Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

bu  Məcəllədə  nəzərdə  tutulan  güzəştlər  verilməklə  gömrük  nəzarəti  altında  saxlancından 
ibarət gömrük rejimidir. 
M a d d ə   4 1 .
 Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri 
İstənilən  mallar,  gömrük  anbarı  rejimi  altında  yerləşdirilə  bilər.  Azərbaycan 
Respublikasına  gətirilməsi  və  Azərbaycan  Respublikasından  aparılması  qadağan  olunmuş 
mallar, həmçinin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti 
orqanı tərəfindən müəyyənləşdirilən mallar istisna edilir. 
Başqa  mallara  ziyan  vura  bilən  və  ya  xüsusi  saxlanc  şəraiti  tələb  edən  mallar  xüsusi 
təchiz edilmiş yerlərdə saxlanılmalıdır. 
M a d d ə   4 2 .
 Gömrük anbarları və onların tipləri 
Xüsusi  olaraq  ayrılmış  və  təchiz  edilmiş  binadan  və  ya  başqa  yerdən  (gömrük 
anbarından) istifadə etməklə malların saxlancı təmin edilir. 
Gömrük anbarları istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən 
şəxslərin malları saxlaması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. 
Açıq  tipli  gömrük  anbarı  təsis  edilməsinin  məqsədəuyğun  olmaması  barədə  kifayət 
qədər əsas olduqda qapalı tipli gömrük anbarı təsis edilə bilər. 
M a d d ə   4 3 .
 Gömrük anbarlarının sahibləri 
Azərbaycan  Respublikası  gömrük  orqanları  və  ya  Azərbaycan  şəxsləri  gömrük 
anbarlarının sahibi ola bilərlər. 
Azərbaycan  Respublikası  gömrük  orqanları  tərəfindən  təsis  edilən  gömrük  anbarları 
açıq tipli gömrük anbarlarıdır. 
M a d d ə   4 4 .
 Gömrük anbarı təsis etmək üçün lisenziya 
Gömrük  anbarı  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanından  lisenziya  alındıqdan  sonra  təsis  edilə  bilər.  Əgər  gömrük  anbarının  təsisçisi 
Azərbaycan Respublikasının gömrük orqanıdırsa, lisenziya tələb olunmur. 
Müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydalarla  Azərbaycan 
Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  gömrük  anbarı  təsis  etmək 
üçün lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir. 
Gömrük anbarı təsis etmək üçün lisenziya verilməsinə görə dövlət rüsumu alınır.
xiii[13]
 
Gömrük anbarı təsis etmək üçün lisenziyanı verən orqan, onu ləğv edə, geri ala, habelə 
onun fəaliyyətini dayandıra bilər. 
Lisenziya  verilərkən  əsas  götürülmüş  məlumatın  yanlış  olduğu  aşkara  çıxarsa  və  ya 
müəyyən  edilmiş  qaydalara  riayət  olunmadan  verilmişsə,  lisenziya  ləğv  edilir.  Ləğvetmə 
haqqında  qərar  qanunvericiliyə  uyğun  qaydada  müəyyən  edilən  və  həmin  qərarda 
göstərilən tarixdən qüvvəyə minir. 
Gömrük  anbarının  sahibi  bu  fəslin  tələblərinə  riayət  etmədikdə  lisenziya  geri  alınır. 
Gerialma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir. 


Gömrük  anbarı  sahibinin  öz  hüquqlarından  sui-istifadə  etməsi  haqqında  kifayət  qədər 
əsaslar  olduqda,  lisenziya  geri  alına  və  ya  fəaliyyəti  üç  aya  qədər  müddətdə  dayandırıla 
bilər. 
Lisenziya  ləğv  edildikdə  və  ya  geri  alındıqda  onun  verilməsinə  görə  alınmış  dövlət 
rüsumu qaytarılmır. 
xiv[14]
 
M a d d ə   4 5 .
 Gömrük anbarları və onların sahiblərinə aid tələblər 
Gömrük anbarı üçün ayrılan binalar və ya başqa yerlər, gömrük nəzarətini təmin etmək 
məqsədilə  lazım  olan  qaydada  hazırlanmalı,  zəruri  olduqda  iki  bağlayıcı  qurğu  ilə  təchiz 
edilməli  və  həmin  qurğulardan  biri  Azərbaycan  Respublikası  gömrük  orqanının 
sərəncamında olmalıdır. 
Gömrük anbarı sahibinin vəzifələri: 
gömrük  anbarında  saxlanan  malların  gömrük  nəzarətindən  kənar  götürülməsinə  yol 
verməmək; 
gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək; 
gömrük  anbarı  təsis  etmək  üçün  verilmiş  lisenziyanın  şərtlərinə  riayət  etmək,  gömrük 
nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası 
gömrük orqanlarının vəzifəli şəxslərinin tələblərini yerinə yetirmək, onların mallar saxlanan 
yerə daxil olmasına şərait yaratmaq, həmin şəxslərə əvəzsiz olaraq gömrük anbarında yer, 
avadanlıq və rabitə vasitələri vermək; 
anbarda saxlanan malların uçotunu aparmaq; 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi  qaydada  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına  anbarda  saxlanan  mallar 
barədə hesabat vermək. 
M a d d ə   4 6 .
  Gömrük  anbarı  rejimi  altında  yerləşən  və  ixrac  gömrük  rejiminə 
uyğun  aparılması  nəzərdə  tutulan  malların  gömrük  rüsumlarından,  vergilərdən  azad 
edilməsi və ya ödənilən məbləğlərin qaytarılması 
İxrac gömrük rejiminə uyğun aparılmaq üçün nəzərdə tutulan malların gömrük anbarı 
rejimi altında yerləşdirilməsi zamanı, malların faktiki aparılması üçün rüsum və vergilərdən 
azad  etmə  və  ya  ödənişin  qaytarılması  nəzərdə  tutulubsa,  həmin  mallar  gömrük 
rüsumlarından,  vergilərdən  azad  edilir  və  ya  ödənilən  məbləğ  qaytarılır.  Gömrük 
rüsumlarından,  vergilərdən  azad  edilərkən  və  ödənilən  məbləğ  qaytarılarkən  mallar 
gömrük  anbarı  rejimi  altında  yerləşdiyi  gündən  başlayaraq  üç  aydan  gec  olmayaraq 
aparılmalıdır. 
Müəyyən edilmiş müddətlərdə mallar faktiki olaraq aparılmadıqda, gömrük rüsumları, 
vergilər, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin 
bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər ödənilir. 
M a d d ə   4 7 .
 Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət 
Bu  maddənin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulan  hallar  istisna  edilməklə 
gömrük rüsumlarının, vergilərin ödənilməsi və digər gömrük ödənişlərinin verilməsi üçün 
gömrük anbarının sahibi məsuliyyət daşıyır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə