Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

M a d d ə   1 5 0 .
 Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri 
Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri aşağıdakılardır: 
anbarı gömrük nəzarətinin təmin edilməsi məqsədilə lazım olan şəkildə hazırlamaq; 
anbarda  saxlanan  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarətindən  kənar 
götürülməsinə yol verməmək; 
gömrük nəzarətinin həyata keçirilməsi üçün çətinlik yaratmamaq; 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi  qaydada  saxlanılan  malların  və  nəqliyyat  vasitələrinin  uçotunu  aparmaq  və  onlar 
barədə Azərbaycan Respublikası gömrük orqanlarına hesabatlar təqdim etmək; 
anbarda  saxlanan  mallar  və  nəqliyyat  vasitələrinin  yanına  qanunvericilikdə  nəzərdə 
tutulan hallar istisna edilməklə üçüncü şəxslərin daxil olmasına yol verməmək; 
zəruri  olduqda  anbarı  ikiqat  bağlayıcı  qurğu  ilə  təchiz  etmək  və  həmin  qurğulardan 
birini Azərbaycan Respublikası gömrük orqanının sərəncamına vermək; 
müvəqqəti saxlanc anbarı təsis edilməsi üçün verilən lisenziya şərtlərinə riayət etmək; 
gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirmək  üçün  Azərbaycan 
Respublikası gömrük orqanları vəzifəli şəxslərinin malların və nəqliyyat vasitələrinin yanına 
buraxılmasını  təmin  etmək,  müvəqqəti  saxlanc  anbarlarında  əvəzsiz  olaraq  yer  və  rabitə 
vasitələri verilməsi də daxil olmaqla onların qanuni tələblərini yerinə yetirmək. 
M a d d ə   1 5 1 .
 Azərbaycan Respublikası gömrük orqanlarının müvəqqəti saxlanc 
anbarlarına aid əlavə hüquqları 
Azərbaycan  Respublikası  gömrük  orqanları  müvəqqəti  saxlanc  anbarının  quruluşu, 
avadanlığı və yerləşdiyi yerlərə aid tələbləri müəyyən etmək hüququ vardır. 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının,  yalnız 
Azərbaycan Respublikası gömrük orqanının müvəqqəti saxlanc anbarlarında saxlanılmasına 
icazə verilən malların siyahısını müəyyən etmək hüququ vardır. 
M a d d ə   1 5 2 .
 Gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət 
Bu  maddənin  ikinci  və  üçüncü  hissəsində  nəzərdə  tutulan  hallar  istisna  edilməklə, 
müvəqqəti  saxlanc  anbarında  saxlanılan  mallar  və  nəqliyyat  vasitələrinə  aid  gömrük 
ödənişlərinin  ödənilməsinə  görə  Azərbaycan  Respublikası  gömrük  orqanları  qarşısında 
anbarın sahibi məsuliyyət daşıyır. 
Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini anbarda yerləşdirən 
şəxslə  müqaviləsində  gömrük  ödənişlərinin  ödənilməsinə  görə  məsuliyyətin  həmin  şəxsə 
həvalə  edilməsi  nəzərdə  tutulmuşsa,  müvəqqəti  saxlanc  anbarının  sahibi  göstərilən  şəxslə 
birgə gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət daşıyır. 
Əgər müvəqqəti saxlanc anbarının sahibi Azərbaycan Respublikası gömrük orqanıdırsa, 
gömrük  ödənişlərinin  ödənilməsinə  görə  malları  və  nəqliyyat  vasitələrini  bu  anbara  verən 
şəxs,  bu  cür  şəxs  olmadıqda  isə  mallar  və  nəqliyyat  vasitələrinin  mülkiyyətçisi  məsuliyyət 
daşıyır. 


M a d d ə   1 5 3 .
 Müvəqqəti saxlanc müddətləri 
Müvəqqəti  saxlanc  müddətləri  Azərbaycan  Respublikasının  gömrük  orqanı  tərəfindən 
gömrük bəyannaməsinin verilməsi üçün lazım olan vaxt, malın və istifadə olunan nəqliyyat 
vasitəsinin  xarakteri  nəzərə  alınaraq  müəyyən  edilir.  Müəyyən  edilən  müddətlər 
Azərbaycan Respublikası gömrük orqanı tərəfindən uzadıla bilər. 
Müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanmasının ümumi 
müddəti iki aydan, bu Məcəllənin başqa maddələrində nəzərdə tutulan hallarda isə həmin 
maddələrdə  göstərilən  müddətlərdən  çox  olmamalıdır.  Azərbaycan  Respublikasının 
gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı,  Azərbaycan  Respublikasının  qanunları  ilə 
bilavasitə müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların ayrı-ayrı kateqoriyaları 
üçün daha qısa saxlanc müddətinin son həddini müəyyən edə bilər. 
xliv[44]
 
M a d d ə   1 5 4 .
 Müvəqqəti saxlanc anbarındakı mallarla aparılan əməliyyatlar 
Müvəqqəti saxlanc anbarındakı mallarla aşağıdakı əməliyyatlar aparıla bilər: 
müvəqqəti  saxlanc  anbarının  sahibi,  mallar  barədə  səlahiyyətli  olan  başqa  şəxs  və 
onların nümayəndələri tərəfindən malların nəzərdən keçirilməsi və ölçülməsi; 
Azərbaycan  Respublikası  gömrük  orqanının  icazəsi  ilə  həmin  mallardan  prob  və 
nümunələr götürülməsi; 
qablaşdırma zədələrinin düzəldilməsi də daxil olmaqla, həmin malların dəyişməz halda 
qalmasının təmin edilməsi üçün zəruri olan digər əməliyyatlar aparılması. 
 
2 4 - c ü   f ə s i l    
GÖMRÜK BROKERİ 
M a d d ə   1 5 5 .
 Gömrük brokerinin fəaliyyəti 
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya 
almış hüquqi şəxs olan müəssisələr gömrük brokeri (vasitəçi) ola bilər. 
Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  yaradılmış  gömrük  brokeri  öz 
fəaliyyətini  bu  Məcəlləyə  və  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının 
təsdiq etdiyi Əsasnaməyə uyğun həyata keçirir. 
Gömrük  brokerinin  təmsil  etdiyi  şəxslərlə  qarşılıqlı  münasibətləri  notariatda  təsdiq 
edilmiş müqavilə əsasında qurulur. 
M a d d ə   1 5 6 .
 Gömrük brokeri kimi fəaliyyət göstərmək üçün lisenziya 
Gömrük  brokeri  kimi  fəaliyyət  göstərmək  hüququ  verən  lisenziya  almaq  üçün 
aşağıdakılar tələb olunur: 
1)  ştatında  gömrük  rəsmiləşdirilməsi  üzrə  ixtisas  attestatına  malik  mütəxəssislərin 
olması; 
2) sığorta məbləği qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğinin on min 
mislindən az olmamaqla öz fəaliyyəti üçün sığorta müqaviləsi bağlamaq; 
3) gömrük brokeri kimi fəaliyyət göstərmək üçün kifayət qədər maddi-texniki təchizata 
malik olmaq; 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə