Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə113/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   109   110   111   112   113   114   115   116   ...   190

331.9.  Məhkəmə  baxışında  ekspertizanın  aparılması  qaydası  haqqında  yekun 

nəticə məhkəmənin qərarında öz əksini tapır. 

331.10.  Ekspert  təyin  edilmiş  şəxsə  ekspertizanın  təyin  edilməsi  haqqında 

məhkəmə qərarının surəti verilir və ona ekspertin hüquq və vəzifələri izah edilir. 

331.11.  Tədqiqat  üçün  zəruri  olan  halda  məhkəmə  cinayət  prosesi  tərəflərinin 

fikrini dinlədikdən sonra məhkəmə iclasını təxirə sala bilər. 

331.12. Ekspertin rəyi yazılı şəkildə məhkəməyə təqdim edilir və sədrlik edənin 

göstərişi ilə məhkəmə iclasında elan olunur. 

M a d d ə   3 3 2 .   E k s p e r t i n   d i n d i r i l m ə s i

 

332.1. Məhkəmə iclasına çağırılmış ekspert aşağıdakı ardıcıllıqla dindirilir: 



332.1.1. vəsatəti əsasında ekspertizanın aparıldığı şəxs; 

332.1.2. həmin tərəfə aid olan digər şəxslər; 

332.1.3. əks tərəfə aid olan şəxslər; 

332.1.4. məhkəmə. 

332.2.  Ekspertiza  cinayət  prosesinin  tərəflərin  vəsatəti  əsasında  və  ya 

məhkəmənin  təşəbbüsü  ilə  aparıldıqda,  eksperti  növbə  ilə  ittiham  tərəfi,  müdafiə 

tərəfi və məhkəmə dindirir. 

M a d d ə   3 3 3 .   M a d d i   s ü b u t l a r a   b a x ı ş   k e ç i r i l m ə s i

 

333.1.  Məhkəmədə  olan  maddi  sübutlara,  məhkəmə  iclasında  cinayət  prosesi 



tərəflərinin  təqdim  etdiyi  və  məhkəmənin  maddi  sübut  kimi  qəbul  etdiyi  əşyalara 

növbə  ilə  ittiham,  müdafiə  tərəfləri  və  məhkəmə  tərəfindən  baxış  keçirilir.  Maddi 

sübut kimi qəbul edilmiş əşyanı cinayət prosesinin tərəflərindən biri təqdim etdikdə, 

həmin  tərəf  onu  birinci  baxışdan  keçirir.  Baxış  keçirilən  zaman  maddi  sübutlar 

məhkəmə iclasında sədrlik edən tərəfindən şahidə, ekspertə və mütəxəssisə təqdim 

edilə  bilər.  Elan  edilmiş  ittihamın  məhkəmədə  hərtərəfli,  tam  və  obyektiv  tədqiq 

edilməsi üçün həmin şəxslər məhkəmənin diqqətini maddi sübuta baxış keçirilərkən 

aşkar edilmiş, əhəmiyyətli olan bütün hallara yönəltməlidir. 

333.2.  Məhkəmə  iclasına  təqdim  edilə  bilməyən  maddi  sübutlara  baxış 

keçirilməsi  bu  Məcəllənin  333.1-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydalara  riayət 

edilməklə aparılır. 

M a d d ə   3 3 4 .   S ə n ə d l ə r i n   e l a n   e d i l m ə s i

 

Məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, cinayət prosesi tərəflərinin 



məhkəməyə  təqdim  etdikləri  və  ya  məhkəmənin  təşəbbüsü  ilə  tələb  edilmiş 

sənədlərdə  elan  edilmiş  ittihamın  məhkəmə  baxışı  zamanı  hərtərəfli,  tam  və 

obyektiv  tədqiq  edilməsi  üçün  əhəmiyyətli  olan  hallar  əks  və  ya  təsdiq  edildikdə, 

həmin sənədlər məhkəmə iclasında elan edilir. 




M a d d ə   3 3 5 .   Y e r i n   v ə   b i n a n ı n   b a x ı ş ı

 

335.1.  Məhkəmə  cinayət  prosesi  tərəflərinin  fikrini  dinlədikdən  sonra  aşağıdakı 



hallarda məhkəmə baxışı zamanı yerin və ya binanın baxışını aparır: 

335.1.1. məhkəməyədək icraat zamanı yerin və binanın baxış protokolunun elan 

edilməsi ilə kifayətlənməyi qeyri-mümkün hesab etdikdə; 

335.1.2. yerin və ya binanın baxışı əvvəllər aparılmadıqda. 

335.2. Yerin və binanın baxışı növbə ilə ittiham tərəfi, müdafiə tərəfi və məhkəmə 

tərəfindən aparılır. 

335.3.  Zərurət  olduqda  yerin  və  binanın  baxışı  şahidlərin,  ekspertin  və 

mütəxəssisin iştirakı ilə aparılır. 

335.4.  Cinayət  təqibi  ilə  bağlı  olan  halları  nəzərə  almaqla  və  cinayət  prosesi 

tərəflərinin  razılığı  ilə  məhkəmə  yerin  və  binanın  baxışının  aparılmasını  baxılmalı 

olan  obyektlərin  yerləşdiyi  yer  üzrə  birinci  instansiya  məhkəməsinə  tapşırmaq 

hüququna  malikdir.  Belə  halda  baxış  hal  şahidlərinin  iştirakı  ilə  aparılır,  bu 

Məcəllənin  236.6.1—236.6.7-ci  maddələrində  nəzərdə  tutulmuş  tələblərə  uyğun 

olaraq tərtib edilmiş protokol isə məhkəmə iclasında elan edilir. 

M a d d ə  

3 3 6 .  

T a n ı n m a  

ü ç ü n  

t ə q d i m  

e t m ə ,  

i s t i n t a q  

e k s p e r i m e n t i n i n   a p a r ı l m a s ı ,   t ə d q i q a t   ü ç ü n   n ü m u n ə l ə r i n  

g ö t ü r ü l m ə s i

 

336.1. Məhkəmə baxışı zamanı tanınma üçün təqdimetmə, istintaq eksperimenti, 



tədqiqat  üçün  nümunələrin  götürülməsi  cinayət  prosesi  tərəflərinin  iştirakı  ilə  bu 

Məcəllədə  müvafiq  istintaq  hərəkətlərinin  məhkəməyədək  icraatı  üçün  nəzərdə 

tutulmuş qaydalara riayət etməklə həyata keçirilir. 

336.2.  Bu  Məcəllənin  müddəaları  ilə  nəzərdə  tutulmuş  hallarda  tanınma  üçün 

təqdim  etmə,  istintaq  eksperimentinin  aparılması,  tədqiqat  üçün  nümunələrin 

götürülməsi qapalı məhkəmə iclasında aparıla bilər. 

336.3. Məhkəmə baxışı qaydalarına riayət etməklə tanınma üçün təqdim etməni, 

istintaq  eksperimentinin  aparılmasını,  tədqiqat  üçün  nümunələrin  götürülməsini 

həyata keçirmək mümkün olmadıqda, məhkəmə cinayət prosesi tərəflərinin razılığı 

ilə göstərilən hərəkətlərin müəyyən müddətdə həyata keçirilməsini məhkəməyədək 

icraat  zamanı  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora 

tapşıra  bilər. Zəruri hallarda göstərilən hərəkətlərin həyata keçirilməsi müddətində 

məhkəmə baxışında tənəffüs elan edilə bilər. 

336.4.  Tərtib  edilən  tanınma  üçün  təqdim  etmə  protokolu,  istintaq 

eksperimentinin  protokolu,  ekspert  tədqiqatı  üçün  nümunələrin  götürülməsi 

protokolu məhkəmə iclasında elan edilir. 

M a d d ə  

3 3 7 .  

S ü b u t l a r ı n  

t ə d q i q a t ı n ı n  

m ə h d u d l a ş d ı r ı l m a s ı

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə