Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə117/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   113   114   115   116   117   118   119   120   ...   190

353.2. 

Məhkəmənin 

ittiham 

hökmünün 

təsviri-əsaslandırıcı 

hissəsində 

aşağıdakılar göstərilməlidir: 

353.2.1.  cinayətin  törədilməsi  yeri,  vaxtı,  üsulu,  təqsirin  xarakteri,  törədilmə 

motivləri  və  nəticələri  göstərilməklə  məhkəmə  tərəfindən  sübuta  yetirilmiş  hesab 

edilən cinayət əməlinin təsviri; 

353.2.2.  məhkəmənin  nəticəyə  gəlməsi  üçün  əsaslandığı  sübutlar  və  onun 

tərəfindən digər sübutların rədd edilməsinin motivləri; 

353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; 

353.2.4. ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; 

353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə 

bunun motivləri; 

353.2.6.  qərarların  qəbul  edilməsində  məhkəmənin  istina  etdiyi  qanunların 

normaları; 

353.2.7.  bu  Məcəllənin  346.1.11—346.1.14-cü  maddələrində  nəzərdə  tutulmuş 

məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; 

353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri; 

353.2.9. mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri. 

353.3. 

Məhkəmənin 



bəraət 

hökmünün 

təsviri-əsaslandırıcı 

hissəsində 

aşağıdakılar göstərilməlidir: 

353.3.1. təqsirləndirilən şəxsin məhkəməyə verildiyi ittihamın mahiyyəti; 

353.3.2. məhkəmə baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar; 

353.3.3.  məhkəmənin  nəticəyə  gəlməsi  üçün  əsaslandığı  sübutlar  və  ittihamın 

əsaslandırılması  üçün  göstərilmiş  sübutların  onun  tərəfindən  rədd  edilməsinin 

motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları; 

353.3.4.  bəraət  almış  şəxsə  cinayət  təqibi  orqanlarının  qanunsuz  hərəkətləri 

nəticəsində  vurulmuş  ziyanın,  məhkəmə  xərclərinin  ödənilməsi  məsələsi  və  mülki 

iddia üzrə qərarın motivləri. 

353.4.  Məhkəmənin  ittiham  hökmünün  nəticəvi  hissəsində  aşağıdakılar 

göstərilməlidir: 

353.4.1.  təqsirləndirilən  şəxsin  soyadı,  adı,  atasının  adı  və  onun  cinayət 

qanununun konkret maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli 

bilinməsi; 

353.4.2. təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə 

təyin edilmiş cəzanın növü və həddi; 

353.4.3. çəkilməli olan yekun cəza tədbiri; 

353.4.4.  azadlıqdan  məhrum  etmə  növündə  cəzanın  çəkilməsi  üçün  müəyyən 

edilmiş cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növü; 

353.4.5. cəzaçəkmə müddətinin başlanğıcı; 




353.4.6. şərti məhkum etmə tətbiq edildiyi halda sınaq müddətinin davam etdiyi 

müddət,  şərti  məhkum  edilmiş  şəxsin  vəzifələri  və  şərti  məhkum  edilmiş  şəxs 

üzərində nəzarətin həyata keçirilməsi həvalə edilən orqan və ya müəssisə; 

353.4.7.  müvafiq  qərar  qəbul  edildikdə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 

əsaslarla təqsirləndirilən şəxsin cəzadan azad edilməsi; 

353.4.8. təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin 

cəzaçəkmə müddətinə daxil edilməsi; 

353.4.9. cinayət qanununun müddəaları ilə nəzərdə tutulmuş hallarda əlavə cəza 

növünün təyin edilməsi; 

353.4.10. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı 

məbləğdə ödəməsi); 

353.4.11.  maddi  ,  əmlak  müsadirəsi  cəzası  təyin  olunduğu  halda  müsadirə 

edilməli  olan  cinayətin  predmetləri,  cinayət  törədərkən  istifadə  olunan  alət  və 

vasitələr, cinayət yolu ilə əldə edilmiş əmlakın siyahısı, habelə cinayət yolu ilə əldə 

edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya 

başqa  səbəblərdən  dövlət  nəfinə  alına  bilinmədiyi  halda  həmin  əmlakın  dəyəri 

məbləğində  müsadirə  olunacaq  məhkuma  məxsus  olan  pulun  miqdarı  və  ya 

əmlakın siyahısı; sübutların həlli;  

cxliv[144]

 

353.4.12. məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məhkumun barəsində 



seçilmiş qətimkan tədbirinin həlli; 

353.4.13. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət vermə 

qaydasının izahı. 

353.5. Bəraət hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir: 

353.5.1.  təqsirləndirilən  şəxsin  soyadı,  adı,  atasının  adı  və  ona  bəraət  verilməsi 

haqqında qərar; 

353.5.2.  məhkəmə  hökmü  çıxarılanadək  bəraət  almış  şəxs  barəsində  qətimkan 

tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi; 

353.5.3.  məhkəmə  hökmü  çıxarılanadək  mülki  iddianın  və  ya  mümkün  ola 

biləcək  əmlak  müsadirəsinin  təmin  edilməsi  üzrə  tədbirlər  görüldükdə  görülmüş 

tədbirlərin ləğv edilməsi; 

353.5.4. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı 

məbləğdə ödəməsi); 

353.5.5. maddi sübutların həlli; 

353.5.6. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət verilmə 

qaydasının izahı. 

353.6.  Məhkəmə  baxışı  bir  neçə  təqsirləndirilən  şəxs  barəsində  aparıldıqda 

müvafiq  hallarda  məhkəmənin  hökmündə  bu  Məcəllənin  353.2.3—353.2.9,  353.3—

353.5-ci  maddələrində  göstərilmiş  məsələlər  təqsirləndirilən  şəxslərdən  hər  birinə 

dair ayrı-ayrılıqda qeyd edilir. 




M a d d ə   3 5 4 .   M ə h k ə m ə n i n   h ö k m ü n d ə   m ü l k i   i d d i a n ı n  

h ə l l i

 

354.1. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta 



yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 

354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 

354.1.2. iddianın rədd edilməsi; 

354.1.3. iddianın baxılmamış saxlanması. 

354.2.  Mülki  iddia  təmin  edildiyi  halda  hökm  qanuni  qüvvəyə  minənədək 

iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişdirsə, məhkəmə həmin tədbirləri 

görmək hüququna malikdir. 

M a d d ə  

3 5 5 .  

M ə h k ə m ə  

b a x ı ş ı n ı n  

n ə t i c ə l ə r i n ə  

d a i r  

x ü s u s i   q ə r a r

 

355.1.  Məhkəmə  baxışının  nəticələrinə  dair  aşağıdakılar  müəyyən  edildikdə 



məhkəmə xüsusi qərar çıxara bilər: 

355.1.1.  fiziki  şəxslərin  cinayət  məsuliyyətinə  səbəb  olmayan  hərəkət  və  ya 

hərəkətsizliyinin, 

dövlət 


orqanlarının 

vəzifəli 

şəxslərinin 

fəaliyyətindəki 

çatışmazlıqların  və  ya  səhvlərin  cinayətin  törədilməsinə  səbəb  olduğunu  və  şərait 

yaradıldığını; 

355.1.2.  məhkəməyədək  icraat  üzrə  bu  Məcəllənin  tələblərinin  pozulmasına  yol 

verildiyini. 

355.2.  Məhkəmənin  xüsusi  qərarında  onun  hansı  cinayət  işi,  məhkəməyədək 

icraat  materialı  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  və  kim  tərəfindən 

çıxarıldığı, ittihamın mahiyyəti, xüsusi qərarın çıxarılmasına səbəb olan əsaslar, kim 

tərəfindən və konkret olaraq hansı hərəkətə (hərəkətsizliyə) yol verilməsi, habelə bu 

əməlin hansı hüquq pozuntularına səbəb olması ətraflı göstərilməlidir. 

355.3.  Məhkəmə  tərəfindən  çıxarılmış  xüsusi  qərar  müvafiq  tədbir  görülməsi 

üçün aşağıdakı şəxslərə göndərilməlidir: 

355.3.1.  dövlət  orqanlarının  vəzifəli  şəxsləri  barəsində—tabeçilik  qaydasında 

müvafiq yuxarı dövlət orqanının rəhbərinə; 

355.3.2.  müstəntiqlər,  təhqiqatçılar  və  təhqiqat  orqanının  əməkdaşları 

barəsində—tabeçilik qaydasında Azərbaycan Respublikasının müvafiq mərkəzi icra 

hakimiyyəti orqanının rəhbərinə; 

355.3.3.  prokurorlar  və  prokurorluğun  müstəntiqləri  barəsində—Azərbaycan 

Respublikasının Baş prokuroruna. 

355.4.  Xüsusi  qərarın  ünvanlandığı  vəzifəli  şəxslər  həmin  qərarın  onlara  daxil 

olduğu  vaxtdan  30  (otuz)  gündən  gec  olmayan  müddətdə  aşağıdakı  hərəkətləri 

yerinə yetirməlidir: 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə