Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

istifadəsindən,  Azərbaycan  mallarının  isə  bu  Məcəllə  ilə  müəyyən  edilən  qaydada  ixrac 
gömrük rejiminə müvafiq olaraq malların aparılmasına tətbiq edilən şərtlərlə yerləşdirilməsi 
və istifadə olunmasından ibarət gömrük rejimidir. 
M a d d ə   7 5 .
 Sərbəst gömrük zonasının yaradılması 
Sərbəst  gömrük  zonası  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
qaydada yaradılır. 
Sərbəst  gömrük  zonasının  fəaliyyəti  bu  Məcəllənin  və  ya  bu  cür  zonalar  haqqında 
Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarının  tələblərinə  uyğun  olmadıqda, 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  sərbəst  gömrük  zonası 
yaradılması barədə qərarını ləğv etmək hüququna malikdir. 
M a d d ə   7 6 .
 Sərbəst anbar təsis etmək üçün lisenziya 
Sərbəst  anbar  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanından lisenziya alındıqdan sonra təsis edilə bilər. 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydalarla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı sərbəst 
anbar təsis etmək üçün lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir. 
Sərbəst  anbar  təsis  etmək  üçün  lisenziya  verilməsinə  görə  Azərbaycan  Respublikası 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım alınır. 
Sərbəst  anbar  təsis  etmək  üçün  lisenziyanı  verən  orqan,  onu  ləğv  edə,  geri  ala,  habelə 
onun fəaliyyətini dayandıra bilər. 
Lisenziya  verilərkən  əsas  götürülmüş  məlumatın  yanlış  olduğu  və  ya  onun  müəyyən 
edilmiş qaydalara riayət olunmadan verildiyi aşkar edilərsə lisenziya ləğv edilir. 
Sərbəst  anbar  sahibi bu  fəslin  tələblərinə riayət  etmədikdə  və  ya  anbarın  qalması  daha 
Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun gəlmədikdə lisenziya geri alınır. 
Sərbəst  anbar  sahibinin  öz  hüquqlarından  sui-istifadə  etməsi  haqqında  kifayət  qədər 
əsaslar olduqda, lisenziyanın fəaliyyəti üç aya qədər müddətdə dayandırıla və ya ləğv edilə 
bilər.  Lisenziyanın  ləğv  edilməsi,  geri  alınması  və  ya  fəaliyyətinin  müvəqqəti  olaraq 
dayandırılması haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir. 
Lisenziya  ləğv  edildikdə  və  ya  geri  alındıqda  onun  verilməsinə  görə  alınmış  dövlət 
rüsumu qaytarılmır.
xx[20]
 
M a d d ə   7 7 .
 Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda mallarla aparılan 
əməliyyatlar 
Sərbəst  gömrük  zonaları  və  sərbəst  anbarlarda  bu  Məcəllənin  müddəalarına  riayət 
etmək şərti ilə malların pərakəndə satışı istisna edilməklə, mallarla istehsal və kommersiya 
əməliyyatlarına icazə verilir. 
Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədilə, 
malların  xarakterindən  asılı  olaraq,  sərbəst  gömrük  zonalarında  və  sərbəst  anbarlarda 
mallarla  aparılan  əməliyyatlara  qadağanlar  və  məhdudiyyətlər  qoyula  bilər.  Bu  cür 
qadağanları və məhdudiyyətləri sərbəst gömrük zonası barəsində, Azərbaycan Respublikası 


müvafiq icra hakimiyyəti orqanı, sərbəst anbarlar barəsində isə Azərbaycan Respublikasının 
gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. 
Azərbaycan  Respublikası  gömrük  orqanları  sərbəst  gömrük  zonalarında  və  sərbəst 
anbarlarda  mallarla  əlaqədar  əməliyyatlar  aparılmasını  bu  Məcəllənin  və  Azərbaycan 
Respublikasının  digər  qanunvericilik  aktlarının  müddəalarına  riayət  etməyən  ayrı-ayrı 
şəxslərə qadağan edə bilərlər. 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  və  Azərbaycan 
Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  öz  səlahiyyətləri  daxilində 
ayrı-ayrı kateqoriyalı malların sərbəst gömrük zonalarına gətirilməsini və ya onların sərbəst 
anbarlarda yerləşdirilməsini məhdudlaşdıra və yaxud qadağan edə bilər. 
M a d d ə   7 8 .
 Malların sərbəst gömrük zonalarında və sərbəst anbarlarda yerləşmə 
müddəti 
Azərbaycan Respublikasının sərbəst gömrük zonalarında və sərbəst anbarlarında mallar 
qeyri-məhdud müddətlərdə yerləşdirilə bilərlər. 
M a d d ə   7 9 .
  Sərbəst  gömrük  zonalarında  və  sərbəst  anbarlarda  gömrük  işi 
haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  riayət  edilməsinin  təmin 
olunması 
Azərbaycan  Respublikasının  gömrük  orqanları  kifayət  qədər  əsaslar  olduqda  sərbəst 
gömrük zonalarında və sərbəst anbarlarda olan mallara gömrük nəzarətini həyata keçirmək 
hüququna malikdir. 
Sərbəst gömrük zonasında gömrük işi ilə bağlı bina və qurğuların tikintisinə Azərbaycan 
Respublikası gömrük orqanından əvvəlcədən razılıq alınması şərti ilə yol verilir. 
Sərbəst gömrük zonalarına gətirilən və sərbəst anbarlara yerləşdirilən, həmçinin onların 
ərazisindən  aparılan  malların  gömrük  rəsmiləşdirilməsi  Azərbaycan  Respublikasının 
gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  sadələşdirilmiş  qaydada 
həyata keçirilə bilər. 
M a d d ə   8 0 .
 Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda olan malların 
uçotu 
Sərbəst  gömrük  zonalarında  mallarla  əməliyyatlar  aparan  şəxslər  və  sərbəst  anbarların 
sahibləri  gətirilən,  aparılan,  saxlanılan,  hazırlanan,  emal  edilən,  satın  alınan  və  satılan 
malların  uçotunu  aparır  və  həmin  mallar  barədə  Azərbaycan  Respublikası  gömrük 
orqanlarına  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi qaydada hesabat verirlər. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda 
malların məruz qaldığı bütün dəyişikliklər uçot sənədlərində öz əksini tapmalıdır. 
M a d d ə   8 1 .
 Cərbəst anbarlar və onların sahiblərinə aid tələblər 
Sərbəst  anbar  təsis  edilməsi  üçün  nəzərdə  tutulan  bina  və  ya  başqa  yer,  gömrük 
nəzarətini  təmin  etmək  məqsədilə  lazım  olan  qaydada  qurulmalı,  zəruri  olduqda  onlar  iki 
bağlayıcı  qurğu  ilə  təchiz  edilməli  və  həmin  qurğulardan  biri  Azərbaycan  Respublikası 
gömrük orqanının sərəncamında olmalıdır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə