Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə127/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   123   124   125   126   127   128   129   130   ...   190

388.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci 

instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 

383.2-ci  maddələrində  göstərilən  şəxslərə  təqdim  edir  və  ya  göndərir  və  onlara  bu 

sənədlərə  dair  öz  etirazlarını  bildirmək  və  digər  şəxslərin  etirazları  ilə  tanış  olmaq 

hüququnu və müddətini izah edir. 

388.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair etirazlar işə əlavə 

olunur,  bu  etirazlar  iş  məhkəməyə  göndərildikdən  sonra  daxil  olduqda  bilavasitə 

apellyasiya instansiyası məhkəməsinə göndərilir. 

M a d d ə   3 8 9 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   a p e l l y a s i y a  

p r o t e s t i n i n   v e r i l m ə s i n i n   n ə t i c ə l ə r i

 

389.1.  Birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarından  apellyasiya 



şikayətinin  və  ya  apellyasiya  protestinin  verilməsi  onların  qanuni  qüvvəyə 

minməsini dayandırır. 

389.2. Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan 

sonra hökmü və ya qərarı çıxarmış məhkəmə 10 (on) gün müddətində onları cinayət 

işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham 

qaydasında şikayət üzrə bütün icraat materialları ilə birlikdə apellyasiya instansiyası 

məhkəməsinə göndərir. 

M a d d ə   3 9 0 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   g e r i   g ö t ü r ü l m ə s i ,   d ə y i ş d i r i l m ə s i   v ə   o n l a r a  

ə l a v ə   e d i l m ə s i

 

390.1.  Apellyasiya  instansiyası  məhkəməsində  işə  baxılmamışdan  əvvəl 



apellyasiya  şikayətini  və  apellyasiya  protestini  verən  şəxs  onu  geri  götürmək, 

dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının 

apellyasiya  şikayətinə,  yaxud  apellyasiya  protestinə  öz  etirazlarını  bildirmək 

hüququna malikdir. 

390.2. Apellyasiya  instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin 

edilmiş  dövlət  ittihamçısı  birinci  instansiya  məhkəməsində  həmin  icraatda  iştirak 

etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək 

və ya geri götürmək hüququna malikdir. 

390.3.  Barəsində  tərbiyəvi  və  ya tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edilmiş 

şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb 

olan dəyişikliklərin edilməsi yalnız apellyasiya şikayətinin və apellyasiya protestinin 

verilməsi  üçün  müəyyən  edilmiş  müddət  ərzində  apellyasiya  şikayətinə  və  ya 

apellyasiya protestinə verilə bilər. 

390.4.  Bu  Məcəllənin  390.5  və  390.6-cı  maddələrində  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  vermiş  şəxs 

apellyasiya  instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz 

şikayətini və ya protestini geri götürmək hüququna malikdir. 



390.5.  Müdafiəçi  öz  apellyasiya  şikayətini  yalnız  müdafiə  etdiyi  şəxsin  və  ya 

onun  qanuni  nümayəndəsinin  razılığı  ilə  gəri  götürə  bilər.  Apellyasiya  icraatında 

cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham 

qaydasında şikayət üzrə icraata cəlb edilmiş müdafiəçi yalnız məhkum olunmuş və 

ya  bəraət  almış  şəxsin  və  onların  qanuni  nümayəndələrinin  razılığı  ilə  birinci 

instansiya məhkəməsində iştirak etmiş müdafiəçinin apellyasiya şikayətinə əlavə və 

dəyişikliklər etmək hüququna malikdir. 

390.6. Məhkum və ya bəraət almış şəxs öz  müdafiəçisinin apellyasiya şikayətini 

geri götürmək hüququna malikdir. 

390.7.  Zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının)  apellyasiya  instansiyası 

məhkəməsində  iştirak  edən  nümayəndəsi  öz  apellyasiya  şikayətini,  habelə  zərər 

çəkmiş  şəxsin  birinci  instansiya  məhkəməsində  iştirak  edən  nümayəndəsinin 

apellyasiya  şikayətini  yalnız  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının)  və  ya  onun 

qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir. 

M a d d ə   3 9 1 .   A p e l l y a s i y a   ş i k a y ə t i n ə   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n ə   i l k i n   b a x ı l m a s ı

 

391.1.  Apellyasiya  şikayətləri  və  ya  apellyasiya  protestləri  apellyasiya 



instansiyası məhkəməsinə daxil olduqdan sonra bu Məcəllənin 298.1-ci maddəsində 

nəzərdə  tutulmuş  qaydaya  uyğun  olaraq  hakimlərin  icraatına  verilir.  Apellyasiya 

instansiyası  məhkəməsi  15  (on  beş)  gün  müddətində  (cinayət  işinin  həcminin 

böyüklüyü,  təqsirləndirilən  şəxslərin  sayının  çoxluğu  və  ya  baxışın  təşkilinin 

xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) 

günədək  uzadıla  bilər)  üç  hakimdən  ibarət  tərkibdə  və  məhkəmə  iclası  katibinin 

iştirakı  ilə  məhkəmə  iclasında  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin 

ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və apellyasiya 

instansiyasında  ittiham  tərəfi  təmsil  edən  dövlət  ittihamçısı  məhkəmənin  iclasında 

iştirak  etmək  hüququna  malikdirlər.  Həmin  şəxslər  müəyyən  edilmiş  qaydada 

məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilirlər, 

lakin  onların  gəlməməsi  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  ilkin 

baxılmasına  mane  olmur.  Apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  ilkin 

baxılması  üzrə  məhkəmə  iclasında  iştirak  etmək  barədə  müraciət  olduqda 

apellyasiya instansiyası məhkəməsi həbsdə saxlanılan məhkumun gətirilməsi barədə 

qərar çıxarır. 

clv[155]

 

391.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası 



apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  müəyyən  edilir.  Bu  zaman  hər  bir 

halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 

391.2.1.  daxil  olmuş  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  həmin 

məhkəməyə aid olub-olmadığını; 

391.2.2.  apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  verilərkən  bu  Məcəllənin 

381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə