Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

Əgər gömrük anbarı Azərbaycan Respublikası gömrük orqanı tərəfindən təsis edilmişsə, 
gömrük  anbarına  malları  saxlanca  verən  şəxs  gömrük  ödənişlərinin  ödənilməsi  üçün 
məsuliyyət daşıyır. 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  razılığı  ilə  gömrük  ödənişlərinin 
ödənilməsi  üçün  məsuliyyət  açıq  tipli  gömrük  anbarına  malları  saxlanca  verən  şəxsə  də 
həvalə edilə bilər. 
M a d d ə   4 8 .
 Gömrük anbarında malların saxlanc müddəti 
Mallar gömrük anbarı rejimi altında üç il müddətində saxlanıla bilər. Göstərilən müddət 
malların ayrı-ayrı kateqoriyaları üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra 
hakimiyyəti orqanı tərəfindən, ayrı-ayrı şəxslər üçün isə Azərbaycan Respublikasının digər 
gömrük orqanları tərəfindən məhdudlaşdırıla bilər. 
Müəyyən  edilən  müddət  bitdikdən  sonra  mallar  başqa  gömrük  rejimi  altında 
yerləşdirilmək üçün bəyan edilməli, yaxud sahibi Azərbaycan Respublikası gömrük orqanı 
olan müvəqqəti saxlanc anbarına yerləşdirilməlidir. 
M a d d ə   4 9 .
  Gömrük  anbarı  rejimi  altında  yerləşdirilmiş  mallarla  həyata 
keçirilən əməliyyatlar 
Gömrük  anbarı  rejimi  altında  yerləşdirilmiş  mallarla  aşağıdakı  əməliyyatlar  həyata 
keçirilə bilər: 
malların mühafizəsinin təmin edilməsi üzrə tədbirlər: 
malların  Azərbaycan  Respublikası  gömrük  orqanının  icazəsi  ilə  satış  və  daşınma  üçün 
hazırlanması,  yəni  malların  qruplara  ayrılması,  göndərişlərin  hazırlanması,  çeşidlənməsi, 
qablaşdırılması,  markalanması,  yüklənməsi  və  s.  əməliyyatlar.  Göstərilən  əməliyyatların 
siyahısını  və  həyata  keçirilmə  qaydasını  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan 
icra hakimiyyəti orqanı müəyyən edir. 
M a d d ə   5 0 .
 Gömrük anbarının ləğv edilməsi 
Lisenziyanın  fəaliyyət  müddətinin  qurtarmasına  və  ya  anbar  sahibinin  arzusuna  görə, 
habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 
gömrük  anbarının  təsisi  üçün  lisenziyanın  ləğv  edilməsi  və  ya  geri  alınması  nəticəsində 
gömrük  anbarı  ləğv  edildikdə,  bu  cür  qərar  qəbul  edildiyi  tarixdən  gömrük  anbarı 
müvəqqəti  saxlanc  anbarına  çevrilir.  Müvəqqəti  saxlanc  anbarında  malların  saxlanması  bu 
Məcəlləyə uyğun surətdə həyata keçirilir. 
Lisenziya ləğv edildikdə gömrük anbarında qalan mallar anbara daxil olduğu tarixdən 
təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir. 
Lisenziya geri alındıqda anbarda qalan mallar gerialma haqqında qərarın qəbul edildiyi 
tarixdən  təkrar  gömrük  rəsmiləşdirilməsindən  keçirilir.  Müvəqqəti  saxlanc  anbarlarında 
saxlanc üçün müəyyən olunmuş miqdarda gömrük yığımları alınır. 
Lisenziyanın  fəaliyyəti  dayandırıldıqda  mallar  anbara  saxlanca  verilmir.  Malların 
anbardan buraxılışı isə bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
 
8 - c i   f ə s i l    


RÜSUMSUZ TİCARƏT MAĞAZASI 
M a d d ə   5 1 .
 Gömrük rejiminin məzmunu 
Rüsumsuz  ticarət  mağazası  —  mallardan  gömrük  rüsumları,  vergilər  alınmadan  və 
onlara  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  Azərbaycan  Respublikasının  gömrük 
ərazisində  (beynəlxalq  hava  və  dəniz  limanlarında  və  Azərbaycan  Respublikası  gömrük 
orqanları  tərəfindən  müəyyən  edilən  digər  yerlərdə)  həmin  malların  gömrük  nəzarəti 
altında satılmasından ibarət gömrük rejimidir. 
M a d d ə   5 2 .
 Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri 
Azərbaycan  Respublikasına  gətirilməsi,  Azərbaycan  Respublikasından  aparılması, 
həmçinin  Azərbaycan  Respublikası  ərazisində  satışı  qadağan  olunan  mallar,  o  cümlədən 
siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən  edilən  mallar  istisna  edilməklə,  istənilən  mallar  rüsumsuz  ticarət  mağazası 
gömrük rejimində satıla bilər. 
Azərbaycan  Respublikasının  ərazisində  satışı  məhdudlaşdırılan  mallar  Azərbaycan 
Respublikası qanunvericiliyi ilə müəyyən edilən tələblərə riayət edilməklə rüsumsuz ticarət 
mağazası gömrük rejimində satıla bilər. 
Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən mallar bilavasitə xüsusi 
mağazalarda (rüsumsuz ticarət mağazalarında) satılır. 
M a d d ə   5 3 .
 Rüsumsuz ticarət mağazası təsis etmək üçün icazə 
Rüsumsuz ticarət mağazası Azərbaycan şəxsləri tərəfindən Azərbaycan Respublikasının 
gömrük işini aparan icra hakimiyyəti orqanından icazə alındıqdan sonra təsis edilə bilər. 
Müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydalarla  Azərbaycan 
Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  rüsumsuz  ticarət  mağazası 
təsis etmək üçün icazə verir və onun fəaliyyət müddətini müəyyən edir. 
Rüsumsuz ticarət mağazası təsis etmək üçün lisenziya verilməsinə görə dövlət rüsumu 
alınır.
xv[15]
 
M a d d ə   5 4 .
 Rüsumsuz ticarət mağazasının sahibinə aid tələblər 
Rüsumsuz ticarət mağazası sahibinin vəzifələri: 
rüsumsuz ticarət mağazasına daxil olan və satılan malların gömrük nəzarətindən kənar 
götürülməsinə yol verməmək; 
rüsumsuz ticarət mağazası təsis etmək üçün verilən lisenziyanın şərtlərinə riayət etmək 
və Azərbaycan Respublikası gömrük orqanlarının qanuni tələblərini yerinə yetirmək;
xvi[16]
 
daxil olan və satılan malların uçotunu aparmaq və Azərbaycan Respublikasının gömrük 
işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi qaydada Azərbaycan  Respublikası 
gömrük orqanlarına hesabat vermək. 
M a d d ə   5 5 .
 Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət 
Müvafiq  gömrük  ödənişlərinin  ödənilməsi  üçün  rüsumsuz  ticarət  mağazasının  sahibi 
məsuliyyət daşıyır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə