Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə114/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   110   111   112   113   114   115   116   117   ...   190

337.1. Dövlət ittihamçısı ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət 

olmasını  hesab  etdikdə  məhkəmə  istintaqının  ittiham  tərəfindən  təqdim  olunmuş 

sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatət qaldıra 

bilər.  Məhkəmə  cinayət  prosesi  tərəflərinin  hər  birini  dinləyərək  aşağıdakı 

hərəkətləri yerinə yetirmək hüququna malikdir: 

cxxxix[139]

 

337.1.1. həmin vəsatəti təmin etmək; 



337.1.2.  tədqiq  edilməmiş  sübutların  irəli  sürülmüş  ittihamın  məhkəmədə 

hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyətə malik olduğunu 

hesab etdikdə, vəsatəti rədd etmək. 

337.2.  Müdafiə  tərəfi  cinayət  işini  başlamış  şəxs  tərəfindən  cinayət  işinin 

materiallarına  əlavə  edilmiş  və  ya  təqsirləndirilən  şəxsin,  onun  müdafiəçisinin, 

qanuni  nümayəndəsinin,  habelə  mülki  cavabdehin  və  ya  onun  nümayəndəsinin 

vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış 

sübutların  tədqiq  edilməsindən  imtina  etmək  hüququna  malikdir.  Belə  imtina  hər 

bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır. 

M a d d ə   3 3 8 .   M ə h k ə m ə   i s t i n t a q ı n ı n   q u r t a r m a s ı

 

338.1.  Məhkəmə  baxışına  təqdim  edilmiş  bütün  sübutlar  məhkəmə  iclasında 



tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri 

barəsində aşağıdakı hərəkətləri yerinə yetirir: 

338.1.1.  məhkəmənin  məhkəmə  çıxışlarına  keçmək  üçün  hazır  olduğunu  onlara 

bildirir; 

338.1.2.  onlara  məhkəmənin  hökm  çıxardıqda  yalnız  məhkəmə  istintaqı  zamanı 

baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir; 

338.1.3.  onların  məhkəmə  istintaqının  tamamlanması  üçün  hansı  sübutların 

baxılması  və  həmin  sübutların  işin  məhz  hansı  hallarının  müəyyən  edilməsi  üçün 

zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. 

338.2. Məhkəmə istintaqının tamamlanması barədə vəsatəti həll edərək məhkəmə 

cinayət  təqibi  ilə  bağlı  mühüm  əhəmiyyətə  malik  olan  halların  hərtərəfli,  tam  və 

obyektiv araşdırılması tələbini rəhbər tutur. 

338.3.  Məhkəmə  istintaqının  tamamlanması  barədə  vəsatət  məhkəmənin 

əsaslandırılmış qərarı ilə təmin edildikdə, məhkəmə iclasında sədrlik edən məhkəmə 

istintaqının  qurtardığını  elan  edir.  Vəsatət  təmin  edilmədikdə  məhkəmə  istintaqı 

davam edir. 

X L I V   f ə s i l    

MƏHKƏMƏ ÇIXIŞLARI VƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN SON SÖZÜ 

M a d d ə   3 3 9 .   M ə h k ə m ə   ç ı x ı ş l a r ı n ı n   b a ş l a n m a s ı

 



339.1.  Məhkəmə  istintaqı  qurtardıqdan  sonra  məhkəmə  iclasında  sədrlik  edən 

məhkəmə çıxışlarına başladığını elan edir. 

339.2.  Məhkəmə  çıxışlarında  iştirak  edən  şəxslərdən  hər  hansı  biri  məhkəmə 

çıxışlarına hazırlaşmaq üçün vaxt verilməsi haqqında vəsatət qaldırdıqda, məhkəmə 

iclasında sədrlik edən müddətini göstərməklə məhkəmə iclasında tənəffüs elan edir. 

M a d d ə   3 4 0 .   T ə r ə f l ə r i n   ç ı x ı ş l a r ı

 

340.1.  Məhkəmə  çıxışları  dövlət  ittihamçısı,  zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı) 



və  ya  onun  nümayəndəsi,  mülki  iddiaçı  və  ya  onun  nümayəndəsi,  təqsirləndirilən 

şəxs  (yalnız  müdafiəçi  işdə  iştirak  etmədiyi  halda)  və  ya  onun  müdafiəçisi,  mülki 

cavabdeh  və  ya  onun  nümayəndəsi  tərəfindən  növbə  ilə  söylənilən  nitqlərdən 

ibarətdir. 

340.2.  Dövlət  ittihamı  bir  neçə  dövlət  ittihamçısı  tərəfindən  müdafiə  edildikdə, 

işdə  bir  neçə  zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı),  mülki  iddiaçı  və  onların 

nümayəndələri, təqsirləndirilən şəxs və onun müdafiəçisi, mülki cavabdeh və onun 

nümayəndəsi  iştirak  etdikdə,  məhkəmə  iclasında  sədrlik  edən  öz  çıxışlarının 

ardıcıllığını  müəyyən  etmək  üçün  onlara  vaxt  verir.  Zərurət  olduqda  bu  məqsədlə 

məhkəmə iclasında fasilə elan edilə bilər. Göstərilən şəxslər öz çıxışlarının ardıcıllığı 

barədə  razılığa  gəlmədikdə,  məhkəmə  onların  fikrini  dinləyərək  müvafiq  qərar 

qəbul edir. 

340.3.  Cinayət  prosesinin  tərəfləri  öz  çıxışlarında  məhkəmə  istintaqı  zamanı 

tədqiq  edilməmiş  sübutlara  istinad  edə  bilməzlər.  Özünün  gəldiyi  nəticənin 

əsaslandırılması  üçün  yeni  sübutlardan  istifadə  etmək  zərurəti  yarandıqda  cinayət 

prosesinin  tərəfi  hansı  halların  və  hansı  sübutlar  əsasında  əlavə  tədqiqat  tələb 

edildiyini  göstərməklə  məhkəmə  istintaqının  təzələnməsi  barədə  vəsatət  qaldırır. 

Məhkəmə cinayət prosesinin digər tərəfinin fikrini dinləyərək vəsatətin təmin və ya 

rədd edilməsi barədə qərar qəbul edir. 

340.4.  Məhkəmə,  məhkəmə  çıxışlarını  müəyyən  vaxtla  məhdudlaşdıra  bilməz, 

lakin  məhkəmə  çıxışlarında  iştirak  edən  şəxslər  məhkəmədə  baxılan  ittihama  aid 

olmayan  hallara  toxunduqda,  məhkəmə  iclasında  sədrlik  edən  onların  çıxışlarını 

dayandırmaq hüququna malikdir. 

M a d d ə   3 4 1 .   R e p l i k a l a r

 

Məhkəmə  baxışının  bütün iştirakçılarının məhkəmə çıxışları səsləndikdən sonra 



dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), təqsirləndirilən şəxs və onun 

müdafiəçisi  cinayət  prosesi  tərəfləri  nümayəndələrinin  çıxışlarında  deyilənlərə  dair 

qısa etiraz və qeydlərlə bir dəfə də çıxış etmək hüququna malikdirlər. 

M a d d ə   3 4 2 .   T ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n   s o n   s ö z ü

 



342.1.  Məhkəmə  çıxışları  və  replikalar  qurtardıqdan  sonra  təqsirləndirilən  şəxsə 

son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə 

yol verilmir. 

342.2.  Məhkəmə  təqsirləndirilən  şəxsin  son  sözünün  müddətini  müəyyən  edə 

bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan 

hallara  toxunduqda,  məhkəmə  iclasında  sədrlik  edən  onun  sözünü  kəsmək 

hüququna malikdir. 

342.3.  Təqsirləndirilən  şəxs  son  sözündə  elan  edilmiş  ittihamın  məhkəmədə 

hərtərəfli,  tam  və  obyektiv  baxılması  üçün  mühüm  əhəmiyyətə  malik  olan  yeni 

halları barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir. 

M a d d ə   3 4 3 .   İ t t i h a m ı n   m a h i y y ə t i   ü z r ə   c i n a y ə t   p r o s e s i  

t ə r ə f l ə r i n i n   t ə k l i f l ə r i

 

343.1.  Təqsirləndirilən  şəxsin  son  sözü  qurtardıqdan  sonra,  məhkəmə  müşavirə 



otağına  gedənədək  cinayət  prosesinin  tərəfləri  məhkəmə  baxışının  nəticələri 

əsasında  yekun  məhkəmə  qərarının  layihəsinin  variantını  məhkəməyə  təqdim  edə 

bilərlər. 

343.2.  Cinayət  prosesi  tərəflərindən  biri  yekun  məhkəmə  qərarının  layihəsi 

barədə  təklif  verdikdə,  o,  həmin  layihəni  cinayət  prosesinin  digər  tərəfinə  də 

verməlidir. 

X L V   f ə s i l    

YEKUN MƏHKƏMƏ QƏRARININ ÇIXARILMASI 

M a d d ə   3 4 4 .   M ə h k ə m ə n i n   m ü ş a v i r ə   o t a ğ ı n a   g e t m ə s i

 

344.0.  Məhkəmə  çıxışları  qurtardıqdan,  təqsirləndirilən  şəxsin  son  sözü 



dinlənildikdən,  cinayət  prosesinin  tərəflərinə  yekun  məhkəmə  qərarının  layihəsinə 

dair  öz  təkliflərini  vermək  üçün  imkan  yaradıldıqdan  sonra  aşağıdakı  hərəkətlər 

yerinə yetirilir: 

344.0.1.  məhkəmə  iclasında  sədrlik  edən  məhkəmə  baxışının  başa  çatdığını  elan 

edir; 

344.0.2.  məhkəmə  baxışının  nəticələrinə  dair  yekun  məhkəmə  qərarının 



çıxarılması üçün məhkəmə müşavirə otağına gedir. 

M a d d ə   3 4 5 .   H a k i m l ə r i n   m ü ş a v i r ə s i n i n   g i z l i l i y i

 

345.1. Məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması 



ilə  bağlı  məsələlər  müşavirə  otağında  məhkəmə  tərəfindən  müzakirə  edilir  (hakim 

tərəfindən baxılır). 

345.2.  Müşavirə  otağında  yalnız  müvafiq  olaraq  cinayət  işinin,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətin 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə