Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   2   3   4   5   6   7   8   9   ...   76

şəxslərə  gömrük  fəaliyyəti  üçün  lisenziyaların  verilməsinə  görə  alınan  dövlət  rüsumu, 
haqqlar və digər ödənişlər;
vii[7]
 
20)  gömrük  rüsumları  —  Azərbaycan  Respublikasının  gömrük  orqanları  tərəfindən 
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  malların  idxalı  və  ixracı  zamanı  alınan 
ödənişlər; 
21)  vergilər  —  alınması  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına  həvalə 
olunmuş icbari ödənişlər; 
22)  qarşısıalınmaz  qüvvə  —  fövqəladə  və  həmin  şəraitdə  qarşısı  alına  bilməyən  təbii 
(daşqın, zəlzələ, yer sürüşməsi və s.), yaxud ictimai hadisə (hərbi əməliyyatlar və s.). 
23)  gömrük  brokeri  —  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq 
yaradılan və gömrük işi sahəsində müəyyən haqq almaqla vasitəçilik edən hüquqi şəxs; 
24)  kvota  —  müəyyən  dövlətlərə  və  ya  dövlətlər  qrupuna  idxal  və  ya  ixrac  olunan 
mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi; 
25)  kontrafakt  mallar  -  hüquq  sahibinin  qanunvericilikdə  nəzərdə  tutulan  hüquqları 
pozulmaqla  yaradılmış  (istehsal  edilmiş)  və  (və  ya)  gömrük  sərhədindən  keçirilən 
tərkibində əqli mülkiyyət obyektləri olan mallar; 
viii[8]
 
26)  hüquq  sahibi  -  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  əqli 
mülkiyyət obyektlərinə hüquqları qorunan şəxs; 
ix[9]
 
27)  buraxılışın  dayandırılması  -  seçilmiş  gömrük  rejiminə  uyğun  olaraq  malların 
buraxılışına dair qəbul edilmiş qərarın müddətinin gömrük orqanları tərəfindən uzadılması;  
28) əqli mülkiyyət hüquqları - müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti 
və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu; 
x[10]
 
29) tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestri (reyestr) - qanunvericiliyə 
müvafiq  olaraq  qorunan  tərkibində  əqli  mülkiyyət  obyektləri  olan  malların  siyahısı  və 
onlara dair məlumat; 
xi[11]
 
30) tarif kvotası — müəyyən olunmuş müddətdə idxal edilən ayrı-ayrı malların (fiziki və 
ya dəyər ölçüləri ilə) müəyyən miqdarına daha aşağı idxal gömrük rüsumunun və müəyyən 
olunmuş  miqdardan  artıq  malların  idxalı  zamanı  daha  yüksək  idxal  gömrük  rüsumunun 
tətbiqini nəzərdə tutan tənzimlənmə üsulu.
xii[12]
 
 
II BÖLMƏ  
MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN 
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK 
SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ. GÖMRÜK REJİMLƏRİ 
3 - c ü   f ə s i l    


MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ 
GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ 
M a d d ə   1 8 .
  Malları  və  nəqliyyat  vasitələrini  Azərbaycan  Respublikasına 
gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququ 
Bütün  şəxslər  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada,  bərabər  əsaslarla  malları  və 
nəqliyyat 
vasitələrini 
Azərbaycan 
Respublikasına 
gətirmək 
və 
Azərbaycan 
Respublikasından aparmaq hüququna malikdirlər. 
Bu  Məcəllədə  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulan  hallar  istisna  olmaqla,  heç  kəs  malları  və  nəqliyyat  vasitələrini  Azərbaycan 
Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququndan məhrum 
edilə bilməz və ya onun bu hüquqları məhdudlaşdırıla bilməz. 
M a d d ə   1 9 .
  Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasına 
gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının qadağan edilməsi 
Dövlət  təhlükəsizliyinin,  ictimai  asayişin,  əhalinin  mənəviyyatının,  insanların  həyat  və 
sağlamlığının,  heyvanların  və  bitkilərin,  ətraf  mühitin,  Azərbaycan  xalqının  və  xarici  ölkə 
xalqlarının  bədii,  tarixi  və  arxeoloji  sərvətlərinin,  mülkiyyət  hüququnun,  o  cümlədən 
intellektual  mülkiyyət  obyektlərinin,  gətirilən  malların  Azərbaycan  istehlakçılarının 
mənafeyinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə 
alınaraq,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  Azərbaycan  Respublikasının 
beynəlxalq  müqavilələri  əsasında  ayrı-ayrı  malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan 
Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan  Respublikasından  aparılması  qadağan  edilə 
bilər. 
Qadağan  olunmuş  mallar  və  nəqliyyat  vasitələri  gətirilərkən  və  aparılarkən,  əgər  bu 
mallar  və  nəqliyyat  vasitələrinin  müsadirə  edilməsi  nəzərdə  tutulmamışsa,  onlar  müvafiq 
olaraq  dərhal  Azərbaycan  Respublikası  ərazisindən  çıxarılmalı  və  ya  Azərbaycan 
Respublikasının ərazisinə qaytarılmalıdır. 
Mallar  və  nəqliyyat  vasitələri,  onları  gömrük  sərhədindən  keçirən  şəxs  və  ya  daşıyıcı 
tərəfindən  öz  hesabına  Azərbaycan  Respublikası  ərazisindən  çıxarılır  və  ya  Azərbaycan 
Respublikası  ərazisinə  qaytarılır.  Mallar  və  nəqliyyat  vasitələrini  dərhal  Azərbaycan 
Respublikası  ərazisindən  çıxarmaq  və  ya  bu  əraziyə  qaytarmaq  mümkün  olmadıqda 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  müvəqqəti  saxlanc  anbarlarına  saxlanca 
verilir. Bu cür malların və nəqliyyat vasitələrinin göstərilən anbarlarda saxlanc müddətinin 
son həddi üç sutkadır. 
Saxlanc  müddəti  son  həddi  keçmiş  mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə keçirilir 
və yaxud məhv edilir. 
M a d d ə   2 0 .
  Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasına 
gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının məhdudlaşdırılması 
Azərbaycan  Respublikasının  beynəlxalq  öhdəliklərinin  yerinə  yetirilməsi,  Azərbaycan 
Respublikası  suverenliyinin  iqtisadi  əsaslarının  müdafiəsi,  daxili  bazarının  qorunması 
baxımından,  həmçinin  xarici  dövlətlərin  və  onların  ittifaqlarının  Azərbaycan  şəxslərinin 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə