Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

tərəfindən  yayılmamalı,  şəxsi  məqsədlə  istifadə  olunmamalı,  Azərbaycan  Respublikası 
qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  hallar  istisna  edilməklə  üçüncü  şəxsə 
verilməməlidir. 
 
2 6 - c i   f ə s i l    
BƏYANETMƏ 
M a d d ə   1 6 6 .
 Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar  və  nəqliyyat 
vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə 
Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  olunan  digər  hallarda 
mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. 
Bəyanetmə  müəyyən  olunmuş  formada  (yazılı,  şifahi,  elektron  cihazlar  vasitəsi  ilə  və 
digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük 
məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. 
Bəyanetmə  formasını  və  qaydalarını,  həmçinin  gömrük  məqsədləri  üçün  lazım  olan 
məlumatların  siyahısını Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra hakimiyyəti 
orqanı müəyyən edir. 
M a d d ə   1 6 7 .
 Bəyanetmə yeri 
Mallar,  onların  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirən  Azərbaycan  Respublikası 
gömrük orqanına bəyan edilir. 
Malları  daşıyan  nəqliyyat  vasitələri  bu  maddənin  üçüncü  hissəsində  göstərilən  hallar 
istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir. 
Dəniz, çay və hava gəmiləri Azərbaycan Respublikasının gömrük ərazisində, gəldikləri 
su  və  ya  hava  limanında,  yaxud  Azərbaycan  Respublikası  gömrük  ərazisindən  yola 
düşdükləri su və ya hava limanında bəyan edilir. 
Boş  nəqliyyat  vasitələri  və  sərnişin  daşıyan  nəqliyyat  vasitələri  Azərbaycan 
Respublikasının gömrük sərhədini keçərkən bəyan edilir. 
M a d d ə   1 6 8 .
 Gömrük bəyannaməsinin verilmə müddəti 
Gömrük  bəyannaməsi  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi müddətlərdə verilir. Bu müddətlər mallar və onları 
daşıyan  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikası  gömrük  orqanına  təqdim  edildiyi 
tarixdən ən çoxu on gündən artıq olmamalıdır. 
Fiziki  şəxslər  tərəfindən  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallar  əl 
yükündə  və  müşayiət  edilən  baqajda  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilərkən,  gömrük  bəyannaməsi  malların  gömrük  orqanına  təqdim  edilməsi  ilə  eyni 
vaxtda verilir. 
Boş  nəqliyyat  vasitələri  və  sərnişin  daşıyan  nəqliyyat  vasitələri  Azərbaycan 
Respublikasının gömrük ərazisinə daxil olarkən və bu ərazidən yola düşərkən Azərbaycan 
Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan müddətlərdə bəyan edilməlidir. 


Bu maddədə göstərilən müddətlər Azərbaycan Respublikasının gömrük işini aparan icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uzadıla bilər. 
M a d d ə   1 6 9 .
 Deklarant 
Malları və nəqliyyat vasitələrini keçirən şəxs, yaxud gömrük brokeri deklarant ola bilər. 
Deklarant,  malları  və  nəqliyyat  vasitələrini  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirən şəxs və ya gömrük brokeri olub-olmamasından asılı olmayaraq, bütün 
vəzifələri yerinə yetirir və bu Məcəllədə nəzərdə tutulan qaydada tam məsuliyyət daşıyır. 
M a d d ə   1 7 0 .
 Deklarantın vəzifə və hüquqları 
Mallar və nəqliyyat vasitələri bəyan edilərkən deklarant: 
malları  və  nəqliyyat  vasitələrini  bu  Məcəllədə  nəzərdə  tutulan  qaydaya  uyğun  olaraq 
bəyan etməli; 
Azərbaycan Respublikası gömrük orqanının tələbi üzrə malları və nəqliyyat vasitələrini 
təqdim etməli; 
gömrük  məqsədləri  üçün  lazım  olan  sənədləri  və  əlavə  məlumatları  Azərbaycan 
Respublikası gömrük orqanına təqdim etməli; 
gömrük ödənişlərini ödəməli; 
lazım  olan  yük  və  digər  əməliyyatların  aparılması  da  daxil  olmaqla  Azərbaycan 
Respublikası gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi işində kömək etməlidir. 
Bu  Məcəllədə  nəzərdə  tutulan  digər  hüquqlardan  başqa  deklarantın  bəyannaməni 
verməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək 
və  onlar  üzərində  ölçü  aparmaq,  həmçinin  Azərbaycan  Respublikası  gömrük  orqanının 
icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ vardır. 
M a d d ə   1 7 1 .
 Gömrük məqsədləri üçün lazım olan sənədlər və əlavə məlumatlar 
Azərbaycan  Respublikası  gömrük  orqanına  gömrük  bəyannaməsi  ilə  birlikdə  gömrük 
məqsədləri üçün lazım olan digər sənədlər də təqdim edilməlidir. 
Azərbaycan Respublikası gömrük orqanı gömrük bəyannaməsində və təqdim olunmuş 
sənədlərdə  olan  məlumatları  yoxlamaq,  gömrük  məqsədləri  üçün  digər  əlavə  məlumatlar 
tələb etmək hüququna malikdir. 
Göstərilən  sənədlərin  və  əlavə  məlumatların  siyahısını  Azərbaycan  Respublikasının 
gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. 
Lazım olan sənədlər və əlavə məlumatlar təqdim edilmədikdə, Azərbaycan Respublikası 
gömrük  orqanının  gömrük  bəyannaməsini  qəbul  etməmək,  çatışmayan  sənədləri  və 
məlumatları təqdim etmək üçün müddət müəyyən etmək hüququ vardır. 
Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə Azərbaycan Respublikası gömrük 
orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə tərtib olunmuş sənədlər də təqdim oluna bilər. 


M a d d ə   1 7 2 .
 Gömrük bəyannaməsinin qəbulu 
Verilən gömrük bəyannaməsi Azərbaycan Respublikası gömrük orqanı tərəfindən qəbul 
olunur. Gömrük bəyannaməsinin qəbulu Azərbaycan Respublikasının gömrük işini aparan 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada rəsmiləşdirilir. 
Gömrük  bəyannaməsi  qəbulu  rəsmiləşdirildiyi  andan  faktları  təsdiq  edən  hüquqi 
əhəmiyyətə malik sənəd sayılır. 
Azərbaycan Respublikasının gömrük orqanları əsassız olaraq gömrük bəyannamələrinin 
qəbulundan imtina edə bilməzlər. 
M a d d ə   1 7 3 .
 Gömrük bəyannaməsinin dəyişdirilməsi, ona əlavələr edilməsi və 
ya geri götürülməsi 
Azərbaycan  Respublikası  gömrük  orqanının  icazəsi  ilə  gömrük  bəyannaməsində 
göstərilən  məlumatlar  dəyişdirilə,  ona  əlavələr  edilə  və  ya  verilmiş  gömrük  bəyannaməsi 
geri götürülə bilər. 
Dəyişiklik  və  əlavələr  edilməsinə,  eləcə  də  geri  götürməyə  gömrük  bəyannaməsinin 
yoxlanması və mallar və nəqliyyat vasitələrinə baxış başlanana qədər, həmçinin Azərbaycan 
Respublikası  gömrük  orqanı  göstərilən  məlumatların  doğru  olmadığını  müəyyən  edənə 
qədər yol verilir. 
Gömrük  bəyannaməsində  edilən  dəyişikliklər  və  əlavələr  onun  fəaliyyət  sahəsini 
genişləndirə və ya məhdudlaşdıra bilməz. 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  öz  təşəbbüsləri,  yaxud 
şəxslərin tapşırığı və xahişi ilə Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətinə 
aid  olan  məlumatların  daxil  edilməsi  istisna  edilməklə  yazılı  gömrük  bəyannaməsini 
doldurmaq,  gömrük  bəyannaməsində  göstərilən  məlumatları  dəyişdirmək  və  ya  ona 
əlavələr etmək hüququna malik deyildirlər. 
M a d d ə   1 7 4 .
 Müvəqqəti və ya natamam bəyannamə 
Deklarant  xüsusi  səbəblər  üzündən  tam  gömrük  bəyannaməsi  verə  bilmədiyi  hallarda, 
Azərbaycan  Respublikası  gömrük  orqanı  müəyyən  olunmuş  qaydada  müvəqqəti  və  ya 
natamam  gömrük  bəyannaməsi  verilməsinə  icazə  verə  bilər.  Bu  halda  müvəqqəti  və  ya 
natamam  gömrük  bəyannaməsində  gömrük  məqsədləri  üçün  lazım  olan  əsas  məlumatlar 
göstərilməli  və  çatışmayan  məlumatlar  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan 
icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  Azərbaycan  Respublikası  gömrük 
orqanının müəyyən etdiyi müddətlərdə təqdim edilməlidir. 
M a d d ə   1 7 5 .
 Dövri gömrük bəyannaməsi 
Eyni  mallar  və  nəqliyyat  vasitələri  eyni  bir  şəxs  tərəfindən  müntəzəm  olaraq 
keçirildikdə,  Azərbaycan  Respublikası  gömrük  orqanı  malların  və  nəqliyyat  vasitələrinin 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsinə  dair  müəyyən  müddət 
ərzində bir dövri bəyannamə verilməsinə icazə verə bilər. 
Dövri  gömrük  bəyannaməsinin  verilməsi  hallarını  və  qaydalarını  Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə