişlərə aşağıdakılar aiddir:  

255.0.1. bütün növlərdən olan məktublar; 

255.0.2. teleqramlar; 

255.0.3. radioqramlar; 

255.0.4. banderollar; 

255.0.5. sovqatlar; 

255.0.6. poçt konteynerləri; 

255.0.7. pul baratları.  

M a d d ə   2 5 6 .   P o ç t ,   t e l e q r a f   v ə   d i g ə r   g ö n d ə r i ş l ə r   ü z ə r i n ə  

h ə b s   q o y u l m a s ı n ı n   ə s a s l a r ı

 

256.1.  Poçt,  teleqraf  və  digər  göndərişlər  üzərinə  həbs,  bir  qayda  olaraq, 



məhkəmənin  qərarı  əsasında  qoyulur.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  poçt, 

teleqraf  göndərişlərində  və  ya  onların  göndərdikləri,  yaxud  onlara  başqa  şəxslər 

tərəfindən  göndərilən  poçt,  teleqraf  və  digər  göndərişlərdə  cinayət  işi  üzrə  sübut 

əhəmiyyəti  daşıyan  məlumatların  olmasını  güman  etməyə  kifayət  qədər  əsaslar 

olduqda,  müstəntiqin  əsaslandırılmış  vəsatəti  və  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokurorun  müvafiq  təqdimatı  üzrə  məhkəmə  poçt, 

teleqraf  və  digər  göndərişlər  üzərinə  həbs  qoyulması  haqqında  qərar  çıxarır.  Poçt, 

teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması  bu Məcəllənin 177.2—177.5-ci 

maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir. 

256.2. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarda 

aşağıdakılar göstərilməlidir: 

256.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

256.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi; 

256.2.3.  poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbs  qoyulması  üçün  əsas  olan 

obyektiv hallar və bunun motivinin əsaslandırılması; 



256.2.4. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulmuş şəxsin (şəxslərin) 

soyadı, adı, atasının adı və dəqiq ünvanı; 

256.2.5.  üzərinə  həbs  qoyulmalı  olan  poçt,  teleqraf  və  digər  göndərişin  dəqiq 

növü (növləri) və onun olduğu yer; 

256.2.6.  üzərinə  poçt,  teleqraf  və  digər  göndərişi  saxlamaq  vəzifəsi  qoyulmuş 

rabitə idarəsinin adı; 

256.2.7. poçt, teleqraf və digər göndərişin üzərinə həbs qoyulduğu müddət. 

256.3.  Poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbs  qoyulması  haqqında  qərar 

əsasında, həmçinin göndərişlərin baxışı və götürülməsi aparılır. 

256.4. Poçt, teleqraf və digər göndəriş üzərinə qoyulan həbsə aşağıdakı hallarda 

xitam verilir: 

256.4.1. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı 

çıxarmış məhkəmənin və ya yuxarı məhkəmənin həbsin ləğv edilməsi barədə qərarı 

əsasında; 

256.4.2.  poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbs  qoyulduğu  müddətin 

qurtarması ilə əlaqədar; 

256.4.3.  poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbsin  davam  etməsinin 

lüzumsuzluğu  barədə  müstəntiqin  qərarı,  habelə  müstəntiq  tərəfindən  çıxarılmış 

qərarın  qanunsuz  hesab  edilməsi  və  onun  ləğv  olunması  haqqında  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya  məhkəmənin 

qərarı əsasında. 

M a d d ə   2 5 7 .   P o ç t ,   t e l e q r a f   v ə   d i g ə r   g ö n d ə r i ş l ə r   ü z ə r i n ə  

h ə b s   q o y u l m a s ı n ı n ,   o n u n   b a x ı ş ı n ı n   v ə   g ö t ü r ü l m ə s i n i n  

a p a r ı l m a s ı   q a y d a s ı

 

257.1.  Müstəntiq  poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbs  qoyulması 



haqqında qərarı müvafiq rabitə idarəsinin rəisinə göndərir. 

257.2.  Rabitə  idarəsinin  rəisi  bu  barədə  müstəntiqə  dərhal  məlumat  verməklə 

müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişləri saxlayır. 

257.3.  Poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbs  qoyulması  ilə  əlaqədar 

müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirir: 

257.3.1. müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişin saxlanması 

barədə rabitə idarəsinin rəisindən məlumat aldıqda, rabitə idarəsinə gəlir və həmin 

idarənin işçilərinin iştirakı ilə müvafiq göndərişə baxış keçirir; 

257.3.2.  poçt,  teleqraf  və  digər  göndəriş  üzərinə  həbs  qoyulması  barədə  qərar 

əsasında  rabitə  idarəsinin  rəisini  həmin  qərarın  götürülməyə  dair  hissəsi  ilə  imza 

etdirməklə tanış edir və müvafiq göndərişi götürür. 

257.4. Poçt, teleqraf və digər göndərişdə iş üçün əhəmiyyətli ola biləcək sənəd və 

əşyaları  aşkar  etdikdə,  müstəntiq  müvafiq  göndərişi  götürə  və  ya  onların  surətini 

çıxarmaqla kifayətlənə bilər. İş üçün əhəmiyyətli ola biləcək məlumatlar olmadıqda, 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə