Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə109/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   105   106   107   108   109   110   111   112   ...   190

322.1.14. məhkəmə iclasında sədrlik edən kimin (soyadı, adı, atasının adı, ixtisas 

dərəcəsi,  tutduğu  vəzifə)  dövlət  ittihamını  müdafiə  etdiyini  elan  edir  və  cinayət 

prosesi iştirakçılarının dövlət ittihamçısına etiraz etmək hüququnu və həmin etirazın 

edilməsi üçün bu Məcəllənin 112-ci maddəsində nəzərdə tutulmuş əsasları izah edir; 

322.1.15.  dövlət  ittihamçısına  etiraz  edildikdə,  məhkəmə  müşavirə  otağına 

getməmişdən əvvəl bu məsələyə dair dövlət ittihamçısının və təqsirləndirilən şəxsin, 

onun  müdafiəçisinin  fikrini  öyrənməklə,  müşavirə  otağına  gedir  və  etirazın  təmin 

edilib-edilməməsi məsələsini həll edir, qayıtdıqdan sonra məhkəmənin qəbul etdiyi 

əsaslandırılmış qərarı elan edir (etiraz təmin edildikdə məhkəmə baxışı təxirə salınır 

və  yalnız  işə  yeni  cəlb  edilmiş  dövlət  ittihamçısına  işin  materialları  ilə  tanış  olmaq 

imkanı təmin edildikdən sonra təzələnir); 

322.1.16. məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxsin müdafiəçisini və 

ya növbə ilə təqsirləndirilən şəxslərin müdafiəçilərini (soyadı, adı, atasının adı, hansı 

vəkillər kollegiyasının hansı qurumunda işləməsi) elan edir; 

322.1.17.  məhkəmə  iclasında  sədrlik  edən  cinayət  prosesinin  iştirakçılarına  bu 

Məcəllənin  114-cü  maddəsində  nəzərdə  tutulmuş  müdafiəçinin  cinayət  prosesində 

iştirakını  istisna  edən  halları  izah  edir  və  müdafiəçiyə  etiraz  etmək  barədə 

vəsatətlərinin olub-olmamasını aydınlaşdırır; 

322.1.18. müdafiəçiyə etiraz edildikdə məhkəmə müşavirə otağına getməmişdən 

əvvəl  bu  məsələyə  dair  cinayət  prosesi  iştirakçılarının  fikrini  öyrənməklə  müşavirə 

otağına  gedir  və  etirazın  təmin  edilib-edilməməsi  məsələsini  həll  edir,  qayıtdıqdan 

sonra  məhkəmənin  qəbul  etdiyi  əsaslandırılmış  qərarı  elan  edir  (etiraz  təmin 

edildikdə məhkəmə baxışı təxirə salınır və yalnız işə yeni cəlb edilmiş müdafiəçiyə 

icraatın materialları ilə tanış olmaq imkanı təmin edildikdən sonra təzələnir); 

322.1.19.  məhkəmə  iclasında  sədrlik  edən  zərər  çəkmiş  şəxsin  (xüsusi 

ittihamçının), mülki iddiaçının və mülki cavabdehin qanuni nümayəndəsinin, habelə 

nümayəndəsinin  kim  olduğunu  elan  edir,  cinayət  prosesinin  iştirakçılarına  zərər 

çəkmiş  şəxsin  (xüsusi  ittihamçının),  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsinə bu Məcəllənin 114-cü maddəsinə əsasən etiraz etmək hüququnu və 

etiraz etmək üçün əsasları izah edir; 

322.1.20. zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki 

cavabdehin  nümayəndəsinə  etiraz  edildikdə,  məhkəmə  müşavirə  otağına 

getməmişdən  əvvəl  bu  məsələyə  dair  cinayət  prosesi  iştirakçılarının,  ilk  növbədə 

dövlət  ittihamçısının  və  təqsirləndirilən  şəxsin,  onun  müdafiəçisinin  fikrini 

öyrənməklə,  müşavirə  otağına  gedir,  etirazın  təmin  edilib-edilməməsi  məsələsini 

həll  edir,  qayıtdıqdan  sonra  məhkəmənin  qəbul  etdiyi  əsaslandırılmış  qərarı  elan 

edir  (zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının),  mülki  iddiaçının  və  ya  mülki 

cavabdehin nümayəndəsinə etiraz təmin edildikdə, məhkəmə baxışı təxirə salınır və 

yalnız  işə  yeni  cəlb  edilmiş  müvafiq  şəxsin  nümayəndəsinə  icraatın  materialları  ilə 

tanış olmaq imkanı təmin edildikdən sonra təzələnir); 




322.1.21.  məhkəmə  iclasında  sədrlik  edən  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

icraatda növbə ilə kimin mütəxəssis və ekspert olduğunu (soyadı, adı, atasının adı, 

təhsili, elmi dərəcəsi, tutduğu vəzifə) elan edir; 

322.1.22.  məhkəmə  iclasında  sədrlik  edən  cinayət  prosesinin  iştirakçılarına 

mütəxəssis  və  ya  ekspertə  etiraz  etmək  hüququnu  və  onlara  etiraz  etmək  üçün  bu 

Məcəllənin 117 və 118-ci maddələrində nəzərdə tutulmuş müvafiq əsasları izah edir; 

322.1.23. mütəxəssis və ya ekspertə etiraz edildikdə, məhkəmə müşavirə otağına 

getməmişdən  əvvəl  bu  məsələyə  dair  cinayət  prosesi  iştirakçılarının,  ilk  növbədə, 

dövlət  ittihamçısının  və  təqsirləndirilən  şəxsin,  onun  müdafiəçisinin  fikrini 

öyrənməklə, etirazın təmin edilib-edilməməsi məsələsini həll edir, qayıtdıqdan sonra 

məhkəmənin  qəbul  etdiyi  əsaslandırılmış  qərarı  elan  edir  (ekspertə  etiraz  təmin 

edildikdə məhkəmə baxışı təxirə salınır, məhkəmə cinayət prosesi tərəflərinin fikrini 

nəzərə  almaqla  başqa  ekspertin  təyin  edilməsi  haqqında  qərar  qəbul  edir,  ibtidai 

istintaq  zamanı  ekspertiza  aparmış  və  ya  müdafiə  tərəfinin  hesabına  ekspertiza 

aparmaq  üçün  məhkəməyə  dəvət  edilmiş  ekspertə  etiraz  edildikdə,  məhkəmə 

iclasında  sədrlik  edən  həmin  tərəfdən  yenə  də  ekspertizanın  aparılmasını  öz 

hesabına başqa ekspertə tapşırıb-tapşırmayacağını soruşur və müsbət cavab aldıqda 

tərəfə yeni ekspertin dəvət edilməsi üçün zəruri vaxt ayırır, məhkəmə baxışı yalnız 

yeni ekspertə zəruri materiallarla tanış olmaq üçün və ekspert rəyinin hazırlanması 

üçün  imkan  verildikdən  sonra  təzələnir,  lakin  hər  bir  halda  həmin  müddət 

ekspertizanın təyin edildiyi vaxtdan 15 (on beş) gündən artıq ola bilməz, məhkəmə 

baxışı  təzələndikdən  sonra  yeni  dəvət  edilmiş  ekspertə  etiraz  haqqında  məsələ 

ümumi  qaydada  həll  edilir,  ekspertə  etiraz  etmə  ilə  bağlı  olan  yuxarıda  göstərilən 

qaydalar mütəxəssisə etiraz edildikdə də tətbiq edilir); 

322.1.24.  məhkəmə  iclasında  sədrlik  edən  ekspertə  və  mütəxəssisə  onların  bu 

Məcəllənin  müvafiq  olaraq  96  və  97-ci  maddələrində  nəzərdə  tutulmuş  hüquq  və 

vəzifələrini izah edir. 

322.2. Məhkəmə baxışının açılışı ilə ilkin hərəkətləri apardıqdan sonra məhkəmə 

cinayət  prosesi  tərəflərinin  məhkəmə  istintaqının  aparılmasından  əvvəl  verdikləri 

vəsatətlərin baxılmasına başlayır. 

M a d d ə  

3 2 3 .  

M ə h k ə m ə  

i s t i n t a q ı n ı n  

a p a r ı l m a s ı n d a n  

ə v v ə l   c i n a y ə t   p r o s e s i   t ə r ə f l ə r i n i n   v ə s a t ə t   v e r m ə s i   v ə  

h ə m i n   v ə s a t ə t l ə r i n   h ə l l i

 

323.1. Məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən 



növbə  ilə  cinayət  prosesi  tərəflərindən  hər  birinin  aşağıdakı  məsələlərə  dair 

vəsatətlərinin olub-olmamasını aydınlaşdırır: 

323.1.1.  yeni  sübutların  tələb  edilməsi  və  cinayət  işinə,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə 

əlavə edilməsi haqqında; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə