Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı,  Azərbaycan 
Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırma əsasında gömrük ərazisindən 
kənarda malların emalı üzrə ayrı-ayrı əməliyyatlara məhdudiyyətlər qoya bilər. 
M a d d ə   8 8 .
 Gömrük rejimindən istifadəni istisna edən hallar 
Gömrük  ərazisindən  kənarda  malların  emalı  gömrük  rejimindən  aşağıdakı  hallarda 
istifadə edilə bilməz: 
əgər  malların  ixracı,  idxal  gömrük  rüsumlarının,  vergilərin  qaytarılmasını,  onlardan 
azad etməni, yaxud ixrac zamanı verilən ödəmələri tələb etmək üçün əsas verirsə; 
əgər mallar ixrac edilməzdən əvvəl idxal gömrük rüsumlarından, vergilərdən tamamilə 
azad olunmaqla sərbəst dövriyyəyə buraxılıbsa, azadetmədən istifadə başa çatanadək; 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı,  Azərbaycan 
Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırma  əsasında  müəyyən  etdiyi 
digər hallarda. 
M a d d ə   8 9 .
 Gömrük ərazisindən kənarda malların emalı üçün icazə 
Gömrük ərazisindən kənarda malların emalı Azərbaycan Respublikasının gömrük işini 
aparan icra hakimiyyəti orqanından icazə alındıqdan sonra həyata keçirilə bilər. 
Göstərilən icazə Azərbaycan şəxslərinə aşağıdakı şərtlərlə verilir: 
1)  əgər  Azərbaycan  Respublikasının  gömrük  orqanı  emal  məhsullarının  ixrac  olunmuş 
malların emalı nəticəsində alındığını müəyyənləşdirməyi mümkün hesab edirsə; 
2)  əgər  malların  gömrük  ərazisindən  kənarda  emal  edilməsi  Azərbaycan 
Respublikasının iqtisadi mənafeyinə ciddi ziyan vurmursa. 
Malların  gömrük  ərazisindən  kənarda  emal  olunmasına  icazə  verilməsi  qaydasını 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Malların  gömrük  ərazisindən  kənarda emal  olunması  üçün  verilən  icazənı,  icazə  verən 
orqan ləğv edə və ya geri ala bilər. 
Icazə  verilərkən  əsas  götürülmüş  məlumatın  yanlış  olduğu  aşkara  çıxarsa  və  ya  o 
müəyyən  edilmiş  qaydalara  riayət  olunmadan  verilmişsə,  icazə  ləğv  edilir.  Ləğvetmə 
haqqında  qərar  qanunvericiliyə  uyğun  qaydada  müəyyən  edilən  və  həmin  qərarda 
göstərilən tarixdən qüvvəyə minir. 
Sahibi bu fəsildə göstərilən tələblərə riayət etmədikdə və ya malların gömrük ərazisində 
emalı  daha  Azərbaycan  Respublikasının  iqtisadi  siyasətinə  uyğun  olmadıqda,  icazə  geri 
alınır. Geri alma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.
xxi[21]
 
M a d d ə   9 0 .
 Gömrük ərazisindən kənarda malların emal müddəti 
Gömrük ərazisindən kənarda malların emalı, Azərbaycan Respublikasının gömrük işini 
aparan  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada,  Azərbaycan  Respublikası 
gömrük  orqanlarının  müəyyənləşdirdiyi  müddətlərdə  həyata  keçirilməlidir.  Müddətlərin 
müəyyən edilməsi malların emalı prosesinin iqtisadi cəhətdən əsaslandırılmış davamlılığına 
uyğun olmalıdır. 


M a d d ə   9 1 .
 Gömrük ərazisindən kənarda emal məhsullarının hasilat miqdarı 
Azərbaycan  Respublikasının  gömrük  orqanları  gömrük  ərazisindən  kənarda  malların 
emalı nəticəsində alınan məhsulların məcburi hasilat miqdarını müəyyən edə bilər. 
Gömrük  ərazisindən  kənarda  emal  məhsullarının  məcburi  hasilat  miqdarını 
müəyyənləşdirmək  qaydalarını  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanı 
ilə  birlikdə  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı 
müəyyən edir. 
M a d d ə   9 2 .
 Emal məhsullarının xarici mallarla əvəz edilməsi 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada,  Azərbaycan  Respublikasının  mənafeyi  nəzərə  alınmaqla  müstəsna  hallarda  emal 
məhsullarının xarici mallarla əvəz edilməsinə yol verilə bilər. 
M a d d ə   9 3 .
  Emal  üçün  aparılan  malların  məhvi,  itirilməsi  və  ya  xarici  dövlət 
orqanlarının, vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində geri qaytarılmaması 
Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  kənarda  malların  emalı  üçün  icazə 
almış  və  müəyyən  edilmiş  müddətlərdə  malları  və  ya  emal  məhsullarını  geri  gətirməyən 
şəxs,  emal  məhsullarının  qəza  və  ya  qarşısıalınmaz  qüvvənin  təsiri  nəticəsində  məhvi, 
itirilməsi  və  yaxud  malların  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  görə  xarici 
dövlət orqanı və ya vəzifəli şəxsinin hüquqa zidd hərəkəti nəticəsində sıradan çıxması faktı 
Azərbaycan  Respublikasının  xaricdəki  konsulluq  idarələri  tərəfindən  təsdiq  edildiyi 
hallarda Azərbaycan Respublikası gömrük orqanı qarşısında məsuliyyət daşımır.
xxii[22]
 
M a d d ə   9 4 .
 Mallar emal üçün aparılarkən gömrük rüsumlarının, vergilərin 
tətbiqi 
Emal  üçün  aparılan  mallardan  ixrac  gömrük  rüsumları,  vergilər  alınır  və  bu  fəslin 
müddəalarına  riayət  etmək  şərtilə  emal  məhsulları  Azərbaycan  Respublikasının  gömrük 
ərazisində  sərbəst  dövriyyə  üçün  buraxıldıqdan  sonra  onların  məbləği  qaytarılır. 
Qaytarılmış məbləğdən faizlər tutulmur. 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırılmaqla, 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarının qəbul etdiyi qərarlara əsasən 
mallar alınan gömrük rüsumlarından azad edilə bilər, mallardan alınan vergilər isə gömrük 
ərazisindən kənarda emal üçün aparılarkən qaytarıla bilər. 
M a d d ə   9 5 .
  Emal  məhsullarının  idxal  gömrük  rüsumlarından,  vergilərdən  azad 
edilməsi 
Malların gömrük ərazisindən kənarda emalı üçün icazə almış şəxs və ya onun gömrük 
brokeri  tərəfindən  emal  məhsulları  sərbəst  dövriyyə  üçün  bəyan  edildikdə  bu  məhsullar 
tamamilə və ya qismən gömrük rüsumlarından, vergilərdən azad edilə bilər.
xxiii[23]
 
Malların  sərbəst  dövriyyə  üçün  ilkin  buraxılışında  çatışmazlığı  nəzərdə  tutulan  hallar 
istisna  edilməklə,  emal  məqsədilə  aparılan  malların  əvəzsiz  təmir  edilməsinə  Azərbaycan 
Respublikasının  gömrük  orqanı  əmin  olarsa,  idxal  gömrük  rüsumlarından,  vergilərdən 
tamamilə azad edə bilər. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə