Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə122/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   118   119   120   121   122   123   124   125   ...   190

371.3.4.  zərurət  olduqda  dövlət  ittihamçısının  və  müdafiəçinin  mövqelərini 

xatırladır; 

371.3.5. 

sübutların 

qiymətləndirilməsinin 

əsas 


qaydalarını, 

təqsirsizlik 

prezumpsiyasının  mahiyyətini  və  aradan  qaldırılmamış  şübhələrin  təqsirləndirilən 

şəxsin xeyrinə şərh edilməsi qaydasını izah edir; 

371.3.6.  təqsirləndirilən  şəxs  məhkəmə  baxışı  zamanı  ifadə  verməkdən  imtina 

etdikdə və ya susduqda, andlı iclasçılar kollegiyasının diqqətini həmin faktın hüquqi 

əhəmiyyət  daşımamasına  və  təqsirləndirilən  şəxsin  təqsirliliyinin  təsdiqi  kimi  şərh 

edilə bilməməsinə yönəldir; 

371.3.7. andlı  iclasçıların verdiktinin yalnız  məhkəmə iclasında  bilavasitə tədqiq 

edilmiş  sübutlara  əsaslana  biləcəyini,  heç  bir  sübutun  onlar  üçün  əvvəlcədən 

müəyyən  edilmiş  qüvvəyə  malik  olmamasını,  onların  nəticələrinin  ehtimallara, 

habelə  məhkəmə  baxışından  xaric  edilmiş  sübutlara  əsaslana  bilməyəcəyini  andlı 

iclasçılara izah edir; 

371.3.8.  andlı  iclasçılara  onların  müşavirə,  qoyulmuş  suallara  cavabların 

hazırlanması və verdiktin çıxarılması qaydasını izah edir; 

371.3.9.  andlı  iclasçıların  öz  verdiktlərinin  çıxarılması  üçün  müşavirə  otağında 

olma  vaxtının  müddətini  (işin  mürəkkəbliyini  və  suallar  vərəqinin  həcmini  nəzərə 

almaqla 3 saatdan az və 24 saatdan çox olmamaqla) müəyyən edir; 

371.3.10.  andlı  iclasçılara  verdiktin  çıxarılma  qaydasını,  bu  zaman  yekdil 

qərarların  qəbul  edilməsinə  səylər  göstərilməsinin  arzu  olunduğunu,  habelə 

səsvermə nəticəsində səs çoxluğu ilə qəbul edilmiş cavabların suallar vərəqində əks 

etdirilməsi qaydasını izah edir; 

371.3.11.  andlı  iclasçılara  onların  içdiyi  andın  məzmununu  xatırlatmaqla  və 

onların  diqqətini  ittiham  verdiktinin  çıxarıldığı  halda  təqsirləndirilən  şəxsi 

mərhəmətə layiq hesab edə biləcəklərinə yönəldir. 

371.4. Andlı iclasçılar məhkəmə iclasında sədrlik edənin tövsiyəsini dinlədikdən 

və andlı iclasçılar kollegiyasının qarşısında qoyulmuş suallarla tanış olduqdan sonra 

məhkəmə iclasında sədrlik edəndən əlavə izahatlar almaq hüququna malikdirlər. 

M a d d ə  

3 7 2 .  

A n d l ı  

i c l a s ç ı l a r ı n  

m ü ş a v i r ə  

o t a ğ ı n a  

g e t m ə s i

 

Tövsiyəni  bitirdikdən  dərhal  sonra  məhkəmə  iclasında  sədrlik  edən  ehtiyatda 



olan andlı iclasçıları sonrakı məhkəmə baxışında iştirak etməkdən azad edir və əsas 

andlı  iclasçılara  verdiktin  çıxarılmasına  başlamağı  təklif  edir  və  bu  məqsədlə  andlı 

iclasçılar kollegiyası məşvərət otağına gedir. 

M a d d ə  

3 7 3 .  

M ə h k ə m ə  

i c l a s ı n d a  

s ə d r l i k  

e d ə n i n  

t ö v s i y ə l ə r i n ə   q a r ş ı   e t i r a z l a r

 

373.1.  Andlı  iclasçılar  məhkəmənin  iclas  zalından  çıxdıqdan  sonra  dövlət 



ittihamçısı,  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı,  mülki  cavabdeh  və  onların 


nümayəndələri, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə iclasında sədrlik 

edən  tərəfindən  obyektivlik  prinsipinin  pozulması  ilə  bağlı  onun  tövsiyəsinin 

məzmununa dair öz etirazlarını bildirmək hüququna malikdirlər. 

373.2.  Cinayət  prosesi  tərəflərinin  belə  etirazlar  bildirmədiyi  halda  onlar  həmin 

işə yuxarı məhkəmə tərəfindən yenidən baxılmasının əsası kimi məhkəmə iclasında 

sədrlik edənin tövsiyəsinin məzmununa istinad edə bilməzlər. 

373.3.  Cinayət  prosesi  tərəflərinin  etirazlarını  əsaslı  hesab  etdikdə,  məhkəmə 

iclasında  sədrlik  edən  andlı  iclasçıları  müşavirə  otağından  geri  qaytarır  və  onlara 

əlavə tövsiyələr verir. 

M a d d ə   3 7 4 .   A n d l ı   i c l a s ç ı l a r ı n   m ü ş a v i r ə s i n i n   g i z l i l i y i

 

374.1. Əsas andlı iclasçılardan başqa müşavirə otağında digər şəxslərin olmasına 



yol  verilmir.  Gecə  vaxtı,  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  ilə  iş  vaxtı  başa 

çatdıqda  andlı  iclasçılar  istirahət  üçün  müşavirəni  dayandırmaq  hüququna 

malikdirlər. 

374.2. Andlı  iclasçılar  müşavirə zamanı  söylənilmiş  mülahizələri yaymağa haqlı 

deyillər. 

M a d d ə   3 7 5 .   A n d l ı   i c l a s ç ı l a r ı n   m ü ş a v i r ə s i ,   s ə s   v e r m ə s i   v ə  

v e r d i k t   ç ı x a r ı l m a s ı   q a y d a s ı

 

375.1.  Andlı  iclasçıların  müşavirəsinə  rəhbərlik,  həll  edilməli  olan  sualları 



ardıcıllıqla müzakirəyə çıxaran, cavablar üzrə səsvermə aparan və səsləri hesablayan 

aparıcı andlı iclasçı tərəfindən həyata keçirilir. 

375.2.  Aşağıda  göstərilən  materiallar  aparıcı  andlı  iclasçı  tərəfindən  məhkəmə 

iclasında sədrlik edənə cinayət prosesi iştirakçılarının fikri nəzərə alınmaqla təqdim 

edildikdə  andlı  iclasçılar  müşavirənin  gedişində  aşağıdakı  ardıcıllıqla  müvafiq 

sənədlərlə bir daha tanış olurlar: 

375.2.1. ittiham hökmünün nəticəvi hissəsinin mətni; 

375.2.2. məhkəmə iclasında elan edilmiş sənədlər; 

375.2.3. maddi sübutlar, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş fotoşəkil 

və sxemlər; 

375.2.4.  məhkəmə  iclasında  səsləndirilmiş  audio  yazılar  və  nümayiş  etdirilmiş 

video və ya kino çəkilişlər; 

375.2.5. məhkəmə iclasında sədrlik edənin tövsiyəsinin mətni. 

375.3.  Andlı  iclasçıların  müşavirəsi  zamanı  səsvermə  açıq  aparılır.  Andlı 

iclasçılardan  heç  kəs  səsvermə  zamanı  bitərəf  qala  bilməz.  Aparıcı  andlı  iclasçı 

sonuncu olaraq səs verir. 

375.4.  Andlı  iclasçılar  kollegiyasının  sualların  müzakirəsi  zamanı  müəyyən 

edilmiş  müddətdə  yekdil  qərarın  qəbul  edilməsinə  nail  ola  bilməməsi  aşağıdakı 

nəticələrə səbəb olur: 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə