Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə2/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   2   3   4   5   6   7   8   9   ...   76

60.
   (ÇIXARILIB) 
 
61.  
AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ  
ŞƏXSLƏRİNİN MƏSULİYYƏTİ 
(449-450)
 


AZƏRBAYCAN RESPUBLİKASININ 
GÖMRÜK MƏCƏLLƏSİ 
i[1]
 
Bu  Məcəllə  gömrük  işinin  hüquqi,  iqtisadi  və  təşkilati  əsaslarını  müəyyən  edir, 
Azərbaycan  Respublikasının  iqtisadi  təhlükəsizliyinin,  suverenliyinin  və  maraqlarının 
qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə, 
gömrük  işi  sahəsində  təsərrüfat  subyektlərinin,  fiziki  şəxslərin  və  dövlət  orqanlarının 
hüquqlarının  müdafiəsinin  təmin  olunmasına,  onların  öz  vəzifələrini  yerinə  yetirmələrinə 
yönəlmişdir. 
 
I BÖLMƏ  
ÜMUMİ MÜDDƏALAR 
1 - c i   f ə s i l    
AZƏRBAYCAN RESPUBLİKASINDA GÖMRÜK İŞİ VƏ GÖMRÜK SİYASƏTİ 
M a d d ə   1 .
 Azərbaycan Respublikasında gömrük işi 
Azərbaycan  Respublikasının  gömrük  işini  malların  və  nəqliyyat  vasitələrinin 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsinin  qaydaları  və  şərtləri, 
gömrük  ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti  və  gömrük 
siyasətinin həyata keçirilməsinin digər vasitələri təşkil edir. 
M a d d ə   2 .
 Azərbaycan Respublikasının gömrük siyasəti 
Azərbaycan  Respublikasında  dövlətin  daxili  və  xarici  siyasətinin  tərkib  hissəsi  olan 
vahid gömrük siyasəti həyata keçirilir. 
Azərbaycan Respublikasının gömrük siyasətinin məqsədi aşağıdakılardan ibarətdir: 
Azərbaycan  Respublikasının  gömrük ərazisində gömrük nəzarəti  və  mal  dövriyyəsinin 
tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi; 
Azərbaycan Respublikasının daxili bazarının qorunması; 
milli iqtisadiyyatın inkişafının stimullaşdırılması; 
Azərbaycan  dövlətinin  iqtisadi  siyasətindən  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsinə 
kömək edilməsi; 
Azərbaycan  Respublikasının  Konstitusiyasına,  bu  Məcəlləyə  və  Azərbaycan 
Respublikasının  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  müəyyən  edilən  digər 
məqsədlər. 
Azərbaycan  Respublikasının  gömrük  siyasəti  gömrük  işini  beynəlxalq  əməkdaşlığın 
genişləndirilməsinə  yönəldir.  Azərbaycan  Respublikasında  gömrük  işi  hamılıqla  qəbul 
edilmiş  beynəlxalq  normalar  və  təcrübə  ilə  uyğunlaşdırma  və  eyniləşdirmə  istiqamətində 
inkişaf etdirilir. 
M a d d ə   3 .
 Azərbaycan Respublikasının gömrük ərazisi və gömrük sərhədi 
Azərbaycan  Respublikasının  gömrük  ərazisi  —  Azərbaycan  Respublikasının  quru 
ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub 


olan  bölməsindən  (o  cümlədən  onda  yerləşən  adalar,  süni  adalar,  qurğular  və  tikililər)  və 
onların üzərindəki hava məkanından ibarətdir. 
Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları və sərbəst anbarlar yerləşə 
bilər.  Bu  Məcəllədə  və  gömrük  işi  üzrə  Azərbaycan  Respublikasının  digər  qanunvericilik 
aktlarında  müəyyən  edilən  hallar  istisna  edilməklə  sərbəst  gömrük  zonalarının  və  sərbəst 
anbarların  əraziləri  Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  kənarda  yerləşən 
ərazidir. 
Azərbaycan  Respublikasının  gömrük  ərazisinin  hüdudları,  həmçinin  sərbəst  gömrük 
zonalarının  və  sərbəst  anbarların  perimetrləri  Azərbaycan  Respublikasının  gömrük 
sərhədidir. 
M a d d ə   4 .
 Gömrük işi və beynəlxalq iqtisadi inteqrasiya 
Azərbaycan  Respublikası  beynəlxalq  iqtisadi  inteqrasiyanın  inkişaf  etdirilməsi  və 
möhkəmləndirilməsi  üçün  digər  dövlətlərlə  gömrük  ittifaqları,  sərbəst  iqtisadi  zonaları 
yaradır, gömrük məsələləri üzrə beynəlxalq hüquq normalarına uyğun sazişlər bağlayır. 
M a d d ə   5 .
 Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 
Gömrük  işi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  bu  Məcəllədən, 
«Gömrük  Tarifi  haqqında»  Azərbaycan  Respublikasının  qanunundan  və  Azərbaycan 
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. 
M a d d ə   6 .
 Dövlətlərarası müqavilələrin qüvvəsi 
Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrində  müəyyən  edilən  qaydalar 
bu Məcəllə və gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik aktları 
ilə nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, dövlətlərarası müqavilələrin qaydaları tətbiq 
edilir. 
 
2 - c i   f ə s i l    
GÖMRÜK İŞİNİN TƏŞKİLİ 
M a d d ə   7 .
 Azərbaycan Respublikasının gömrük orqanları 
Azərbaycan  Respublikasında  gömrük  işi  hüquq-mühafizə  orqanları  olub  vahid  sistem 
təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir. 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  haqqında 
əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
Azərbaycan Respublikasının gömrük işini bilavasitə həyata keçirən orqanlar Azərbaycan 
Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən 
əsasnamələrə uyğun fəaliyyət göstərirlər. 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vahid  sisteminin  müəyyən  olunması, 
gömrük orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən həyata keçirilir. 
Qanunvericilikdə  müəyyən  olunmuş  hallar  istisna  olunmaqla  heç  bir  dövlət  orqanının 
bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına 


uyğun  fəaliyyət  göstərən  gömrük  orqanlarının  səlahiyyətinə  toxunan  məsələlər  üzrə  qərar 
qəbul  etmək,  onların  funksiyalarını  icra  etmək  və  ya  dəyişmək,  onlara  başqa  vəzifələr 
tapşırmaq və ya fəaliyyətinə digər formada müdaxilə etmək hüququ yoxdur. 
M a d d ə   8 .
  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanının  gömrük  laboratoriyaları,  elmi-tədqiqat  və  tədris  müəssisələri,  digər  idarə  və 
təşkilatları 
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı: 
gömrük məqsədləri üçün malların ekspertizasını və tədqiqini aparmaqdan ötrü gömrük 
laboratoriyaları yaradır; 
gömrük  işi  sahəsində  elmi-tədqiqat  işlərinin  aparılması,  kadr  hazırlığı  və  onların 
ixtisasının  artırılması  məqsədi  ilə  elmi-tədqiqat  müəssisələri,  peşəyönümlü  təhsil-tədris 
müəssisələri, gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama mərkəzləri, 
poliqrafiya, tikinti-istismar idarələri, digər idarə və təşkilatlar yarada bilər; 
gömrük 
orqanlarının, 
gömrük 
laboratoriyalarının, 
elmi-tədqiqat 
və 
tədris 
müəssisələrinin, idarə və təşkilatların əmlakı dövlət mülkiyyətidir. 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  bu  əmlakın 
idarə edilməsi üzrə mülkiyyətçi səlahiyyətlərini həyata keçirir. 
M a d d ə   9 .
  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanının normativ aktları 
Bu  Məcəllədə  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulan  hallarda  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı 
öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  gömrük  orqanları,  Azərbaycan 
Respublikasının  bütün  başqa  dövlət  orqanları,  tabeçiliyindən  və  mülkiyyət  formasından 
asılı  olmayaraq  idarələr,  müəssisələr  və  təşkilatlar,  habelə  vəzifəli  şəxslər  və  vətəndaşlar 
üçün icrası məcburi olan normativ aktlar qəbul edir. Göstərilən normativ aktlar Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçirilir. 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  ümumi 
xarakterli  normativ  aktları  onların  özlərində  ayrı  müddət  nəzərdə  tutulmamışdırsa,  dərc 
olunduqdan on gün sonra qüvvəyə minir. 
M a d d ə   1 0 .
 Azərbaycan Respublikası gömrük orqanlarının əsas funksiyaları 
Azərbaycan  Respublikasının  gömrük  orqanları  aşağıdakı  əsas  funksiyaları  yerinə 
yetirirlər: 
1)  Azərbaycan  Respublikasının  gömrük  siyasətinin  işlənib hazırlanmasında  iştirak edir 
və bu siyasəti həyata keçirirlər; 
2)  icrasına  nəzarət  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına  həvalə  olunmuş 
qanunvericilik  aktlarına  riayət  edilməsini  təmin  edirlər;  gömrük  işini  həyata  keçirərkən 
idarələrin,  müəssisələrin,  təşkilatların  və  fiziki  şəxslərin,  həmçinin  sahibkarların  hüquq  və 
mənafelərinin müdafiəsi üzrə tədbirlər görürlər; 
3) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin 
edirlər: 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə