Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə130/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   126   127   128   129   130   131   132   133   ...   190

392.1.4.  cinayət  işi  üzrə  qətimkan  tədbirinin  dəyişdirilməsi,  ləğv  edilməsi  və  ya 

seçilməsi haqqında; 

1392.1.5. zəruri hallarda tərcüməçinin çağırılması haqqında; 

392.1.6.  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  açıq,  yaxud  qapalı 

məhkəmə iclasında baxılması haqqında; 

392.1.7. məhkəmə iclasının vaxtı və yeri haqqında; 

392.1.8. apellyasiya instansiyasında məhkəmə baxışının keçirilməsi üçün hazırlıq 

tədbirlərinə dair bütün digər məsələlər. 

392.2. Apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və 

ya  bəraət  almış  şəxsin  vəziyyətinin  pisləşməsi  barədə  məsələ  qoyulduqda,  yaxud 

məhkəmə  istintaqının  aparılması  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən 

zəruri  hesab  edildikdə,  məhkum  edilmiş  və  ya  bəraət  almış  şəxs,  onların  qanuni 

nümayəndələri 

apellyasiya 

instansiyası 

məhkəməsinin 

iclasına 

mütləq 


çağırılmalıdırlar.  Belə  hallarda  dövlət  ittihamçısı  və  cinayət  prosesində  iştirakı 

məcburi  olan  müdafiəçilər  də  çağırılırlar.  Apellyasiya  şikayəti  və  ya  apellyasiya 

protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq 

çağırılan  digər  şəxslərin  məhkəmə  baxışında  iştirakı  və  onların  gəlməməsinin 

nəticələri  bu  Məcəllənin  311  -  316-cı  maddələrinin  tələblərinə  müvafiq  olaraq 

müəyyən olunur. 

clxii[162]

 

392.3.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  məhkəmənin  gəldiyi  nəticələrin 



düzgünlüyü  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bütün  faktiki  halların 

araşdırılmadığını  güman  etməyə  əsaslar  olduqda,  apellyasiya  instansiyası 

məhkəməsi  məhkəmə  istintaqının  tam  və  ya  qismən  aparılmasını  zəruri  hesab  edə 

bilər.  Məhkəmə  istintaqı  tam  və  ya  qismən  aparıldıqda  apellyasiya  tələbinin 

əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. 

392.4.  Apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  məhkəməyə  daxil  olduğu 

vaxtdan  otuz  (otuz)  gün  müddətində  apellyasiya  instansiyası  məhkəməsi  onların 

baxışını  təyin  edir.  Cinayət  işinin  həcminin  böyüklüyü,  təqsirləndirilən  şəxslərin 

sayının  çoxluğu  və  ya  baxışın  təşkilinin  xüsusilə  mürəkkəb  olması  ilə  əlaqədar  bu 

müddət  apellyasiya  instansiyası  məhkəməsinin  qərarı  ilə  45  (qırx  beş)  günədək 

uzadıla bilər. 

clxiii[163]

 

M a d d ə   3 9 3 .   A p e l l y a s i y a   ş i k a y ə t i n ə   v ə   y a   a p e l l y a s i y a  



p r o t e s t i n ə   b a x ı l d ı ğ ı   g ü n   b a r ə d ə   m ə l u m a t ı n   v e r i l m ə s i

 

393.1.  Apellyasiya  instansiyası  məhkəməsinin  iclasına  çağırılmalı  olan  şəxslər 



məhkəmə  baxışına  çağırılmaları  barədə  çağırış  vərəqəsi  ilə  məlumatlandırılırlar. 

Məhkum  edilmiş  və  ya  bəraət  almış  şəxsə  eyni  zamanda  işin  apellyasiya  baxışına 

təyin edilməsi haqqında qərarın surəti göndərilir. 

393.2.  Apellyasiya  instansiyası  məhkəməsi  məhkəmə  iclasına  ən  geci  3  (üç)  gün 

qalmış apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasının vaxtı və yeri 

barədə elanlar lövhəsində məlumat asmalıdır. 




M a d d ə   3 9 4 .   A p e l l y a s i y a   ş i k a y ə t i n ə   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n ə   b a x ı l m a s ı   q a y d a s ı

 

394.1.  Bu  Məcəllənin  322  və  323-cü  maddələrində  göstərilmiş  ilkin  hərəkətləri 



apellyasiya  şikayəti  və  ya  apellyasiya  protestinin  məhkəmə  açılışına  uyğun  yerinə 

yetirdikdən  sonra  məhkəmə  iclasında  sədrlik  edən  aşağıdakı  hüquqları  izah  edir: 

clxiv[164]

 

394.1.1. apellyasiya şikayəti və apellyasiya protesti vermək hüququna malik olan 



şəxslərə  öz  apellyasiya  şikayətlərini  və  ya  apellyasiya  protestlərini  müdafiə  etmək, 

yaxud onlardan imtina etmək hüququnu; 

394.1.2.  cinayət  prosesinin  digər  iştirakçılarına  apellyasiya  şikayətini  və  ya 

apellyasiya  protestini  müdafiə  etmək,  onlara  dair  öz  etirazlarını  bildirmək  və  ya 

izahat vermək hüququnu; 

394.1.3. cinayət prosesi iştirakçılarına məhkəmədə çıxış etmək hüququnu; 

394.1.4.  cinayət  prosesinin  iştirakçılarına  birinci  instansiya  məhkəməsinin  hökm 

və ya qərarının yalnız apellyasiya qaydasında mübahisə edilən hissəsinə dair vəsatət 

qaldırmaq hüququnu. 

394.2. Bundan sonra məhkəmə iclasında sədrlik edən aşağıdakı hərəkətləri yerinə 

yetirir: 

394.2.1.  birinci  instansiya məhkəməsinin mübahisə edilən hökm və ya qərarının 

mahiyyətini izah edir; 

394.2.2. onlara dair kim tərəfindən və hansı həcmdə apellyasiya şikayətinin və ya 

apellyasiya protestinin verilməsi barədə məlumat verir; 

394.2.3.  apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  vermiş  şəxslərdən  öz 

şikayət və ya protestlərini müdafiə edib-etməmələrini araşdırır və apellyasiyaya dair 

etiraz vermiş şəxsləri sadalayır; 

394.2.4.  cinayət  prosesinin  digər  iştirakçılarından  öz  etirazlarını  müdafiə  edib-

etməmələrini aydınlaşdırır. 

394.3.  Apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya  şikayətinin  və  ya 

apellyasiya  protestinin  baxışını  məhkəmə  istintaqını  aparmadan  keçirdikdə  bu 

Məcəllənin 394.2-ci maddəsində göstərilən hərəkətlər yerinə yetirildikdən sonra: 

394.3.1.  əlavə  vəsatətlər  verildiyi  halda  məhkəmə  iclasında  sədrlik  edən  cinayət 

prosesi iştirakçılarını həmin vəsatətlərlə tanış edir; 

394.3.2.  məhkəmə  verilmiş  apellyasiya  şikayətlərinə  və  apellyasiya  protestlərinə 

dair cinayət prosesi iştirakçılarının dəlillərini dinləyir və bu Məcəllənin 339—341-ci 

maddələrində  nəzərdə  tutulmuş  qaydalara  uyğun  olaraq  məhkəmə  çıxışları 

keçirir.

clxv[165]

 

394.4.  Apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya  şikayətinin  və  ya 



apellyasiya  protestinin  baxışını  məhkəmə  istintaqını  aparmaqla  keçirdikdə  bu 

Məcəllənin 394.2-ci maddəsində göstərilən hərəkətlər yerinə yetirildikdən sonra: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə