Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə115/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   111   112   113   114   115   116   117   118   ...   190

məhkəmə baxışı zamanı məhkəmə tərkibinə daxil olan hakimləri ola bilərlər. Yekun 

məhkəmə  qərarının  məhkəmə  tərəfindən  müzakirə  edilməsi  (hakim  tərəfindən 

baxılması)  və  çıxarılması  zamanı  müşavirə  otağında  digər  şəxslərin  olması  qəti 

qadağandır. 

345.3.  Aşağıdakı  hallarda  hakimlər  müşavirə  otağında  olmalarına  fasilə  verə 

bilərlər: 

345.3.1. nahar etmək zərurəti olduqda; 

345.3.2. iş günü başa çatdıqda; 

345.3.3.  istirahət,  səsvermə,  iş  günü  hesab  edilməyən  bayram  günləri  və 

ümumxalq hüzn günündə.

cxl[140]

 

345.4.  Hakimlər  müşavirə  zamanı  məhkəmə  baxışının  nəticələrinə  dair  yekun 



məhkəmə  qərarı  müzakirə  edilərkən  və  çıxarılarkən  söylənilən  mülahizələri  yaya 

bilməzlər. 

M a d d ə   3 4 6 .   M ə h k ə m ə   t ə r ə f i n d ə n   m ü ş a v i r ə   o t a ğ ı n d a  

m ü z a k i r ə   e d i l ə n   m ə s ə l ə l ə r

 

346.1.  Məhkəmə  baxışının  nəticələrinə  dair  müşavirə  otağında  aşağıdakı 



məsələlər  göstərilən  ardıcıllıqla  məhkəmə  tərəfindən  müzakirə  edilməlidir  (hakim 

tərəfindən baxılmalıdır): 

346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 

346.1.2.  təqsirləndirilən  şəxsin  törətdiyi  əməldə  cinayət  tərkibinin  olmasının 

sübuta yetirilib-yetirilmədiyi; 

346.1.3.  təqsirləndirilən  şəxsin  cinayətin  törədilməsində  aidiyyətinin  sübuta 

yetirilib-yetirilmədiyi; 

346.1.4.  cinayətin  törədilməsində  təqsirləndirilən  şəxsin  təqsirliliyinin  sübuta 

yetirilib-yetirilmədiyi; 

346.1.5.  təqsirləndirilən  şəxsin  əməlinin  cinayət  qanununun  müvafiq  maddəsi 

əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı; 

346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı; 

346.1.7.  təqsirləndirilən  şəxsin  məsuliyyətini  ağırlaşdıran  və  ya  yüngülləşdirən 

halların olub-olmadığı; 

346.1.8. cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı; 

346.1.9. törətdiyi əmələ görə təqsirləndirilən şəxsin cəzalanmalı olub-olmadığı; 

346.1.10.  təqsirləndirilən  şəxsə  residivə  görə  cəzanın  təyin  edilməsi  üçün 

əsasların olub-olmadığı; 

346.1.11.  təqsirləndirilən  şəxsə  məhz  hansı  cəzanın  (o  cümlədən  cinayətlərin 

residivi, cinayətlərin  məcmusu, hökmlərin  məcmusu, cəzaların  birləşdirilməsi, cəza 

müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, güzəşt edilməsi, həmin cinayətə 

görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi haqqında andlı 




iclasçıların verdiyi, şərti məhkum etmənin tətbiq edilməsi  imkanı nəzərə alınmaqla 

təyin edilməli olduğu; 

346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 

346.1.13.  təqsirləndirilən  şəxsə  azadlıqdan  məhrum  etmə  növündə  cəza  təyin 

edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 

346.1.14.  cinayətin  törədilməsində  təqsirli  hesab  edilmiş  təqsirləndirilən  şəxs 

barəsində  əlavə  cəzaların  və  məhz  hansı  cəzanın  təyin  edilməsinin  zəruri  olub-

olmadığı; 

346.1.15.  yetkinlik  yaşına  çatmamış  təqsirləndirilən  şəxs  barəsində  tərbiyəvi 

xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün 

olub-olmadığı; 

346.1.16.  təqsirləndirilən  şəxs  barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  və 

məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı; 

346.1.17.  mülki  iddianın  kimin  mənafeyinə  və  hansı  məbləğdə  təmin  edilməli 

olub-olmadığı; 

346.1.18. cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək 

əmlak  müsadirəsinin  təmin  edilməsi  məqsədi  ilə    əmlak  üzərinə  qoyulmuş  həbsin 

ləğv edilməli olub-olmadığı; 

346.1.19.  maddi  sübutlar  məsələsinin  necə  həll  edilməli  olduğu;  hansı  əmlakın 

müsadirə  edilməli  olduğu,  cinayət  yolu  ilə  əldə  edilmiş  əmlak  və  ya  cinayətin 

predmeti  istifadə  edildiyi,  özgəninkiləşdirildiyi  və  ya  başqa  səbəblərdən  dövlət 

nəfinə  alına  bilinmədiyi  halda  həmin  əmlakın  dəyəri  məbləğində  təqsirləndirilən 

şəxsə  məxsus  olan  hansı  məbləğdə  pulun  və  ya  hansı  əmlakın  müsadirə  edilməli 

olduğu; 


cxli[141]

 

346.1.20.  qətimkan  tədbirinin  ləğv  edilməli,  dəyişdirilməli  və  seçilməli  (məhz 



hansı  tədbirin)  olub-olmadığı,  o  cümlədən  girov  haqqında  məsələnin  necə  həll 

ediləcəyi; 

346.1.21.  məhkəmə  xərclərinin  kimin  üzərinə  və  hansı  məbləğdə  qoyulmalı 

olduğu; 


346.1.22. cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması; 

346.1.23.  xüsusi  qərarın  çıxarılması  üçün  əsasların  olub-olmadığı,  belə  əsaslar 

olduqda kimin barəsində və hansı məzmunda çıxarılacağı. 

346.2.  Təqsirləndirilən  şəxsin  cinayət  törədildiyi  zaman  və  ya  cinayət 

törədildikdən  sonra  öz  hərəkətlərinə  hesabat  vermək  və  ya  onları  idarə  etmək 

qabiliyyəti  barədə  məsələ  məhkəməyədək  icraat  və  ya  baxış  zamanı  qalxdıqda  və 

bununla  əlaqədar  məhkəmə-psixiatriya  ekspertizası  təyin  edilməli  olduqda, 

təqsirləndirilən  şəxsin  anlaqlılığı  barədə  məsələ  bir  daha  məhkəmə  tərəfindən 

müzakirə edilməlidir. 



M a d d ə   3 4 7 .   M ə h k ə m ə n i n   y e k u n   q ə r a r ı n ı n   ç ı x a r ı l m a s ı  

q a y d a s ı

 

347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) 



yalnız  bu  Məcəllənin  346.1-ci  maddəsində  göstərilən  məsələlər  hakimlər  tərəfindən 

müzakirə  edildikdən  (hakim  tərəfindən  baxıldıqdan)  sonra  müşavirə  otağında 

çıxarılır. 

347.2.  Məhkəmə  iclasında  sədrlik  edən  bütün  məsələləri  hakimlərin 

müzakirəsinə  bu  Məcəllənin  346.1-ci  maddəsində  göstərilən  ardıcıllıqla  çıxarır 

(hakim isə baxır). 

347.3.  Müzakirə  edilən  hər  bir  məsələ  üzrə  qəti  qərar  qəbul  edilir.  Onun  qəbul 

edilməsi  üçün  hər  bir  hakim  təsdiqedici  və  ya  inkaredici  cavab  verməlidir. 

Səsvermədə iştirak edən hakimlərdən heç biri bitərəf qalmamalıdır. Bütün hallarda 

məhkəmə iclasında sədrlik edən axırda səs verir. 

347.4.  Bütün  məsələlər  sadə  səs  çoxluğu  ilə  həll  edilir.  Ömürlük  azadlıqdan 

məhrum  etmənin  tətbiqi  barədə  qərar  hakimlər  tərəfindən  yalnız  yekdilliklə  qəbul 

edilə bilər. 

347.5.  Müşavirə  otağında  müzakirə  edilən  məsələlərdən  hər  biri  üzrə  məhkəmə 

iclasında  sədrlik  edən  tərəfindən  təklif  olunan  qərar  birinci  səsə  qoyulur. 

Hakimlərdən  biri  təqsirləndirilən  şəxsə  bəraət  verilməsinin  lehinə  səs  verdikdə, 

digər iki hakimin isə həmin cinayətin tövsifi və cəza tədbirinə dair qərarları üst-üstə 

düşmədikdə,  bəraət  verilməsini  təklif  etmiş  hakimin  səsi  həmin  məsələlər  üzrə 

təqsirləndirilən şəxs üçün ən əlverişli qərarı təklif etmiş hakimin səsinə əlavə edilir. 

347.6.  Qərarın  qəbul  edilməsi  zamanı  xüsusi  rəy  vermiş  hakim  həmin  rəyi 

məhkəmənin yekun qərarının elan edildiyi vaxtdan 3 (üç) günədək müddətdə yazılı 

şəkildə bildirmək hüququna malikdir. Xüsusi rəy məhkəmə iclasında sədrlik edənə 

təqdim  edilir  və  yalnız  apellyasiya  və  kassasiya  instansiyası  məhkəməsində  icraat 

zamanı  açıla  bilən  möhürlənmiş  zərfdə  onun  tərəfindən  məhkəmə  icraatının 

materiallarına əlavə edilir. 

347.7. Bu Məcəllənin 347.1 — 347.6-cı maddələrinin tələblərinin yerinə yetirilməsi 

barədə  məhkəmə  iclasında  sədrlik  edən  protokol  tərtib  edir  və  bu  protokolda 

hakimlərin  soyadları  qeyd  edilməklə  məhkəmə  tərəfindən  müşavirə  otağında 

müzakirə  edilmiş  məsələlər  və  məsələlərdən  hər  birinin  həll  edilməsi  zamanı 

hakimlər  tərəfindən  verilmiş  səslərin  sayı  göstərilməlidir.  Həmin  protokol  yalnız 

apellyasiya  və  kassasiya  instansiyası  məhkəməsində  icraat  zamanı  açıla  bilən 

möhürlənmiş zərfdə məhkəmə icraatının materiallarına əlavə edilir. 

M a d d ə   3 4 8 .   B ə z i   m ə s ə l ə l ə r   ü z r ə   m ə h k ə m ə n i n   y e k u n  

q ə r a r l a r ı n   q ə b u l   e d i l m ə s i   x ü s u s i y y ə t l ə r i

 

348.1.  Məhkəmə  baxışının  nəticələri  əsasında  məhkəmə  ilk  dəfə  böyük  ictimai 



təhlükə  törətməyən  və  ya  az  ağır  cinayəti  törətmiş  18  yaşınadək  olan  şəxsi  cinayət 

məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə