Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

Sərbəst anbar sahibi yalnız Azərbaycan şəxsləri ola bilər. 
Sərbəst anbar sahibinin vəzifələri: 
anbarda olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək; 
gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək; 
sərbəst  anbar  təsis  edilməsi  üçün  verilən  lisenziyanın  şərtlərinə  riayət  etmək,  gömrük 
nəzarətinin  və  gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsi  üçün  Azərbaycan 
Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  sərbəst  anbarlara  daxil  olmalarına 
şərait  yaratmaq,  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  qanuni  tələblərini  yerinə 
yetirmək. 
M a d d ə   8 2 .
  Gömrük  rüsumlarının,  vergilərin  alınması  və  iqtisadi  siyasət 
tədbirlərinin tətbiq edilməsi 
Xarici  malların  və  Azərbaycan  mallarının  sərbəst  gömrük  zonalarına  gətirilməsi  və  ya 
onların  sərbəst  gömrük  zonalarında  yerləşdirilməsi  zamanı  gömrük  rüsumları,  vergilər 
alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
Mallar  sərbəst  gömrük  zonaları  ərazisindən  və  sərbəst  anbarlardan  Azərbaycan 
Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya mallar sərbəst gömrük 
zonalarının ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının hüdudlarından 
kənara  topdan  satış  qaydasında  aparılarkən  malın  mənşəyindən  asılı  olaraq  gömrük 
rüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir. 
Marağı  olan  şəxsin  xahişi  ilə  Azərbaycan  Respublikası  gömrük  orqanları  Azərbaycan 
Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
malın mənşəyini sertifikatla təsdiq edir. 
İxrac  zamanı  mənşə  haqqında  sertifikat  olmadıqda,  ixrac  gömrük  rüsumlarının, 
vergilərin  alınması  və  iqtisadi  siyasət  tədbirlərinin  tətbiq  edilməsi  məqsədi  ilə  mallar 
Azərbaycan malları, digər məqsədlər üçünsə xarici mallar hesab edilir. 
M a d d ə   8 3 .
  İxrac  gömrük  rejiminə  uyğun  aparılması  nəzərdə  tutulan  malların 
gömrük  rüsumlarından,  vergilərdən  azad  edilməsi,  yaxud  ödənilmiş  məbləğlərin 
qaytarılması 
İxrac  gömrük  rejiminə  uyğun  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 
aparılması  nəzərdə  tutulan  mallar  sərbəst  gömrük  zonalarına  gətirilərkən  və  ya  sərbəst 
anbarlara yerləşdirilərkən, əgər bu cür azad etmə və ya qaytarma malların faktiki aparılması 
üçün nəzərdə tutulmuşsa, bu cür mallar gömrük rüsumlarından, vergilərdən azad edilir və 
ya  ödənilmiş  məbləğ  qaytarılır.  Bu  cür  malların  faktiki  aparılması  gömrük  rüsumlarının, 
vergilərin  qaytarılması  və  ya  onlardan  azad  etmə  günündən  başlayaraq,  altı  aydan  gec 
olmamaqla həyata keçirilir. 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  aparılmalı  olan  mallar  sərbəst 
gömrük  zonaları  ərazisindən  və  sərbəst  anbarlardan  Azərbaycan  Respublikasının  gömrük 
ərazisinin qalan hissəsinə qaytarılarkən və ya müəyyən edilmiş müddətlərdə faktiki aparma 
həyata  keçirilmədikdə  gömrük  rüsumları,  vergilər,  həmçinin  Azərbaycan  Respublikasının 
Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan 
faizlər alınır. 


M a d d ə   8 4 .
 Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət 
Malları sərbəst gömrük zonasına gətirən və ya sərbəst anbara yerləşdirən şəxs gömrük 
ödənişlərinin ödənilməsi üçün məsuliyyət daşıyır. 
M a d d ə   8 5 .
 Sərbəst anbarın ləğv edilməsi 
Lisenziyanın  fəaliyyət  müddətinin  qurtarmasına  və  ya  anbar  sahibinin  arzusuna  görə, 
habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 
bu  Məcəllədə  müəyyən  edilmiş  qaydada  lisenziyanın  ləğv  edilməsi  və  ya  geri  alınması 
nəticəsində sərbəst anbar ləğv edildikdə, bu cür qərar qəbul edildiyi tarixdən sərbəst anbar 
müvəqqəti  saxlanc  anbarına  çevrilir.  Müvəqqəti  saxlanc  anbarında  malların  saxlanması  bu 
Məcəlləyə  uyğun  surətdə  həyata  keçirilir.  Malların  müvəqqəti  saxlanc  anbarlarında 
yerləşməsinin ümumi müddəti altı aydan çox olmamalıdır. 
Lisenziya  ləğv  edildikdə  sərbəst  anbarda  qalan  mallar  anbara  daxil  olduğu  tarixdən 
təkrar  gömrük  rəsmiləşdirilməsindən  keçirilir.  Ləğv  edilmiş  anbarda  malların  tam  saxlanc 
müddəti  üçün  anbar  sahibindən,  Azərbaycan  Respublikası  gömrük  orqanları  tərəfindən 
təsis  olunmuş  müvəqqəti  saxlanc  anbarlarında  saxlanc  üçün  müəyyən  olunmuş  miqdarda 
gömrük yığımları alınır. 
Lisenziya geri alındıqda anbarda qalan mallar geri alma haqqında qərarın qəbul edildiyi 
tarixdən  təkrar  gömrük  rəsmiləşdirilməsindən  keçirilir.  Ləğv  edilmiş  anbarda  malların 
saxlanılmasına görə, lisenziyanın geri alınması haqqında qərar qəbul edildikdən sonra anbar 
sahibindən, Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis olunmuş müvəqqəti 
saxlanc anbarlarında saxlanc üçün müəyyən olunmuş miqdarda gömrük yığımları alınır. 
Lisenziyanın  fəaliyyəti  dayandırıldıqda  xarici  malların  anbara  yerləşdirilməsi  gömrük 
rüsumları,  vergilər  ödənilməklə  və  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilməklə  həyata 
keçirilir,  yerləşdirilən  Azərbaycan  mallarına  münasibətdə  isə  gömrük  rüsumlarından, 
vergilərdən azad etmə və ya gömrük rüsumlarının, vergilərinin qaytarılması tətbiq edilmir. 
 
1 3 - c ü   f ə s i l    
GÖMRÜK ƏRAZİSİNDƏN KƏNARDA MALLARIN EMALI 
M a d d ə   8 6 .
 Gömrük rejiminin məzmunu 
Gömrük  ərazisindən  kənarda  malların  emalı  —  Azərbaycan  mallarını  iqtisadi  siyasət 
tədbirləri  tətbiq  etmədən  ixrac  edib,  onlardan  Azərbaycan  Respublikasının  gömrük 
ərazisindən  kənarda  emal  üçün  istifadə  edilməsindən  və  sonra  emal  məhsullarının, 
tamamilə və ya qismən gömrük rüsumlarından, vergilərdən azad etməklə və onlara iqtisadi 
siyasət  tədbirləri  tətbiq  etmədən,  bu  məhsulların  Azərbaycan  Respublikasının  gömrük 
ərazisində sərbəst dövriyyə üçün buraxılışından ibarət gömrük rejimidir. 
M a d d ə   8 7 .
 Gömrük ərazisindən kənarda malların emalı üzrə əməliyyatlar 
Mallar  gömrük  ərazisindən  kənarda  emal  edilərkən,  bu  Məcəllənin  59-cu  maddəsinin 
birinci hissəsində göstərilən əməliyyatlar həyata keçirilə bilər. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə