Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

ixtisas  attestatının  verilməsi  və  ixtisas  attestatının  fəaliyyətinin  bərpa  edilməsinə  görə 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda yığım alınır. 
xlv[45]
 
Gömrük  brokeri  kimi  fəaliyyət  göstərmək  üçün  lisenziya  ləğv  edildikdə  və  ya  geri 
alındıqda,  habelə  onun  fəaliyyəti  dayandırıldıqda  gömrük  rəsmiləşdirilməsi  üzrə 
mütəxəssisin  ixtisas  attestatı  ləğv  edildikdə,  geri  alındıqda,  etibarsız  sayıldıqda,  fəaliyyəti 
dayandırıldıqda  və  ya  məhkəmənin  qərarı  ilə  onlardan  məhrum  edilmə  halları  olduqda, 
lisenziyanın və ya attestatın verilməsi, həmçinin onların fəaliyyətinin bərpasına görə alınmış 
yığımlar və dövlət rüsumu qaytarılmır. 
xlvi[46]
 
M a d d ə   1 6 1 .
 Gömrük brokerinin və onun işçilərinin təmsil etdikləri şəxslərdən 
alınmış məlumatlara münasibətləri 
Təmsil  etdikləri  şəxslərdən  gömrük  məqsədləri  üçün  gömrük  brokerinin  və  onun 
işçilərinin aldıqları məlumatlar başqa məqsədlərlə istifadə oluna bilməz. 
Gömrük  brokeri  və  onun  işçiləri  təmsil  etdikləri  şəxslərdən  alınan  bank,  kommersiya 
sirrindən və digər sirlərdən ibarət olan məlumatları şəxsi məqsədlər üçün istifadə etməməli, 
yaymamalı,  Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarında  nəzərdə  tutulan  hallar 
istisna edilməklə üçüncü şəxslərə verməməlidirlər. 
 
2 5 - c i   f ə s i l    
GÖMRÜK DAŞIYICISI 
M a d d ə   1 6 2 .
 Gömrük daşıyıcısının fəaliyyəti 
Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  və  Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyətindən, gömrük daşıyıcısı kimi fəaliyyət 
köstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr gömrük daşıyıcısı ola bilər.
xlvii[47]
 
Gömrük daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və Azərbaycan Respublikasında gömrük 
işini  aparan  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi  əsasnaməyə  uyğun  olaraq  həyata 
keçirir. 
Gömrük  daşıyıcısı  ilə  mallar  və  onlara  aid  sənədləri  göndərənlər  arasında  qarşılıqlı 
münasibətlər müqavilə əsasında qurulur. 
M a d d ə   1 6 3 .
 Gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə 
Gömrük  daşıyıcısı  kimi  fəaliyyət  göstərmək  hüququ  verən  icazə  almaq  üçün 
aşağıdakılar tələb olunur: 
1)  gömrük  işi  haqqında  Azərbaycan  Respublikası  qanunvericiliyinə  riayət  edilməsinin 
təmin  olunması  üzrə  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanının müəyyən etdiyi tələblərə uyğun təchiz olunmuş nəqliyyat vasitələrinin olması; 
2)  minimum  əmək  haqqı  məbləğinin  min  mislindən  az  olmamaqla  öz  fəaliyyətinin 
sığortalanmasına dair müqavilə bağlamaq; 
3)  gömrük  daşıyıcısının  mülkiyyətində  və  ya  icarəsində  üç  ildən  az  olmayaraq 
götürülmüş  tələb  olunan  təchizata  malik  kifayət  sayda  nəqliyyat  vasitəsinin  olması  və 
gömrük  daşıyıcısının  qeydə  alındığı  yer  üzrə  Azərbaycan  Respublikasının  gömrük 


orqanının  fəaliyyət  zonasında  gömrük  rəsmiləşdirilməsi  yerinə  24  saat  müddətində  heç 
olmazsa bir nəqliyyat vasitəsinin gəlməsinin təmin olunması. 
Azərbaycan  Respublikasında  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  gömrük 
daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazənı verir və onun fəaliyyət müddətini müəyyən 
edir. 
Gömrük  daşıyıcısı  kimi  fəaliyyət  göstərmək  üçün  verilmiş  icazənı  Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ləğv edə, geri ala və ya onun 
fəaliyyətini dayandıra bilər. 
Icazə  verilərkən  əsas  götürülmüş  məlumatın  yanlış  olduğu  və  ya  müəyyən  edilmiş 
qaydalara  riayət  olunmadan  verildiyi  aşkar  olunarsa,  Azərbaycan  Respublikası 
qanunvericiliyi ilə icazə ləğv edilə bilər. 
Icazə aşağıdakı hallarda geri alınır: 
1)  lazımi  qaydada  təchiz  olunmamış  nəqliyyat  vasitəsindən  istifadə  edildikdə,  o 
cümlədən  daşınmaya  görə  müəyyən  edilən  haqq  göstərilən  xidmətin  orta  dəyərinə  uyğun 
gəlmədikdə; mallar və onların sənədlərinin daşınmasından əsassız olaraq imtina edilməsi də 
daxil olmaqla bir neçə dəfə gömrük daşıyıcısı öz öhdəliklərini yerinə yetirmədikdə; 
2) bu Məcəllədə nəzərdə tutulmuş hüquq pozuntuları bir neçə dəfə törədildikdə; 
3)  mallar  və  onlara  dair  sənəd  göndərənlərə  qeyri-qanuni  olaraq  mühüm  ziyan 
gətirildiyi,  o  cümlədən  kommersiya  və  digər  sirlər  olan  məlumatlardan  qanunsuz  istifadə 
edilməsi təsdiq olunduqda. 
Gerialma haqqında qərar qəbul olunduğu tarixdən qüvvəyə minir. 
Gömrük daşıyıcıları öz hüquqlarından sui-istifadə etdikdə Azərbaycan Respublikasının 
gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  icazənın  fəaliyyətini  üç  aya  qədər  müddətdə 
dayandıra bilər. 
Icazənın  təkrar  verilməsinə  dair  müraciətə  bir  ildən  sonra  icazənın  ləğvi  və  ya  geri 
alınması üzrə qərarda göstərilən səbəblər aradan qaldırılarsa, baxıla bilər. 
Gömrük  daşıyıcısı  kimi  fəaliyyət  göstərmək  üçün  icazənın  verilməsinə  görə  dövlət 
rüsumunun miqdarı qanunla müəyyən edilir.
xlviii[48]
 
Icazə  ləğv  edildikdə,  geri  alındıqda  və  ya  onun  fəaliyyəti  dayandırıldıqda,  onun 
verilməsi və fəaliyyətinin bərpa edilməsi üçün alınmış dövlət rüsumu qaytarılmır.
xlix[49]
 
M a d d ə   1 6 4 .
  Gömrük  daşıyıcılarının  qeydə  alınması  və  onlar  haqqında 
məlumat verilməsi 
Azərbaycan  Respublikasının  gömrük  orqanı,  öz  fəaliyyət  zonasında  gömrük  daşıyıcısı 
funksiyasını  yerinə  yetirmək  niyyəti  və  qabiliyyəti  olan  gömrük  daşıyıcılarını  qeydiyyata 
alır. Qeydiyyat gömrük daşıyıcılarının müraciəti əsasında həyata keçirilir. 
Göstərilən  gömrük  orqanları  qeydiyyatdan  keçmiş  gömrük  daşıyıcılarının  siyahısını 
ümumi tanışlıq məqsədi ilə tərtib edir. 
M a d d ə   1 6 5 .
  Gömrük  daşıyıcılarının  mallara  və  onlara  dair  sənədləri 
göndərənlərdən alınmış məlumatlara münasibətləri 
Malları və onlara dair sənədləri göndərənlərdən alınmış kommersiya, bank və ya digər 
qanunla  mühafizə  olunan  sirrlərdən  ibarət  məlumatlar,  gömrük  daşıyıcısı  və  onun  işçiləri 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə