Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

Yol  vergisi  xarici  dövlətlərin  avtonəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının 
gömrük  ərazisinə  daxil olan zaman  gömrük  orqanları  tərəfindən  tutulur  və  bir  bank  günü 
ərzində dövlət büdcəsinə keçirilir.
xxxiii[33]
 
M a d d ə   1 1 9 .
 Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın 
uzadılması 
Gömrük  ödənişlərinin  (dövlət  rüsumu  istisna  olmaqla)  ödənilməsi  üçün  müstəsna 
hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər.
xxxiv[34]
 
Gömrük  ödənişlərinin  ödənilməsi  üçün  möhlət  verilməsi  və  vaxtın  uzadılması  barədə 
qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanı 
qəbul edir. 
Gömrük  ödənişlərinin  ödənilməsi  üçün  verilən  möhlət  və  uzadılan  vaxt  gömrük 
bəyannaməsinin qəbul edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır. 
Gömrük  ödənişlərinin  ödənilməsi  üçün  möhlət  verildikdə  və  ya  vaxt  uzadıldıqda  bu 
Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinin ödənilməsi təmin edilir. 
Möhlət  verilməsinə  və  ya  vaxtın  uzadılmasına  görə  Azərbaycan  Respublikası  Mərkəzi 
Bankının  verdiyi  kreditlər  üzrə  həmin  bankın  müəyyən  etdiyi  dərəcələrə  uyğun  olaraq 
faizlər alınır və dövlət büdcəsinə köçürülür. 
Gömrük  ödənişlərinin  ödənilməsindən  yayınmaya  cəhd  göstərən  şəxslərə  bu  cür 
ödənişlərin ödənilməsi üçün möhlət verilmir və ya vaxt uzadılmır. 
M a d d ə   1 2 0 .
 Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi 
Gömrük  ödənişlərinin  ödənilməsi  malların  və  nəqliyyat  vasitələrinin  girovu,  üçüncü 
şəxsin zəmanəti və ya ödənilməli olan məbləğin depozitə verilməsi ilə təmin edilə bilər. 
Azərbaycan  Respublikası  gömrük  orqanları  başqa  qərar  qəbul  etmirsə,  girov  qoyulan 
mallar  və  nəqliyyat  vasitələri  girov  qoyan  şəxsdə  qalır.  Girov  qoyan  şəxs  Azərbaycan 
Respublikası  gömrük  orqanının  razılığı  olmadan  girov  qoyduğu  əşya  barədə  sərəncam 
vermək hüququna malik deyil. 
Girovun  rəsmiləşdirilməsi  və  ödənişin  girov  predmetinə  yönəldilməsi  girov  haqqında 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. 
Gömrük  ödənişlərinin  ödənilməsinin  təmin  edilməsi  üçün  Azərbaycan  Respublikası 
Mərkəzi  Bankından  xarici  valyuta  əməliyyatları  aparmaq  üçün  lisenziya  almış  bankın  və 
digər kredit təşkilatlarının zəmanəti istifadə oluna bilər. Göstərilən banklar və digər kredit 
təşkilatları onların müraciətinə əsasən Azərbaycan Respublikasının gömrük işini aparan icra 
hakimiyyəti orqanının apardığı reyestrə salınır. 
Bankların  və  digər  kredit  təşkilatlarının  reyestrə  salınma  haqqında  müraciətlərinə 
baxılma qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı 
müəyyən edir. 
Bankların  və  digər  kredit  təşkilatlarının  reyestrə  salınmasına  görə  Azərbaycan 
Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım alınır. 
Zəmanətin  şərtlərinə  və  bu  maddənin  tələblərinə  riayət  edilmədikdə  banklar  və  digər 
kredit  təşkilatları  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 


orqanının qərarı ilə reyestrdən çıxarıla bilər. Banklar və digər kredit təşkilatları reyestrdən 
çıxarılarkən ödənilmiş yığım qaytarılmır. 
Sərbəst dövriyyə üçün buraxılış zamanı və ya ixrac gömrük rejiminə uyğun aparılarkən 
ödənilməli  olan  gömrük  ödənişlərinin  məbləği  depozitə  verilir.  Məbləğin  depozitdə 
saxlanma müddəti üçün faizlər tutulmur. 
Ödənilməli  olan  məbləğin  depozitə  verilməsi  və  onların  qaytarılması  qaydasını 
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. 
M a d d ə   1 2 1 .
 Gömrük ödənişlərinin ödənildiyi valyuta 
Gömrük  ödənişləri  Azərbaycan  Respublikasının  milli  valyutası  ilə  aparılır.  Müstəsna 
hallarda  gömrük  ödənişləri  xarici  valyuta  ilə  ödənilə  bilər.  Xarici  valyutanın  Azərbaycan 
Respublikasının  milli  valyutasına  çevrilməsi,  bəyannamənin  qəbul  edildiyi  gün  qüvvədə 
olan  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  müəyyən  etdiyi  məzənnələrlə 
hesablanır. 
M a d d ə   1 2 2 .
 Gömrük ödənişlərinin tutulması və məsuliyyət tədbirləri 
Ödənilməmiş  gömrük  ödənişləri  ödəməmə  faktının  aşkar  edilməsi  vaxtından  asılı 
olmayaraq  Azərbaycan  Respublikasının  gömrük  orqanları  tərəfindən  tutulur.  Azərbaycan 
Respublikası  gömrük  sərhədindən  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan 
malları  keçirən  fiziki  şəxslərdən  ödənilməmiş  gömrük  ödənişləri  Azərbaycan  Respublikası 
qanunvericiliyinə əsasən tutulur. 
Borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə görə 
borc məbləğinin 0, 3 faizi miqdarında penya (dəbbə pulu) alınır. 
Ödəyicinin  pul  vəsaiti  olmadıqda  ödənilməli  olan  məbləğ  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun surətdə ödəyicinin əmlakından tutulur. 
Gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi edildikdə Azərbaycan Respublikasının 
gömrük işini aparan icra hakimiyyəti orqanı ödəyicinin faktiki ödənilmə anına qədər bütün 
hesabları  üzrə  əməliyyatların  dayandırılması  haqqında  qərar  qəbul  etmək  hüququna 
malikdir. Belə qərar banklar və kredit təşkilatları tərəfindən icra edilməlidir. 
Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının gömrük işini 
aparan  icra  hakimiyyəti  orqanının  gömrük  ödənişlərinin  mübahisəsiz  qaydada  tutulması 
haqqında  qərarları  icra  edilmədikdə,  eləcə  də  bu  qərarların  icrası  əsassız  olaraq 
gecikdirildikdə  həmin  şəxslər,  o  cümlədən  təqsirkar  vəzifəli  şəxslər  Azərbaycan 
Respublikası qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilirlər. 
Bankların  və  digər  kredit  təşkilatlarının  Azərbaycan  Respublikasının  gömrük  işini 
aparan  icra  hakimiyyəti  orqanının  gömrük  ödənişlərinin  mübahisəsiz  qaydada  tutulması 
haqqında  qərarlarını  bir  neçə  dəfə  icra  etməməsi  və  ya  bir  neçə  dəfə  icrasını  gecikdirməsi 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən bank  əməliyyatlarının  aparılması  üçün 
verilmiş lisenziyanın geri alınmasına əsas verir. 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini 
keçirən şəxs deklarant olmadığı hallarda, bu cür şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə 
deklarantla birgə məsuliyyət daşıyır. 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini 
qanunsuz  keçirən  şəxs,  həmçinin  belə  malların  və  nəqliyyat  vasitələrinin  qanunsuz 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə