Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

M a d d ə   1 0 7 .
 Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan malların keçirilməsi 
Fiziki  şəxslər  istehsal  və  ya  kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulmayan  malları 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  və  öz  səlahiyyətləri 
daxilində  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının 
müəyyən  etdiyi  sadələşdirilmiş  və  güzəştli  qaydada  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirə bilər. 
Malların  təyinatı,  fiziki  şəxsin  səfərinin  bütün  halları  nəzərə  alınmaqla,  malların 
Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi 
istifadə  və  istehlak  məqsədləri  üçün  keçirildiyi  yəqin  edilməklə,  onların  xarakterinə  və 
miqdarına, eləcə də sərhəddən keçirilməsinin tezliyinə görə müəyyən edilir. 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının, 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırmaqla, 
kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  ayrı-ayrı  kateqoriyalı  malların 
sadələşdirilmiş,  güzəştli  qaydada  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilməsi üçün miqdar və dəyər məhdudiyyətləri müəyyən etmək hüququna malikdir. 
 
III BÖLMƏ  
GÖMRÜK ÖDƏNİŞLƏRİ 
1 9 - c u   f ə s i l    
ƏSAS MÜDDƏALAR 
M a d d ə   1 0 8 .
 Gömrük ödənişləri 
Bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktları  ilə  müəyyən 
edilmiş hallarda aşağıdakı gömrük ödənişləri alınır: 
1) gömrük rüsumu; 
2) əlavə dəyər vergisi ; 
3) aksizlər; 
4) yol vergisi;
xxiv[24]
 
5) Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  tərəfindən 
lisenziyaların  verilməsi  və  lisenziyaların  fəaliyyətinin  bərpa  edilməsinə  görə  dövlət 
rüsumu;
xxv[25]
 
6)  gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərə  ixtisas  attestatlarının  verilməsi  və 
attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar; 
7) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; 
8) malların saxlancına görə gömrük yığımları; 
9) malların gömrük müşayiətinə görə gömrük yığımları; 
10) məlumatlandırma və məsləhətverməyə görə haqq; 
11) ilkin qərarların qəbuluna görə haqq; 
12) gömrük auksionlarında iştirak etməyə görə haqq; 


13)  beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  xarici  ölkələrin  nəqliyyat 
vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsinə görə dövlət rüsumu; 
14) digər gömrük ödənişləri.
xxvi[26]
 
M a d d ə   1 0 9 .
 Gömrük rüsumu 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üçün «Gömrük tarifi 
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq gömrük rüsumu ödənilir. 
M a d d ə   1 1 0 .
 Əlavə dəyər vergisi 
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara 
əlavə dəyər vergisinin tətbiqi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun həyata 
keçirilir.
xxvii[27]
 
M a d d ə   1 1 1 .
 Aksizlər 
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara 
aksizlərin  tətbiqi  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  uyğun  həyata 
keçirilir.
xxviii[28]
 
M a d d ə   1 1 1 - 1 .
 Yol vergisi 
xxix[29]
 
Xarici  dövlətlərin  avtonəqliyyat  vasitələrindən  yol  vergisinin  tutulması  həmin 
avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman bu 
Məcəlləyə və vergi qanunvericiliyinə uyğun həyata keçirilir. 
Maddə  111-2.  Beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat 
vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi 
       Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə 
sərhəddə "İcazə" blankları gömrük orqanları tərəfindən verilir. 
Beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  xarici  ölkələrin  nəqliyyat 
vasitələrindən  tutulan  rüsumun  məbləği  "Dövlət  rüsumu  haqqında"  Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilir.
xxx[30]
 
M a d d ə   1 1 2 .
 Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları 
Mal  qismində  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  keçirilən  nəqliyyat 
vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq 
poçt  göndərişlərində  keçirilən  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  malların 
və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda gömrük yığımları alınır. 
Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  iş 
vaxtından  kənar  vaxtda  və  müəyyən  edilmiş  yerdən  kənarda  gömrük  rəsmiləşdirilməsinə 
görə gömrük yığımları iki qat miqdarda alınır. 
M a d d ə   1 1 3 .
 Saxlanca görə gömrük yığımları  
xxxi[31]
 
Gömrük  anbarlarında  və  sahibi  Azərbaycan  Respublikası  gömrük  orqanları  olan 
müvəqqəti  saxlanc  anbarlarında  malların  və  nəqliyyat  vasitələrinin  saxlancına  görə 


göstərilən  xidmətlərin  orta  dəyərindən  asılı  olaraq  Azərbaycan  Respublikasının  müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda gömrük yığımları alınır. 
M a d d ə   1 1 4 .
 Malların gömrük müşayiətinə görə gömrük yığımları 
Malların  gömrük  müşayiətinə  görə  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda gömrük yığımları alınır. 
 
2 0 - c i   f ə s i l    
GÖMRÜK ÖDƏNİŞLƏRİNİN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ 
M a d d ə   1 1 5 .
 Gömrük rusumunun, əlavə dəyər vergisinin, aksizlərin və gömrük 
yığımlarının hesablanması üçün əsas 
Gömrük  rüsumunun,  aksizlərin  və  gömrük  yığımlarının  hesablanması  üçün  «Gömrük 
Tarifi  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  müəyyən  edilən 
malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. 
Əlavə  dəyər  vergisinin  hesablanması  üçün  malın  gömrük  dəyərinin  və  gömrük 
rüsumunun  cəmi,  aksizə  düşən  mallar  üçün  isə  həmçinin  aksiz  məbləğinin  cəmi  əsas 
götürülür. 
M a d d ə   1 1 6 .
 Gömrük ödənişlərinin ödəyiciləri 
Gömrük  ödənişləri  bu  Məcəlləyə  uyğun  olaraq  bilavasitə  deklarant  və  ya  başqa  şəxs 
tərəfindən ödənilir. 
Bu Məcəllədə nəzərdə tutulan hallar istisna edilməklə hər bir marağı olan şəxs gömrük 
ödənişlərini ödəyə bilər. 
M a d d ə   1 1 7 .
 Gömrük ödənişlərinin ödənilmə müddətləri 
Gömrük  ödənişləri  gömrük  bəyannaməsi  qəbul  edilənə  qədər  və  ya  gömrük 
bəyannaməsinin qəbul edilməsi ilə eyni vaxtda ödənilir. 
Kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallar Azərbaycan  Respublikasının 
gömrük  sərhədindən  keçirilərkən,  gömrük  ödənişləri  gömrük  bəyannaməsinin  qəbul 
edilməsi ilə eyni vaxtda ödənilir. 
Gömrük  bəyannaməsinin  verilməsi  gecikdirildikdə  gömrük  ödənişlərinin  ödənmə 
müddəti  gömrük  bəyannaməsinin  verilməsi  üçün  müəyyən  edilən  müddətin  keçdiyi 
gündən hesablanır. 
M a d d ə   1 1 8 .
 Gömrük ödənişlərinin ödənilmə qaydası 
Gömrük  ödənişləri  (yol  vergisi,  "İcazə"  blankına  görə  dövlət  rüsumu    istisna  olmaqla) 
Azərbaycan  Respublikasının  gömrük  orqanına,  beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən 
mallar  üçün  isə  poçt  rabitəsi  operatorlarına  ödənilir.  Poçt  rabitəsi  operatorları  göstərilən 
ödənişləri  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  birgə  Azərbaycan 
Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
Azərbaycan Respublikası gömrük orqanlarının hesabına keçirir.
xxxii[32]
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə