Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə123/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   119   120   121   122   123   124   125   126   ...   190

375.4.1.  təqsirləndirilən  şəxsin  təqsirliliyi  barədə  əsas  suala  andlı  iclasçıların 

əksəriyyəti  təsdiqedici  cavabın  lehinə  səs  verdiyi  halda  ittiham  verdikti  qəbul 

edilmiş hesab olunur; 

375.4.2. təqsirləndirilən şəxsin təqsirliliyi  barədə əsas suala ən azı 6 andlı  iclasçı 

mənfi cavabın lehinə səs verdikdə, bəraət verdikti qəbul edilmiş hesab olunur; 

375.4.3.  digər  suallara  cavablar  andlı  iclasçıların  sadə  səs  çoxluğu  ilə  müəyyən 

edilir, səslər bərabər bölündükdə isə təqsirləndirilən şəxs üçün daha əlverişli cavab 

qəbul olunur. 

375.5.  Sual  vərəqində  qoyulmuş  hər  bir  suala  cavab  mütləq  «hə,  təqsirkardır», 

«yox,  təqsirkar  deyildir»,  '"hə,  təqsirkardır,  lakin  həyatdan  məhrum  etmək  niyyəti 

olmadan»,  «hə,  mərhəmətə  layiqdir»  və  sair  cavabların  mahiyyətini  açıqlayan 

izahedici söz və ya söz birləşmələri ilə təsdiqedici və ya inkaredici şəkildə olmalıdır. 

375.6. Suallara cavablar suallar vərəqinə aparıcı andlı iclasçı tərəfindən bilavasitə 

hər  müvafiq  sualdan  sonra  daxil  edilir.  Əvvəlki  suala  verilmiş  cavab  sonrakı  suala 

cavab verilməsi zərurətini istisna etdikdə andlı iclasçıların əksəriyyətinin razılığı ilə 

aparıcı andlı iclasçı həmin sualdan sonra «cavabsız» sözünü qeyd edir. 

375.7.  Suala  cavab  səsvermə  yolu  ilə  qəbul  edildikdə,  aparıcı  andlı  iclasçı 

cavabdan sonra səslərin hesablanmasının nəticələrini göstərir. 

375.8.  Andlı  iclasçılar  kollegiyasının  cavabları  ilə  suallar  vərəqi  aparıcı  andlı 

iclasçı tərəfindən imzalanır. 

M a d d ə   3 7 6 .   A n d l ı   i c l a s ç ı l a r   k o l l e g i y a s ı n ı n   x a h i ş i   i l ə  

m ə h k ə m ə   i s t i n t a q ı n ı n   t ə z ə l ə n m ə s i

 

376.1. Müşavirə zamanı andlı iclasçıların əksəriyyəti onların qarşısında qoyulmuş 



suallara  cavab  verilməsi  üçün  mühüm  əhəmiyyətə  malik  olan  hər  hansı  halların 

əlavə tədqiq edilməsini zəruri hesab etdikdə, aşağıdakı hərəkətləri yerinə yetirirlər: 

376.1.1. andlı iclasçılar məhkəmənin iclas zalına qayıdırlar; 

376.1.2.  aparıcı  andlı  iclasçı  andlı  iclasçılar  kollegiyasının  adından  müvafiq 

məqsədlə  məhkəmə  istintaqının  təzələnməsi  barədə  rəsmi  xahişlə  məhkəmə 

iclasında sədrlik edənə müraciət edir. 

376.2. Andlı iclasçılar kollegiyasının xahişinin təmin edilməsi mümkün və zəruri 

olduqda aşağıdakı hərəkətlər yerinə yetirilir: 

376.2.1.  məhkəmə  iclasında  sədrlik  edən  öz  qərarı  ilə  məhkəmə  istintaqını 

təzələyir və məhkəmə istintaqı başa çatdıqdan sonra cinayət prosesi tərəflərinin fikri 

nəzərə  alınmaqla  andlı  iclasçılar  kollegiyasının  qarşısına  qoyulmuş  sualları 

dəqiqləşdirir və ya yeni suallar ifadə edir; 

376.2.2.  yeni  tədqiq  edilmiş  hallar  üzrə  cinayət  prosesi  tərəflərinin  nitq  və 

replikalarını, habelə təqsirləndirilən şəxsin son sözünü və məhkəmə iclasında sədrlik 

edənin tövsiyəsini dinlədikdən sonra andlı iclasçılar kollegiyası verdiktin çıxarılması 

üçün müşavirə otağına qayıdır. 




M a d d ə  

3 7 7 .  

A n d l ı  

i c l a s ç ı l a r ı n  

v e r d i k t i n i n  

e l a n  

e d i l m ə s i

 

377.1.  Sual  vərəqi  tərtib  edildikdən  və  imzalandıqdan  sonra  andlı  iclasçılar 



tərəfindən aşağıdakı hərəkətlər yerinə yetirilir: 

377.1.1. andlı iclasçılar məhkəmənin iclas zalına qayıdırlar; 

377.1.2.  aparıcı  andlı  iclasçı  cavabların  qeyd  edildiyi  sual  vərəqini  məhkəmə 

iclasında sədrlik edənə verir. 

377.2.  Verdikti  öyrənib  onu  aydın  olmayan  və  ya  ziddiyyətli  hesab  etdikdə, 

məhkəmə iclasında sədrlik edən aşağıdakı hüquqlara malikdir: 

377.2.1. andlı iclasçıların verdiktinin qeyri-aydınlığını və ya ziddiyyətli olduğunu 

andlı  iclasçılara  bildirmək  və  müşavirə  otağında  onun  dəqiqləşdirilməsini  təklif 

etmək; 

377.2.2. cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra sual vərəqinə zəruri 



dəyişikliklər etmək. 

377.3. Bu Məcəllənin 377.2-ci maddəsində nəzərdə tutulmuş halda andlı iclasçılar 

kollegiyası  sual  vərəqində  edilmiş  dəyişikliklərlə  bağlı  məhkəmə  iclasında  sədrlik 

edənin  qısa  tövsiyyəsini  dinlədikdən  sonra  verdiktin  çıxarılması  üçün  müşavirə 

otağına qayıdır. 

377.4. Andlı  iclasçıların verdiktinə dair qeydlər olmadıqda, aşağıdakı hərəkətlər 

yerinə yetirilir: 

377.4.1.  məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçılar  kollegiyasının  cavabları 

qeyd edilmiş sual vərəqini aparıcı andlı iclasçıya qaytarır; 

377.4.2.  aparıcı  andlı  iclasçı  andlı  iclasçılar  kollegiyasının  qarşısında  qoyulmuş 

sualları və onlara verilmiş cavabları oxuyaraq andlı iclasçıların verdiktini səsləndirir. 

377.5. Məhkəmə iclası zalında olanların hamısı andlı  iclasçıların  verdiktini ayaq 

üstə dinləyirlər. 

377.6.  Andlı  iclasçıların  elan  edilmiş  verdikti  məhkəmə  icraatının  materiallarına 

əlavə edilməsi üçün məhkəmə iclasının katibinə verilir. 

M a d d ə  

3 7 8 .  

A n d l ı  

i c l a s ç ı l a r ı n  

v e r d i k t i  

e l a n  

e d i l d i k d ə n  

s o n r a  

m ə h k ə m ə  

i c l a s ı n d a  

s ə d r l i k  

e d ə n i n  

h ə r ə k ə t l ə r i

 

378.0. Andlı iclasçıların verdikti çıxarıldıqdan dərhal sonra göstərilən ardıcıllıqla 



aşağıdakı hərəkətlər yerinə yetirilir: 

378.0.1. həbsdə saxlanılan şəxs tam təqsirsiz hesab edildikdə, məhkəmə iclasında 

sədrlik  edən  onun  məhkəmə  iclası  zalında  həbsdən  azad  edilməsi  barədə  dərhal 

göstəriş verir; 

378.0.2.  məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçılara  təşəkkürünü  bildirir, 

onların məhkəmə iclasında iştirakının sona yetdiyini və məhkəmə iclasında tənəffüs 

elan edir. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə